Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

06.12.2019 [11:24]

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə danışıb. Son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən kompleks tədbirlərdən söhbət açılıb.

Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində bankın iştirakı ilə bağlı müzakirələr olub. “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi, maliyyə vəziyyətinin sağlamlaşdırılması və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru S.Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi də iştirak edib.

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir. Bu kreditlərin əsas səbəblərindən biri də iqtisadi proqramların həyata keçirilməsidir.

Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31