Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

«Bu gün 27 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciətində partiyanın yaranma zərurəti, xalqın istəyi geniş şəkildə öz əksini tapıb. «91-lər»dən biri kimi həmin dövrün hadisələrinin bələdçisiyəm. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabından Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.»

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1992-ci il 21 noyabrda təsis konfransını respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrildi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı. Ən önəmlisi, bu günümüz üçün zəruri olan uğuru yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Ölkəni xaosa, anarxiyaya, özbaşınalığa sürükləyən bu ünsürlər dövlət müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu.

“Yeni Azərbaycan Partiyasının yaradılması dövrün, zamanın tələbi idi” fikrini qeyd edən V.Rəhimzadə vurğulayıb ki, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına çox böyük töhfə vermişdir. Bu gün Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkəmizdə demokratik cəmiyyətin atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi kimi biri-birindən vacib məsələlər ölkəmizdə öz həllini tapdı. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsində Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir.

«1992-ci il 21 noyabr tarixindən bizləri ayıran 27 illik zaman Yeni Azərbaycanı Partiyasının imza atdığı uğurların bələdçisidir» söyləyən V.Rəhimzadə qeyd edib ki, hazırda partiyanın sıralarında 750 minə yaxın üzvün birləşməsi yalnız statistika deyil, Heydər Əliyev ideyalarına sədaqətin, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. 750 minə yaxın üzv, eyni zamanda, həqiqətlərimizin, Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Bir məqamı da qeyd edək ki, partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi də bir çox məqamların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində bu məqamı belə əsaslandırmışdır: «Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.»

«1993-cü ildən sonra görülən işlər bugünkü reallıqlarımızdır» söyləyən V.Rəhimzadə onu da əlavə edib ki, bu baxımdan həmin dövrdə yaradılan möhkəm təməl Azərbaycanın uğur yolunda inamla addımlamasına stimul verir. Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə etməklə iqtisadi inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi inkişafına stimul oldu. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, «Əsrin müqaviləsi»nin imzalanmasından 23 il sonra «Yeni əsrin müqaviləsi»nin imzalanması, ötən il Cənub Qaz Dəhlizinin, həmçinin onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi Azərbaycanın etibarlı tərəfdaş mövqeyinin təsdiqidir.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması Azərbaycanın bugünkü uğurlarında əsas rol oynayır. Son 16 ildə təkmil islahatlar, qəbul olunan qanunların, Milli Konstitusiyamızın zamanın tələbinə uyğun təkmilləşdirilməsi, azad mətbuatın inkişafına xidmət edən biri-birindən mühüm addımlar- KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dəstək Fondunun yaradılması, həmçinin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dünyada analoqu olmayan addımın atılması, «Siyasi partiyalar haqqında» yeni qanunun qəbulu, 2003-cü ildə Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinin zamanın tələbi əsasında yeniləşməsi və təkmilləşməsi və sair kimi mühüm addımlar Azərbaycanın demokratik inkişafı strateji kursunun əsası kimi qəbul etdiyini bir daha ortaya qoyur.

V.Rəhimzədə uğurlarımız sırasında Azərbaycanın diplomatik mübarizədə qələbəsindən də geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti nəticəsində bu məqsədə nail oldu. Ümummilli Liderin elə bir səfəri yox idi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, ən əsası erməni yalanları faktlar əsasında ifşa edilməsin. Son 16 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın diplomatiya sahəsində uğurlarına yeni əlavələr etdi. Təkcə cari ilin ötən dövründə əldə olunan uğurlara diqqət yetirmək kifayətdir. Bu günlərdə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı Ermənistana və onun havadarlarına ciddi mesaj olmaqla yanaşı, Azərbaycanın böyük diplomatik uğuru kimi dəyərləndirildi.

V.Rəhimzadə 27 ilin uğurları sırasında ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlarımızdan da bəhs edib. Bildirib ki, 2016-cı ildə keçirilən referendumda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edirdi. Vitse-prezidentlik institutunun yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və sair kimi məsələlər bunun bariz nümunəsidr. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Görülən bütün işlərin təməlində Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət dayanır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gəncləşmə siyasəti ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni Azərbaycan Partiyasında gənclərin çoxluq təşkil etməsində də bu çağırışın rolu böyükdür.

V.Rəhimzadə Azərbaycanın uğurlarına davamlı töhfələr verən, yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyasının 27 illik yolu bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirərək, bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev uğurlarda Yeni Azərbaycan Partiyasının hər bir üzvünün payı olduğunu hər zaman önə çəkir: «Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.»

«Tarixə uğurlar, qələbələr partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir» söyləyən V.Rəhimzadə qeyd edib ki, partiya hər bir seçkidən uğurla çıxmaqla xalqın dəstəyinin nə qədər böyük olduğunu, partiyanın gələcəyinə inamın şübhəsizliyini təsdiqləyir. 2018-ci ildə keçirilən prezident seçkiləri bunun bir daha təsdiqi oldu. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri qələbəsi ilə növbəti 7 il üçün Azərbaycanın davamlı inkişafına, yeni hədəflərin gerçəkləşməsinə təminat verdi. Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. YAP-ın bu seçkilərdə də qələbəsi şəksizdir. Populizmdən uzaq, sözlə əməl birliyi olan partiyaya xalqın sevgisi, dəstəyi qaçılmazdır. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı və son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyası 27 illik yolun işığına söykənərək irəliyə doğru inamla addımlayır, qarşıdakı illərdə üzvü olmaqdan qürur duyduğumuz, ölkənin aparıcı siyasi təşkilatını daha möhtəşəm uğurlar gözləyir.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 17:29
Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub
16 Dekabr 17:18
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib
16 Dekabr 17:17
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
16 Dekabr 17:12
Yevlaxın Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evi qazlaşdırılıb
16 Dekabr 17:10
Bakı Nəqliyyat Agentliyi beynəlxalq komitəyə üzv seçilib
16 Dekabr 17:08
Tural Gəncəliyev: Ermənistanın ayrıseçkilik siyasəti aparması bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür
16 Dekabr 16:54
Seymur Orucov: Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb
16 Dekabr 16:51
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir
16 Dekabr 16:47
Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
16 Dekabr 16:45
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi
16 Dekabr 16:42
YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam etdirir
16 Dekabr 16:38
Eldar İbrahimov: Həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir
16 Dekabr 16:35
Azər Badamov: Sahibkarlar ölkəmizin inkişafına öz töhfələrini verirlər
16 Dekabr 16:32
Gürcüstan 11 ayda idxal etdiyi avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb
16 Dekabr 16:18
Müdafiə Nazirliyi: Bölmələr qış mövsümünə hazırdır
16 Dekabr 16:10
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub
16 Dekabr 16:04
İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar müzakirə olunub
16 Dekabr 15:58
Azərbaycanın Filippindəki fəxri konsuluna diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
16 Dekabr 15:48
AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib
16 Dekabr 15:42
Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
16 Dekabr 15:36
AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək
16 Dekabr 15:32
“U. S. News & World Report” jurnalının reytinq siyahısı: Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır
16 Dekabr 15:27
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
16 Dekabr 15:23
Fransa–Azərbaycan ədəbi əlaqələri müzakirə edilib
16 Dekabr 14:52
“Əbədi ezamiyyət” sənədli filmi BDU-da nümayiş olunub
16 Dekabr 14:48
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
16 Dekabr 14:17
İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq
16 Dekabr 13:57
Dekabrın 17-də ölkə ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
16 Dekabr 13:51
Azərbaycan ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında mədəni əlaqələr müzakirə edilib
16 Dekabr 13:44
Səyavuş Heydərov: Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır
16 Dekabr 13:34
MÜSİAD Azərbaycan 2021-ci ildə beynəlxalq biznes forum təşkil edəcək
16 Dekabr 13:31
Günel Səfərova : Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
16 Dekabr 11:38
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
16 Dekabr 11:29
Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir
16 Dekabr 11:06
Dekabrın sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
16 Dekabr 10:43
Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək
16 Dekabr 10:35
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak edib
16 Dekabr 10:26
İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub
16 Dekabr 10:22
Jan-Pyer Allali: Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür
16 Dekabr 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7