Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub

UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub

21.11.2019 [15:55]

UNESKO Baş Konfransının 40-cı sessiyasında mədəniyyət komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda ölkəmizi Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

İclasın gündəliyinə UNESKO-nun mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsi, üzv dövlətlərin muzey və kolleksiyaların, onların müxtəlifliyi və cəmiyyətdə rolunun qorunması və təbliğinə dair 2015-ci il Tövsiyələrinin və Tarixi şəhər landşaftına dair 2011-ci il Tövsiyələrinin həyata keçirilməsi ilə bağlı hesabatlarının dinlənilməsi kimi məsələlər daxildir.

Müzakirələr zamanı digər ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan tərəfindən çıxış edən V.Eyvazzadə UNESKO baş qərargahında baş tutan üzv dövlətlərin Mədəniyyət nazirlərinin Forumunun keçirilməsinin təqdirəlayiq hal olduğunu və növbəti illərdə də Baş Konfrans çərçivəsində bu ənənənin davam etdirilməsinin zəruri olduğunu qeyd edib. O, 130- qədər ölkənin Mədəniyyət nazirlərinin iştirak etdiyi tədbirin keçirilməsi üçün bir günün kifayət etmədiyini və gələcək illərdə keçiriləcək Forumlarda bunu nəzərə almağın vacibliyinə toxunub. Qeyd edib ki, Forum üzv ölkələrə bir çox ikitərəfli görüşlərin keçirilməsi imkanları yaradıb.

İclas zamanı UNESKO-nun mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsi və monitorinq sisteminin gücləndirilməsi baxımından qərarların qəbul olunmasına ölkəmizin dəstəyi ifadə edilib.

Komissiyanın builki iclası bir sıra mühüm hadisələrlə yadda qalıb. İclas çərçivəsində 24 yanvar - Dünya Afrika və Afrika mənşəli Mədəniyyət Günü, 15 aprel - Dünya İncəsənət Günü, 14 noyabr - Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Gün, 18 noyabr - Dünya İslam İncəsənəti Günü, 26 noyabr - Dünya zeytun ağacı Günü kimi qeyd olunması qərarları qəbul edilib.

İclas çərçivəsində, həmçinin Dünya mədəni və təbii irsinin qorunması üzrə Hökumətlərarası Komitənin fəaliyyətinə dair və mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun fəaliyyətinə dair hesabatlar dinlənilib, 2022-2029-cu illər üçün ortamüddətli strategiya layihəsinin hazırlanması, muzey kolleksiyalarının qorunub saxlanılması, muzeylərin inkişafı ilə bağlı və “UNESKO 2030 və daha sonra: əsas çağırışlar və imkanlar” mövzusunda müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30