Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
A+   Yenilə  A-
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

Bu günlər dövlətin yeni iqtisadi–siyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq əsasən Əli Kərimli və radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik. Belə ifrat inkarçı mövqenin səbəbləri nədir? Birincisi, Azərbaycan iqtidarının sosial təşəbbüslərinin uğuru radikal müxalifətin məhdud sosial bazasını daha çox tükəndirir. Bu özünü 19 oktyabr aksiyasındakı biabırçı fiasko və noyabrın 2-ə təyin etdikləri aksiyanı təxirə salma məcburiyyətləri ilə təsdiqlənir. İkincisi, bəlli olur ki, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Onların Facebook səhifəsində bəyənmələrin, paylaşımların statistikasında azalma templəri güclənib. Xatırladaq ki, Facebook sosial şəbəkəsi administrasiyası bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. Bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Diqqətli oxucu bu iki hadisə arasında paralel apararaq asanlıqla Əli Kərimli, Cəmil Həsənli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkilərinin Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsi olduğunu anlaya bilir. Üçüncüsü, uzun illər özünün milli qüvvə kimi təqdim edənlərin Bako Saakyan, Masis Mailyan kimi işğalçı xunta rəhbərləri ilə eyni lojaları, Azərbaycana və Türkiyəyə münasibətdə həm də eyni ədavəti bölüşməsi bu yaxınlarda ABŞ-da keçirən dinləmələrdə bir daha faş oldu. Dördüncüsü, Almaniyada aparılan hüquqi araşdırmalar radikal müxalifətin trafikinq-insan alveri biznesində iştirakına dair hər gün yeni faktlar aşkara çıxarır. Almaniyadakı araşdırmaların ardınca Fransa və digər Avropa ölkələrində də araşdırmalar aparıldığın haqda informasiyalar verilməkdədir.

İlkin açıqlanmış araşdırmalar Müsavatı silkələdiyi kimi, araşdırmaların davamı Əli Kərimli və radikal antimilli ətrafını bəri başdan təhdid etməkdədir. Axı, Müsavatın AKM uzantısının bu biznesdə əsas rəqibi "Milli şura"nın Avropadakı müxtəlif strukturlarıdır. Beşincisi, bu qruplaşma son zamanlar yalnız ailə-məişət qalmaqalları, qadınlara qarşı zorakılıq aktları ilə gündəmə gəlir; cəmiyyətə hər hansı yenilik, siyasi və ya şəxsi əxlaq nümunəsi təqdim etməyə qabil olmadığını sübut edib və s. Beləliklə, iqtidarın uğurlu daxili siyasəti radikalları dəstəkləyə biləcək məhdud elektoratın daha çox əriməsinə səbəb olur; Facebook, Youtube kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli və "Milli şura"dakı digər radikalların ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlərin birdən birə iki-üç dəfə azalması ilə nəticələnir- bu həm də o deməkdir ki, Əli Kərimli və radikal antimilli ətrafının sosial şəbəkə üzərindən inqilab etmək arzusu da puç olub; iqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur.Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar radikal müxalifətə Qərbdə guya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli oldu ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir. Belə hərtərəfli ifşa, dibə vurmadan sonra Əli Kərimli və radikal antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media və İT ekspertlərinin açıqladığı faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq, özünə barmaqdan elektorat sorub çıxarma cəhdlərinə son qoymalı idilər. Antimilli qüvvələrin əlində alətə çevrildiklərini; müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını; minlərlə soydaşımızı "liberal cənnət" vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Bunun əvəzində nə görürük?

Müşahidə etdiyimiz odur ki, Əli Kərimli çevrəsindəki yaxın "silahdaşlarına" maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, dövlət rəhbərliyinə qarşı kin- küdurət qusmaq tapşırığı verib. Bu işdə "Əli Kərimli TV" kimi rebrendinqə getməyi nədənsə xeyli ləngidən Sevinc Osmanqızı, Nəcəf Nəcəfovun "Azadlıq" brendini gözdən salıb Nikol Paşinyanın "Haykakan jamanak("Erməni saatı") qəzetinin adından ucuz plagiat yolu ilə anti-Azərbaycan "Azərbaycan saatı" yaratmış Qənimət Zahidov və əli gah ifşa olunmuş korrupsionerlərin cibindən, gah otel odalarından, gah da ayətullahların risalələrindən çıxan Natiq Adilov xüsusi canfəşanlıq edirlər. İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma əxlaqsızlıqla bir arada yaşamaq çox çətindir. "Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon"-Sevinc Osmanqızı belə deyir. Bu nə məntiqdir, bu nə "siyasi şəffaflıq" nümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi də aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizin "izzəti –nəfs" dediyiniz, "sanballı rəqabət" dediyiniz budurmu? Əxlaqsızlığa "şəxsi həyatımdır" deyib haqq qazandırmaqdırmı sağlam cəmiyyət uğrunda, izzəti-nəfs uğrunda mübarizə? Siyasi islam liderlərini sitatlarını tutuquşu kimi təkrarlamaqdırmı liberal Qərb dəyərləri uğrunda mübarizə? Ən korrupsiyaya bulaşmış ünvanlardan "gecə növbəsi" işi adıyla aylıq almaq, susmaq- yazmamaq müqabilində ianə qoparmaq üçün saatlarla qapıları pusmaqdırmı cəmiyyəti sağlamlaşdırma? Cibindən asılı olduğun qaranlıq dairələrin sifarişi ilə siyasi opponent bildiyin komandanın ayrı-ayrı fərdlərinə qarşı qara PR aparmaqdırmı urvatlı-sanbalı mübarizə? Cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməkdirmi siyasi mübarizə? Satqınlığı tərəfdarlarına nümunə kimi təqdim etməkdirmi müxalifətçilik? Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri də klaviatura qəhrəmanlarının heç bir siyasi sanbalı, çəkisi olmadığının növbəti nümayişi olacaq.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

 
  • Oxunub:  1740  |  
  • Tarix:  17-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7