Ana səhifə »  Qəzetin pdf formatı »  Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
A+   Yenilə  A-
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətimizin ən ali məqsədi hesab olunur. Bu məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin işlənilməsi və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
İnsan hüquqlarının təmin olunmasında müstəsna rolu olan məhkəmə hakimiyyətinin KİV ilə əməkdaşlığı müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Senzuranın ləğv olunması ilə bağlı Ulu Öndərin 1998-ci ildə imzaladığı tarixi Fərmanı mətbuatın inkişafı üçün yeni dövr açıb və Azərbaycan mətbuatı tam şəkildə azad fəaliyyət göstərməyə başlayıb. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə davam etdirilərək mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə təkmilləşən fəaliyyət sahələrindən birinə çevrilib. Bu gün ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, hüquqi maarifləndirmə sahəsində mühüm rol oynayır.
Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, aşkarlığa və ictimaiyyətlə əlaqələrə daim böyük önəm verərək kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq edir.
Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı ilə aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyulub. Fərmanın icrası çərçivəsində məhkəmə hakimiyyətinə ictimai etimadın artırılması, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlərin davamı olaraq Məhkəmə-Hüquq Şurasının son iclasında Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin səmərəli qurulması üzrə təşkilati məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Məhkəmə-Hüquq Şurası və Azərbaycan Mətbuat Şurası ilə birgə “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib.
Görüşdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, çoxsaylı KİV rəhbərləri və jurnalistlər iştirak ediblər.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Beynəlxalq İnsan Hüquqları Günündə keçirilən tədbirin əhəmiyyətini qeyd edib, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən insan hüquqlarının təmin olunmasının dövlətimizin ali məqsədi kimi bəyan edildiyini, bu istiqamətdə mühüm addımların atıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, vətəndaş cəmiyyətinin inkişafına yönələn davamlı tədbirlər görülür, bu sahədə nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edilir, həmçinin respublikamız 50-dən çox beynəlxalq sənədə qoşularaq beynəlxalq öhdəliklərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.
İdarə rəisi insan hüquqlarının etibarlı təmin olunmasında məhkəmə hakimiyyətinin müstəsna rolunu qeyd edərək məhkəmələrdə mətbuatla əlaqələrə məsul spiker-hakimlərin ayrıldığını diqqətə çatdırıb. Bildirib ki, görüşün məqsədi həmin hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli medianın məhkəmə fəaliyyətinin, məhkəmə işlərinin işıqlandırılmasında daim maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, jurnalistlərin etik davranış Kodeksi mətbuat nümayəndələrinin bu sahədə obyektiv və qərəzsiz fəaliyyəti üçün mühüm əsas yaradır. Ədliyyə Nazirliyinin KİV-lərlə fəal əməkdaşlığın qurulmasına böyük əhəmiyyət verdiyini və bu sahədə səmərəli əməkdaşlığın qurulduğunu deyən M.Ələsgərli keçirilən birgə tədbirlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov bildirib ki, məhkəmələrin əsas vəzifəsi insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Məhkəmələrdə baxılan işlərin sayı bəzi illərdə yarım milyona çatıb və bu işlər ümumilikdə bir milyona yaxın insanı əhatə edib. Azərbaycanda məhkəmə qərarlarının sabitlik göstəricisinin 90 faizə yaxın olduğunu vurğulayan E.Qasımov dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən kompleks qanunvericilik, institusional və praktiki işlərdən danışıb, həyata keçirilən tədbirlərin mediada geniş işıqlandırıldığını diqqətə çatdırıb. O, məhkəmələrin nüfuzunun artırılması, şəffaflığın təmin olunması üçün KİV təmsilçiləri ilə görüşlərin əhəmiyyətini qeyd edib.
Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə xidmət etdiyini bildirib, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün “qaynar xətt”in yaradılmasını, məhkəmələrin fəaliyyətinə dair mütəmadi monitorinqlərin aparılmasını və məhkəmələrdə bilavasitə vətəndaş qəbullarının keçirilməsinə başlanıldığını qeyd edərək bunun insanların hüquqlarının etibarlı müdafiəsinə yönəldiyini vurğulayıb. Qeyd edib ki, məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasında media ilə münasibətlərin düzgün qurulması olduqca vacibdir və bu, digər dövlətlərdə də aktualdır. Bununla bağlı ötən il İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən hakimlərin media ilə əlaqələrinin gücləndirilməsinə dair mühüm sənəd qəbul olunub. Bu məsələ Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunub və ilkin olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən məhkəmələrin hər birində media ilə işləyəcək bir hakim, eləcə də Şuranın özündə məsul əməkdaş müəyyən edilib. Həmin şəxslər tədbirdə KİV təmsilçilərinə təqdim olunub.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu insanların öz hüquqlarını bilmələrinin təşviqi baxımından tədbirin önəmini xüsusi vurğulayıb. Konstitusiyaya əsasən, ölkəmizdə məhkəmələrin müstəqil fəaliyyətinin tam təmin olunduğunu qeyd edən H.Babaoğlu məhkəmələrin nüfuzunun artırılması, media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı məlumatlandırılması baxımından hakimlərin, tanınmış hüquqşünasların dövri mətbuatda mütəmadi çıxış etmələrinin zəruriliyini bildirib. H.Babaoğlu məhkəmələrdə media ilə əməkdaşlıq üzrə hakimlərin ayrılmasının mətbuatın Azərbaycanda məhkəmə-hüquq sahəsində inkişaf prosesinə cəlb olunması baxımından önəmini vurğulayıb.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ədliyyə Nazirliyinin media ilə əlaqələrini yüksək qiymətləndirib, bu əlaqələrin hakimlərlə qurulmasının əhəmiyyətini qeyd edərək məhkəmələrin fəaliyyətinin ictimailəşdirilməsinin medianın da üzərinə mühüm vəzifələr qoyduğunu bildirib. Son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran V.Rəhimzadə medianın da bu islahatlar barədə məlumatların ədalətli və operativ qaydada ictimaiyyətə çatdırılmasına maraq göstərdiyini söyləyib.
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev tədbirin Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsi ilə xüsusilə önəmli olduğunu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik hüquqi dövlətin qurulduğunu, insan hüquqların etibarlı müdafiə mexanizmlərinin yaradıldığını diqqətə çatdıraraq bildirib ki, bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizi daha da möhkəmləndirməliyik. O, əsas vəzifəsi insan hüquqlarının təmin olunması olan məhkəmə hakimiyyətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai marağın böyük olduğunu qeyd edərək media ilə əməkdaşlığın qurulmasının ölkəmizdə məhkəmə-hüquq sahəsində reallaşdırılan islahatların növbəti mərhələsi olduğunu vurğulayıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Elçin Mirzəbəyli, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, vətəndaş cəmiyyətinin təmsilçiləri Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Əhməd Abbasbəyli və digərləri çıxışlarında məhkəmələrdə mətbuat məsələlərinə məsul şəxsin fəaliyyət mexanizminin qurulması, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, hakimlər tərəfindən ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı mediada daha tez-tez çıxışların edilməsi, hakimlər və jurnalistlər üçün birgə müvafiq təlim və seminarların təşkili və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA