Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub

Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub

21.11.2019 [12:15]

Muxtar respublikada olan bütün uşaqların hüquqlarının qorunması, sosial müdafiələrinin və asudə vaxtlarının təşkili, xüsusi istedadlarının üzə çıxarılması, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülür.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə 20 noyabr – Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə ətraflı danışılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin aparıcıları bu günün tarixi haqqında məlumat veriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Təhsil naziri Rəhman Məmmədov və Mədəniyyət naziri Natəvan Qədimova çıxış ediblər. Bildirilib ki, muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunur. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 815 nəfəri uşaqdır.

Qeyd olunub ki, Ali Məclis Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, monitorinq qrupu yaradılıb. Muxtar respublikada ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilib. Həmçinin hər il 15 sentyabr – Bilik Günü ilə əlaqədar müvafiq uşaqlar məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar.

Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildə təhsil, idman, incəsənət nominasiyaları üzrə fərqlənən 16 uşağa diplom və hədiyyə təqdim edilib.

Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olub.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31