Ana səhifə »  Qəzetin pdf formatı »  Radikal müxalifət partiyalarının saxta sənəd şəbəkəsi ifşa edilir
A+   Yenilə  A-
Radikal müxalifət partiyalarının saxta sənəd şəbəkəsi ifşa edilir

Almaniya mətbuatı “siyasi mühacir biznesi”ndə günahlandırılan “müxalifətçilər”in istintaqını diqqətlə izləyir
Xəbər verildiyi kimi, Almaniya polisinin qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində apardığı reydlər zamanı saxlanılmış bir qrup azərbaycanlı gəlir əldə etmək üçün Azərbaycandan miqrantların Almaniyaya qanunsuz gətirilməsində şübhəli bilinirlər. Belə ki, sözügedən şəbəkə Almaniyada yaratdığı agentlik vasitəsilə Şərqi Avropa və postsovet ölkələrindən cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvə qismində yerli şirkətlərə “satırmış”. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar və s. götürülüb. Saxlanılanların hamısı Müsavat Partiyasının fəalları və “Milli şura” adlanan quruma yaxın şəxslərdir.
Qeyd edək ki, zaman-zaman radikal düşərgə partiyalarının bu cür saxta sənədlər vasitəsilə “mühacir biznesi” ilə məşğul olması haqqında xəbərlər yayılıb. Həmin xəbərlərdə də vurğulandığı kimi, radikal müxalifət partiyalarının, dağıdıcı düşərgəyə yaxın QHT-lərin və media nümayəndələrinin köməyi, verdiyi saxta sənədlər əsasında bir sıra insanlar “siyasi mühacir” adına yiyələniblər. Radikal düşərgə partiyalarının “üzvü” qismində etiraz aksiyalarında bəzən qəsdən başlarını polis dəyənəyinin altına verənlər, yaxalarını cıranlar, üz-gözlərini qana boyayanlar saxta yollarla özlərini “təzyiqlərə məruz qalmış” kimi göstərib, bunun qarşılığında isə adıçəkilən partiyalardan saxta sənədlər alaraq xaricə uz tutublar. Belələri arasında hətta müəyyən pul müqabilində radikal düşərgəyə yaxın KİV-lərdə özləri haqqında “faktlarla”, “sübut” və “şahidlərin ifadələri” ilə fantastik materiallar dərc etdirənlər də tapılırdı.
Təbii ki, həmin vaxt bu kimi məsələlər radikal düşərgə partiyalarının təmsilçiləri tərəfindən ciddi-cəhdlə təkzib olunurdu. Lakin düşərgə tərəfindən bu dəfə analoji təkzib verilmir. Bunun bir səbəbi ortada real faktların olması, digər səbəbi isə məsələnin Almaniyanın hüquq-mühafizə orqanları ilə yanaşı bu ölkənin KİV-inin də diqqət mərkəzində olmasıdır. Yəni artıq günlərdir ki, Almaniya mətbuatında bu məsələ diqqətlə izlənilir və cinayət faktının detalları ilə bağlı silsilə məlumatlar yayılır. Məsələn, Almaniyanın tanınmış “Der Spiegel” jurnalının internet səhifəsində dərc edilən məqalədə Almaniya federal polisinin altı federal torpaqda insanların qeyri-qanuni yolla Almaniyaya keçirilməsi ilə mübarizə çərçivəsində 38 mənzil və ofis binasında axtarış tədbirləri həyata keçirdiyi diqqətə çatdırılır. 510 polis əməkdaşının əməliyyatlara cəlb olunduğu bildirilir. Mütəşəkkil qruplaşmaların Ukrayna və digər Şərqi Avropa ölkələrindən insanları qeyri-qanuni yolla Almaniyaya keçirdikləri, saxta sənədlərlə təchiz etdikləri və köməklik göstərdikləri qeyd olunur. Məqalədə 180 federal polis əməkdaşının Şimali Reyn Vestfaliya və Hessen federal torpaqlarında keçirdiyi ayrıca əməliyyat zamanı azərbaycanlılardan ibarət insanların qeyri-qanuni yolla Almaniyaya keçirilməsində təqsirləndirilən mütəşəkkil qruplaşma üzvlərinin həbs edildiyi diqqətə çatdırılır.
Eləcə də “SWR” kanalının internet səhifəsində Koblenz şəhər prokurorluğunun göstərişinə əsasən, federal polis tərəfindən Almaniyanın Köln, Frankfurt, Visbaden və Düsseldorf şəhərlərində yerləşən 13 obyektdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir. Adıçəkilən əməliyyat tədbirlərinin xarici ölkə vətəndaşlarının qeyri-qanuni yolla Almaniyaya keçirilməsi, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasını özünə peşəyə çevirmiş mütəşəkkil cinayətkar qruplaşmanın aşkarlanması məqsədilə həyata keçirildiyi vurğulanır. Əməliyyat nəticəsində barəsində həbs qətimkan qərarı çıxarılan iki azərbaycanlıdan birinin mütəşəkkil qrupun rəhbəri olduğu qeyd edilir. Ümumilikdə səkkiz nəfərin saxlanıldığı, onların Azərbaycandan iyirmidən çox şəxsi 3000 - 10000 avro məbləğində vəsait müqabilində Almaniyaya qeyri-qanuni yolla keçirməkdə ittiham edildiyi diqqətə çatdırılır.
“Wiesbadenaktuel” qəzetində dərc edilən eyni məzmunlu məqalədə isə əməliyyat çərçivəsində biri 49, digəri isə 58 yaşında olan iki Azərbaycan vətəndaşının həbs edildiyi bildirilir. 49 yaşlı azərbaycanlının qruplaşmanın rəhbəri olmasının ehtimal edildiyi vurğulanır. Əməliyyat nəticəsində ümumilikdə səkkiz nəfərin saxlanıldığı, onların qeyri-qanuni yolla Almaniyaya keçirdikləri iyirmidən çox şəxsin Almaniyada uzun müddət qalmasını təmin etmək üçün onları müvafiq saxta sənədlərlə təmin etdiyi diqqətə çatdırılır.
Beləliklə, bu faktlar radikal düşərgə partiyalarının hansı fəaliyyətlə məşğul olduğunu bir daha Azərbaycan cəmiyyətinə, həmçinin dünyaya nümayiş etdirir. Adını “siyasətçi” qoymuş bəzi saxta vəsiqə alverçilərinin məhz bu yolla pul qazanması onların dövlətimizə qarşı düşmən mövqedə olduğunu bir daha təsdiqləyir. Çünki radikal düşərgə təmsilçilərinin “siyasi mühacir” adı altında saxta sənədlərlə xaricə yolladıqları insanlar orada guya dövlət tərəfindən “təzyiqə” məruz qaldıqlarını iddia edirdilər. Lakin Almaniya polisinin yuxarıda bəhs olunan əməliyyatları sözügedən şəbəkəni ifşa etməklə yanaşı, “siyasi mühacirlər”in də iç üzünü açmış oldu.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1200  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 17:29
Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub
16 Dekabr 17:18
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib
16 Dekabr 17:17
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
16 Dekabr 17:12
Yevlaxın Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evi qazlaşdırılıb
16 Dekabr 17:10
Bakı Nəqliyyat Agentliyi beynəlxalq komitəyə üzv seçilib
16 Dekabr 17:08
Tural Gəncəliyev: Ermənistanın ayrıseçkilik siyasəti aparması bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür
16 Dekabr 16:54
Seymur Orucov: Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb
16 Dekabr 16:51
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir
16 Dekabr 16:47
Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
16 Dekabr 16:45
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi
16 Dekabr 16:42
YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam etdirir
16 Dekabr 16:38
Eldar İbrahimov: Həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir
16 Dekabr 16:35
Azər Badamov: Sahibkarlar ölkəmizin inkişafına öz töhfələrini verirlər
16 Dekabr 16:32
Gürcüstan 11 ayda idxal etdiyi avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb
16 Dekabr 16:18
Müdafiə Nazirliyi: Bölmələr qış mövsümünə hazırdır
16 Dekabr 16:10
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub
16 Dekabr 16:04
İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar müzakirə olunub
16 Dekabr 15:58
Azərbaycanın Filippindəki fəxri konsuluna diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
16 Dekabr 15:48
AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib
16 Dekabr 15:42
Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
16 Dekabr 15:36
AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək
16 Dekabr 15:32
“U. S. News & World Report” jurnalının reytinq siyahısı: Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır
16 Dekabr 15:27
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
16 Dekabr 15:23
Fransa–Azərbaycan ədəbi əlaqələri müzakirə edilib
16 Dekabr 14:52
“Əbədi ezamiyyət” sənədli filmi BDU-da nümayiş olunub
16 Dekabr 14:48
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
16 Dekabr 14:17
İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq
16 Dekabr 13:57
Dekabrın 17-də ölkə ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
16 Dekabr 13:51
Azərbaycan ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında mədəni əlaqələr müzakirə edilib
16 Dekabr 13:44
Səyavuş Heydərov: Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır
16 Dekabr 13:34
MÜSİAD Azərbaycan 2021-ci ildə beynəlxalq biznes forum təşkil edəcək
16 Dekabr 13:31
Günel Səfərova : Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
16 Dekabr 11:38
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
16 Dekabr 11:29
Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir
16 Dekabr 11:06
Dekabrın sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
16 Dekabr 10:43
Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək
16 Dekabr 10:35
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak edib
16 Dekabr 10:26
İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub
16 Dekabr 10:22
Jan-Pyer Allali: Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür
16 Dekabr 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7