Ana səhifə »  Qəzetin pdf formatı »  Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
A+   Yenilə  A-
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir

“Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrilən YAP-ın müstəqil Azərbaycanın siyasi tarixindəki misilsiz roluna nəzər salmaq üçün bir sıra məqamlara toxunmaq lazımdır.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

Hikmət Şikarov qeyd edib ki, 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi Azərbaycanda da ictimai-siyasi vəziyyət gərginləşirdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdlarından deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər. Bildiyimiz kimi SSRİ dağıldı, respublikalar öz müstəqilliyini elan etdilər. Amma buna baxmayaraq həmin problemlər daha da çətinləşirdi. 1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı. Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha sürətləndi. Çox qısa zamanda xalq gördü ki, AXC-Müsavat hakimiyyəti də idarəçiliyi bacarmır. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Həmin dövrdə Azərbaycan xalqının düşünən beyinləri, öndə gedən ziyalıları bu çətin durumdan çıxmağın yeganə yolunu ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş axınların dağıdıcı fəaliyyətinin qarşısını yalnız müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında xalqın birliyi ala bilərdi. İlk növbədə, Heydər Əliyevin siyasi proseslərə təsir göstərməsi, ictimai-siyasi hərəkatı düzgün istiqamətə yönəltməsi üçün bir siyasi təşkilata ehtiyac duyulurdu. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. Ölkənin o zamankı rəhbərliyi tərəfindən Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyduğu iddia edilsə də, bu konfrans Bakıda yox, məhz Naxçıvanda keçirildi, çünki onun Bakıda keçirilməsinin mümkün olmaması üçün o zamankı AXC-Müsavat cütlüyü bütün “addımları” atmışdı. Bütün bunlara baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Azərbaycan xalqına edilən müraciət nəticəsində bu təşkilatın yerlərdə rayon-şəhər özəkləri yaranmağa başladı. Ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək istiqamətində ciddi addımlar atıldı və qısa müddətdə YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Ölkənin xaosa sürükləndiyi, iqtisadi tənəzzülə uğradığı, separatçılıq meyillərinin güclənməkdə olduğu bir vaxtda bu işi təşkil etmək o qədər də asan deyildi. Lakin Heydər Əliyev şəxsiyyəti və Heydər Əliyev siyasəti bunun öhdəsindən gələ bilərdi ki, müxalifət partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir neçə ay keçdikdən sonra hakim partiyaya çevrildi. Beləliklə, xalqın təkidli çağırışı və həmin dövrdə ölkəni idarə edə bilməyən rəhbərliyin müraciəti ilə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqının ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə, Azərbaycanın məhvə sürüklənməsinə son qoyulacağına böyük inam yarandı.

Beləliklə, ümummilli lider Heydər Əliyevin partiyanın yaranmasına razılıq verməsi, onun başında dayanması, partiyanın işini təşkil etməsi, onun vasitəsilə Azərbaycanın ictimai-siyasi spektrini bir araya gətirərək ölkəni xaosdan, anarxiyadan qurtarmaq istiqamətindəki səyləri xalqın mütləq əksəriyyəti tərəfindən dəstəkləndi.

Ötən zaman ərzində vətəndaşların yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda xalqın mütləq əksəriyyətinin dəstəyi ilə fəaliyyət göstərir. Partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərirlər. Partiyamızın nümayəndələri ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş etdirərək milli maraqlar ətrafında sıx birləşiblər. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Bələdiyyə, parlament və prezident seçkilərinin nəticələri, bütövlükdə, YAP-ın üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Bu məqamda vurğulamaq olar ki, YAP seçkidən seçkiyə yeni texnologiyalar və mexanizmlərlə gedir, dünyanın qabaqcıl seçki təcrübəsini Azərbaycana gətirməklə ölkəmizin öz təcrübəsini dünyaya təqdim edir. Hazırki reallıqlar göstərir ki, Azərbaycan digər ölkələrin onilliklər ərzində keçdiyi yolu qısa müddətdə keçib və mühüm nailiyyətlər əldə edərək özünəməxsus milli inkişaf modeli formalaşdırıb.

2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. 2003-cü ildə prezident seçkiləri kampaniyası dövründə ulu öndərimiz Azərbaycan xalqına müraciət etdi və xalqı cənab İlham Əliyevi dəstəkləməyə səslədi. Xalq bu müraciətə müsbət cavab verdi və cənab İlham Əliyevi özünün Lideri seçdi. Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini göstərərək Azərbaycanı uğurla inkişaf etdirir.

Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tiklib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir. Biz tam əminliklə deyə bilərik ki, çox güclü dövlətik, gələcəyimiz də çox uğurlu görünür. Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir, çünki ölkəmizə etibar edirlər. Həmçinin, xaricdən gələn qonaqlar ölkəmizdəki mühitə, inkişafa heyran qalırlar. Ona görə də, biz öz dövlətimizlə fəxr edirik və fəxr etməyimiz üçün ciddi əsaslarımız var.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir, regionda söz sahibi olan ölkəmizin dünyada nüfuzu daha da artır. Dövlət başçısının "Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək" strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.

Əminik ki, malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.

 
  • Oxunub:  4500  |  
  • Tarix:  19-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6