Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Parisə səfəri çərçivəsində Azərbaycanın Mədəniyyət naziri bir sıra ölkələrdən olan həmkarları ilə görüşüb

Parisə səfəri çərçivəsində Azərbaycanın Mədəniyyət naziri bir sıra ölkələrdən olan həmkarları ilə görüşüb

20.11.2019 [14:26]

Parisdə UNESCO-nun üzv ölkələrinin Mədəniyyət nazirlərinin Forumunda iştirak edən Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları barədə məlumat verib.

İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə görüşdə nazir Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət nazirlərinin konfransında iştirak məqsədilə İsveçrəyə səfərini xatırlayaraq, Forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd edib. İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən nazir hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını söyləyib. Nazir İsveçrənin innovasiya və yaradıcı sənaye sahələrində öndə gedən ölkələrdən biri olduğundan Azərbaycanın bu sahədə İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Həmçinin, nazir Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu qeyd edərək bildirib ki, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi əlaqələrin inkişafına töhfə verəcək.

Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə görüşdə iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi vurğulanıb.

Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə Əbülfəs Qarayev Koreyanın yaradıcı sənaye sahəsində inkişaf etmiş ölkə olduğu və Mədəniyyət Nazirliyinin bu sahədə Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə görüşdə Əbülfəs Qarayev qeyd edib ki, bu ilin dekabr ayında Kolumbiyada keçiriləcək UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan komitə üzvü kimi iştirak edəcək. O, 2013-cü ildə bu Komitənin iclasının Bakıda keçirildiyini xatırladaraq, tədbirin təşkilində uğurlar arzulayıb.

Tunisin Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşdə diqqətə çatdırılıb ki, bu ilin dekabrın 17-dən 19-dək keçiriləcək “Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019” Mədəniyyət ili çərçivəsində Tunisdə Mədəniyyət nazirlərinin 11-ci İslam Konfransında Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ilə təmsil olunacaq. Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramı razılaşdırılacaq.

Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edib.

Nazir Əbülfəs Qarayev Forum çərçivəsində, həmçinin Burkina-Faso, İspaniya, Braziliya, Çin, Menteneqro və digər ölkələrin nazir və nazir müavinləri ilə də fikir mübadilələri aparıb.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31