
Azərbaycan Respublikasının Ankaradakı səfirliyində “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə səfir Xəzər İbrahim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, konfransın əhəmiyyətindən danışıb.
Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevin çıxışları dinlənilib.
- Oxunub: 1500 |
- Tarix: 18-11-2019 |
-
Çap et |