Ana səhifə »  Qəzetin pdf formatı »  Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir
A+   Yenilə  A-
Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir

2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

Son 16 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsulu üç dəfədən çox artmışdır. Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir və ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuz¬dan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Ölkə iqtisadiyyatına son 16 il ərzində 250 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda son 16 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. 2019-cu ildə qeyri-neft sənayesi 15 faiz, kənd təsərrüfatı 7 faiz artmışdır. Ölkəmizin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi he¬sab etmək olar. Bu, onu göstərir ki, “qara qızıl” və qaz insan kapitalına çevrilmişdir.

Bununla yanaşı, Davos Ümumdünya Forumu və Dünya Bankının hesabatlarında Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır. Azərbaycan çox yüksək yerlərə layiq görülür, o cümlədən islahatların aparılması istiqamətində və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqda yer tuturuq. Ölkədə həyata keçirilən struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar nəticəsində təkcə 2019-cu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplanmış və sosial sahəyə yönəldilmişdir. Nəticədə, bundan 4 milyon 200 mindən çox insan faydalanmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, həyata keçirilən islahatların nəticəsində 2019-cu ildə minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılmışdır.

Qeyd etmək lazımdır ki, aparılan struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Sosial Tədqiqatlar Mərkəzinin sonuncu sorğusunda da vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını bildirmişdir. Sorğuda iştirak edən respondentlərin 87,6 faizinin Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatları dəstəkləməsi, onu əhəmiyyətli hesab etməsi dövlət başçısına göstərilən inamın və etimadın bariz göstəricidir.

Bununla yanaşı, son illərdə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Xüsusilə, son iki ay ərzində Azərbaycanın bir sıra yaddaqalan diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü müstəqil xarici siyasətinin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verdi. Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı, ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi.

Bununla yanaşı, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər.

Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi rəsmən tanınmasıdır.

Həmçinin Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, Zirvə Görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Bu mötəbər tədbirdə müasir beynəlxalq münasibətlərə dair ən vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. .

Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.

Bununla yanaşı, noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi onu təsdiq edir ki, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün ölkəmiz sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimində bildirdi ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Dövlətimizin başçısı dedi : “Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir. Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq”.

Bu mühüm hadisə onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobalmiqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

 
  • Oxunub:  3060  |  
  • Tarix:  05-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +2