Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20.11.2019 [10:18]
Prezident İlham Əliyev: Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək
Son vaxtlarda Prezident İlham Əliyevin siyasi qətiyyətinə uyğun olaraq Azərbaycanda idarəetmədə yeni keyfiyyət dəyişiklikləri baş verir, bu sahədə səmərəliliyin və çevikliyin artırılmasına xüsusi diqqət göstərilir. Dövlət başçısının vəzifəyə yeni təyin olunan kadrları, həmçinin ayrı-ayrı icra qurumlarının rəhbərlərini qəbul etməsi, yerlərdə işlərin necə getməsi ilə şəxsən maraqlanması və Özünün müvafiq tapşırıqlarını verməsi deyilənləri bir daha təsdiqləyir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib. Qəbulda dövlət başçısı son illərdə Naxçıvan Muxtar Respublikasındakı sosial-iqtisadi vəziyyəti dərindən təhlil edib, burada baş verən müsbət dəyişikliklərdən məmnunluğunu nəzərə çatdırıb, həmçinin perspektiv inkişafla bağlı qarşıya mühüm vəzifələr qoyub.
Mühasirə şəraitində yaşamasına baxmayaraq, Naxçıvan yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir
Məlum olduğu kimi, Ermənistanın apardığı işğalçılıq siyasətinin nəticəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə birbaşa quru əlaqəsi kəsilib, muxtar respublika mühasirə şəraitində yaşamaq məcburiyyətində qalıb. Mühasirə vəziyyəti, təbii ki, Naxçıvanın sosial-iqtisadi inkişafında, eləcə də əhalinin gündəlik həyatında müəyyən çətinliklər yaradır.
Lakin muxtar respublika mühasirə şəraitinin yaratdığı çətinlikləri böyük iradə ilə dəf edir. Naxçıvan Muxtar Respublikasında son 16 ildə bütün istiqamətlərdə əldə olunan nailiyyətlər ölkəmizdə regional inkişaf strategiyasının uğurla həyata keçirildiyinə yaxşı nümunədir.
Muxtar respublikada aqrar sektor sürətlə inkişaf edir, istehsal artır. Muxtar respublikanın əhalisinin böyük hissəsinin kəndlərdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişafı həm də böyük sosial əhəmiyyət daşıyır. Belə ki, aqrar sektorda iqtisadi aktivlik yüksəldikcə əhalinin əmək bazarına inteqrasiyası da sürətlənir, insanların məşğulluğu və gəlir imkanları artır. Böyük potensiala malik kənd təsərrüfatının dinamik inkişafının nəticəsidir ki, hazırda muxtar respublika ərzağa olan daxili tələbatını sırf yerli istehsal hesabına ödəyir. Taxılçılıqda vəziyyət daha ürəkaçandır. Bu sahədə məhsuldarlıq getdikcə artır. Bütün bunlar, təbii ki, yaradılan şəraitin, görülən işlərin nəticəsidir. Qəbulda bildirildiyi kimi, son illərdə muxtar respublikada 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulub, 160-dan yuxarı artezian quyusu qazılıb və kəhrizlər bərpa olunub. Bunun hesabına əgər 2003-cü ildə muxtar respublikanın əkinəyararlı torpaqları 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarı istifadəyə verildikdən, yeraltı suvarma şəbəkələri qurulduqdan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur.
Aqrar sektorda texnika ilə təminat da yüksək səviyyədədir. Bu sahədə fermerlər bir sıra güzəştlərdən lazımınca bəhrələnirlər. Perspektiv planlar da böyükdür. Muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılıb. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Mərkəzin ümumi dəyəri təqribən 7 milyon manatdır. Artıq bu vəsaitin böyük hissəsi muxtar respublikaya yönəldilib.
Muxtar respublikada sənaye inkişafına da böyük diqqət göstərilir. Qəbulda Prezident İlham Əliyevin bildirdiyi kimi, cari ildə Şərur Sənaye Məhəlləsinin yaradılması üçün 5 milyon manat vəsait ayrılıb. Ayrılan vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər verilib. 2019-cu ilin sonunadək artıq Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq. Daxili tələbat nəzərə alınaraq bəhs olunan Sənaye Məhəlləsində ilk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulub.
Muxtar respublikada xalça fabrikinin qurulması işləri başa çatdırılıb. Artıq burada sınaq işlərinə başlanılıb, ilk xalçalar toxunur. Yaxın bir-iki ay müddətində xalça fabrikində bütün işlər tamamilə başa çatdırılacaq. Hazırda həm də yun tədarükü sexinin qurulması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyev Naxçıvanın uğurlu inkişafından məmnunluğunu bildirib. “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Məlum səbəblərdən Azərbaycanın digər bölgələri ilə birbaşa quru əlaqəsi kəsilən muxtar respublikanın uğurlu inkişafından bəhs edərkən burada təhlükəsizlik məsələlərinin də yüksək səviyyədə həll edildiyini xüsusi vurğulamaq lazımdır. Qəbulda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi, dövlət başçısının qayğısı ilə muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri Əlahiddə Ümumqoşun Ordusu korpusundan Əlahiddə Ümumqoşun Ordusuna qədər inkişaf yolu keçib.
Şübhə yoxdur ki, muxtar respublika möhkəm təməl üzərində gələcəkdə özünün uğurlu inkişafını təmin edəcək və daha böyük uğurlara imza atacaq. Buna əminliyini ifadə edən Prezident İlham Əliyev deyib: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.
Heç bir daxili enerji resursu olmayan Naxçıvanın hazırda elektrik enerjisini ixrac etməsi böyük uğurdur
Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafını təsdiqləyən digər bir mühüm amil müasir infrastruktur quruculuğu ilə bağlıdır. Burada şəhərlərarası və kənd yollarının tikintisi yüksək keyfiyyətlə həyata keçirilir. Bütövlükdə, son illərdə muxtar respublikada yolların tikintisinə böyük həcmlərdə vəsait ayrılıb. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə il bundan qabaq yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolunun inşası da tamamlanıb. Hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu yolun uzunluğu 50 kilometrdir. Artıq bəhs olunan yolda torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıb. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması tamamlanacaq. Üçüncü qat asfaltın isə qışda deyil, may-iyun aylarında qoyulması nəzərdə tutulub.
Muxtar respublikada qazlaşdırma uğurla davam etdirilir. 2005-ci il dekabrın 20-dən etibarən İran İslam Respublikasından muxtar respublikaya qazın verilməsi təmin edilir. İndiyədək burada 90 minə yaxın abonent “mavi yanacaq”la təmin olunub.
İnfrastruktur quruculuğu sahəsində digər vacib məsələ isə energetika ilə bağlıdır. Əgər 2003-cü ildə muxtar respublikada cəmi bir elektrik stansiyası var idisə, hazırda stansiyaların sayı 9-a çatıb ki, onların da 6-sı bərpaolunan enerji sistemləridir. 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın elektrik enerjisi idxal etmişdi. 2018-ci ildə isə muxtar respublikadan 35 milyon kilovatsaata yaxın elektrik enerjisi ixrac edilib. Hazırda muxtar respublikada İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir - 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Prezident İlham Əliyev Naxçıvanın energetika sektorunda qazandığı uğurları tarixi nailiyyət kimi səciyyələndirib: “Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır”.
Növbəti illərdə Naxçıvanda yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalı, maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir
Bəhs olunan qəbulda Prezident İlham Əliyev muxtar respublikada yerli gəlirlərin artırılması kimi mühüm məsələni də gündəmə gətirib. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.
Hazırkı mərhələdə Prezident İlham Əliyev bütün ölkə üzrə maliyyə və iqtisadi sahələrdə şəffaflığın tam təmin edilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində ölkəmizdə büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və imkan verir ki, maaşlar, pensiyalar artırılsın, investisiya layihələrinə daha böyük həcmlərdə vəsait yönəldilsin. Deyilənlər baxımından muxtar respublika da istisna təşkil etməməlidir. Dövlət başçısı tapşırıq verib ki, gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27