Ana səhifə »  Qəzetin pdf formatı »  Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev www.yap.org.az saytına müsahibə verib:
- Səttar müəllim, dekabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı böyük öndərimizin əziz xatirəsini hər zaman yad edir. Sizcə, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri nədən ibarətdir? Xüsusilə, Ulu Öndərimizin hakimiyyətə tarixi qayıdışını necə səciyyələndirərdiniz?

- Hər bir xalqın, dövlətin taleyi şəxsiyyətlərdən asılı olur. Ötən əsrin 90-cı illəri orta nəslin yaxşı yadındadır. 1993-cü ildə xalq Ümummilli Lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu elə bir vaxt idi ki, Azərbaycanın müstəqilliyi xəstə doğulmuş uşaq kimi bələkdəcə məhv olmaq üzrə idi. Özünü iqtidar elan etmiş üzdəniraq «demokratlar» xalqı, vətəni qoynuna sürüklədikləri burulğandan xilas etmək gücündə və ağlında deyildilər.

Xalq onlardan imtina etmişdi. Adlarını «demokrat» qoysalar da, sonradan məlum oldu ki, «demokratiya» məfhumundan, ümumiyyətlə, anlayışları yoxdur. Olsaydı cəmiyyətin demokratik əsaslarını təşkil edən ictimai qurumlara qarşı düşmən mövqe tutmazdılar. Həmkarlar ittifaqlarını «sovet qalığı» adlandırıb məhv etməyə cəhd göstərdilər. Onlara başa sala bilmirdik ki, həmkarlar ittifaqı necə «sovet qalığıdır» ki, ən sivil Avropa ölkələrində, o cümlədən Azərbaycanda hələ sovetlər ittifaqının adı belə məlum olmayan illərdə fəaliyyət göstərib. Hətta dünya üzrə birlikləri də var. Bu insanlar, necə deyərlər, kor tutduğunu buraxmayan kimi milyonlarla insanın üzv olduğu təşkilatımızı dağıtmaq, əvəzində özlərinə münasib marianet qurum yaratmaq istəklərindən əl çəkmirdilər ki, çəkmirdilər. Təşkilatımızın əmlakını, maddi bazasını mənimsəmək cəhdləri səngimirdi.

Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyəti bir-birinin ardınca həmkarlar ittifaqının mülkiyyətinin mənimsənilməsinə dair ədalətsiz qərarlar qəbul etdi.

Hətta iş o yerə çatdı ki, prezidentə Konfederasiyanın inzibati binasının Xarici İşlər Nazirliyinə verilməsi haqqında sərəncam imzalatdırdılar. Biz bu qanundankənar həmlələrlə, təbii ki, razılama bilməzdik. Qanun çərçivəsində mən və tərəfdaşlarım var qüvvəmizlə müqavimət göstərirdik. Bu müqaviməti davam etdirmək üçün gücümüz nə vaxta qədər çatacaqdı bilmirdik. Amma təslim olmaq fikrimiz də yox idi. Çünki tamah saldıqları əmlak nə bizim, nə də onların idi. Bunlar hamısı uzun illər üzvlük haqqı ödəmiş yüz minlərlə işçi insanın mülkiyyəti idi. İşçi insanlar etimad göstərib bizi təşkilatın rəhbərləri seçdiklərinə görə, bu mülkiyyəti qorumağı özümuzun vicdan borcu bilirdik. Açığı, qeyri-bərabər mübarizədən yorulan, bezən vaxtlarımız da olurdu. O dövrdə Naxçıvanda yaşayan, təqiblərə, qarayaxmalara, böhtanlara, hücumlara məruz qalan, buna baxmayaraq, Muxtar Respublikanın torpaqlarının toxunulmazlığının təminatını, sakinlərin sosial-iqtisadi problemlərinin həllini bacarıqla həyata keçirən Ümummilli Lider Heydər Əliyev nümunəsi mənə və silahdaşlarıma yeni qüvvət verirdi. Mən dəfələrlə Ümummilli Liderin görüşünə getmişəm. Müqəddəs Naxçıvan torpağında Onu ziyarət etmişəm. Müdrik fikirlərlə zəngin söhbətləri nadanlar tərəfindən əzilən ruhuma nur kimi çilənib. O məni haqq iş yolunda mübarizədən çəkinməməyə çağırıb. Xalq onu paytaxta, hakimiyyət sükanı arxasına dəvət edəndə elə bilirdim məndən çox sevinəni yoxdur. Sonradan bildim ki, bütün namuslu insanlar belə düşünür.

Heydər Əliyev hakimiyyəti «bayram hədiyyəsi» kimi qəbul etmədi. Sərhədlərimizin ətrafı düşmən, daxildə düşmən əlaltıları, düşmən dəyirmanına su tökənlər. Sabotajlar, torpaqlarımıza müdaxilələr, özbaşınalıq… gündəlik həyat tərzinə çevrilmişdi.

Ordu adında pərakəndə, səriştəsiz dəstələr özfəaliyyət göstərirdi. Hüquq-mühafizə orqanları da daha çox cinayətkarların müdafiəçisinə çevrilmişdi. Ümummilli Lider tək idi. Lakin arxasında bütöv bir xalq var idi. İndiki kimi yadımdadır. O, radio vasitəsilə xalqa müraciət etdi. Xalqı ona dəstək üçün Prezident Aparatının qarşısına çağırdı. Gecə yarısına qədər paytaxtdan, rayonlardan, kəndlərdən yüz minlərlə insan axışıb gəldi. Xalq “Heydər Əliyev” deyə hayqırdı. Biz Heydər Əliyevləyik! – dedi.

Tribunadan çıxış edənlər xalqın düşmənlərinə lənət yağdırdılar. Heydər Əliyevi xilaskar qismində gördüklərini bəyan etdilər. Mən də çıxış etdim. «Yüz minlərlə həmkarlar ittifaqı üzvü yeni Azərbaycanın qurucusu olan Heydər Əliyevin yanındadır və yanında olacaq» - dedim.

Ulu Öndər Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı. Bəlkə Tanrının da əlini üzdüyü bir dövləti (əgər o iqtidarın idarə etdiyi qurumu dövlət adlandırmaq mümkünsə) dağılmaqdan, xırda xanlıqlara parçalanmaqdan qurtardı. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu və inkişaf istiqamətinə yönəltdi. Vətəndaş cəmiyyətinin demokratik qurumlarından olan həmkarlar ittifaqına münasibətə yenidən baxıldı. Xalq Cəbhəsi-Müsavat cütlüyünün sıravi insanların müəyyən qrupu arasında həmkarlar ittifaqına qarşı, qismən də olsa, yarada bildikləri inamsızlığı aradan qaldırmaq məqsədilə dövlət başçısı tərəfindən uğurlu addımlar atıldı.

- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan həmkarlar ittifaqlarının da həyatında tarixi dönüş oldu. Bu amil həmkarlar ittifaqlarının işinə nə dərəcədə təsir etdi?

- 1994-cü ilin fevralında Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında «Həmkarlar ittifaqları haqqında» qanun qəbul edildi. Bu sənəd, təşkilatımızın həyatında, mən deyərdim, inqilabi dönüş yaratdı. Dahi rəhbər vətəndaş cəmiyyətinin vacib atributlarından biri olan həmkarlar ittifaqının fəaliyyətini izləyir, lazımi məqamlarda dəstək göstərirdi. Sosialyönümlü qanunların hazırlanmasında, müzakirəsində həmkarlar ittifaqının iştirakını mütləq sayırdı.

Ümummilli Lider həmkarlar itttifaqlarının cəmiyyət üçün nə dərəcədə gərəkli, mən deyərdim ki, zəruri qurum olduğunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I qurultayına göndərdiyi təbrik məktubunda təşkilatımızın varlığını istəməyən insanlara, Konstitusiyamıza əsaslanaraq, bəyan etdi: «Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında insanların əmək və sosial hüquqları təsbit edilmiş, onların həyata keçirilməsi üçün geniş qanunvericilik bazası yaradılmışdır. Dövlət siyasətinin ali məqsədlərindən biri olan əhalinin iqtisadi və sosial mənafelərinin qorunması həmkarlar ittifaqlarının fəaliyyətində də əksini tapır».

Həmin məktubda Heydər Əliyev mövcud iqtisadi, sosial durumu lokanik şəkildə nəzərə çatdırdı. Bu şəraitdə təşkilatımızın fəaliyyət sferasının haradan haraya qədər olduğu sualına da aydınlıq gətirirdi: «Ölkəmizdə mühüm mərhələyə qədəm qoymuş iqtisadi islahatlar yeni təsərrüfat sisteminin tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşdırmış, makroiqtisadi sabitliyi təmin etmişdir. İqtisadiyyatda geriləmə hallarının qarşısı alınmış, bəzi sahələrdə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Özəlləşdirmə prosesləri, mülkiyyət formalarının dəyişməsi, ələlxüsus torpağın xüsusi mülkiyyətə verilməsi dövlətə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq imkanı vermişdir. Bütün bunlar həmkarlar ittifaqlarının fəaliyyət dairəsini və məqsədlərini kökündən dəyişməlidir. Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda daha böyük əzmlə çalışmalıdır».

Təbrik məktubunda həmçinin beynəlxalq həmkarlar ittifaqı birlikləri ilə əlaqələrimiz alqışlanır. Bu əlaqələri Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, qarşılaşdığımız sosial-iqtisadi problemlərin həllinə yönəltməyi tövsiyə edirdi.

Ulu Öndər, ölkənin xarici, daxili problemlərinin həddən çox olmasına baxmayaraq, həmkarlar ittifaqı lideri olaraq, məni vaxtaşırı qəbul etməyə də vaxt tapırdı. Məni səbrlə dinləyirdi. Təkliflərimə, təşəbbüslərimə hörmətlə yanaşırdı. Məqbul saydıqlarının tətbiqinə, reallaşmasına köməyini göstərirdi. Tövsiyələri, məsləhətləri ilə fəaliyyətimizin daha səmərəli nəticələr verməsinə yardımçı olurdu. Təkcə tövsiyələri deyil, ölkədə apardığı sosial-iqtisadi islahatlar da həmkarlar ittifaqlarının qarşısında duran missiyanın uğurla həyata keçirməsinə bilavasitə təsir edib.

- Ulu Öndər Heydər Əliyevin həmkarlar ittifaqlarına əsas tövsiyələri nədən ibarət idi?

- Heydər Əliyev dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılması işində, dövlət başçısı kimi, fəaliyyətinin sonuna qədər həmkarlar ittifaqına güvəndi. Müəllifi olduğu islahatların reallaşdırılması prosesinə uyğun olaraq qarşımıza yeni vəzifələr qoyurdu. AHİK-in II qurultayına təbrik məktubunda yazırdı: «Yeni şəraitdə həmkarlar ittifaqının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirak üçün hüquqi baza yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar».

Heydər Əliyev təşkilatımızın sıralarının genişləndirilməsi, fəaliyyətimizin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində apardığımız işlərə qayğı göstərməklə yanaşı, onun beynəlxalq aləmdə tanınması naminə özünün şəxsi və vəzifə nüfuzundan da istifadə edirdi. AHİK-in keçirdiyi I və II qurultaylarında iştirak edən xarici qonaqları qəbul etdi. Çıxış edərək bildirdi ki, «Azərbaycan həmkarlar ittifaqları böyük gücə malikdir». Əlbəttə, ölkə başçısının xarici qonaqlar qarşısında təşkilatımıza verdiyi bu qiymət bizim üçün qürurverici idi.

Görüşlərdə iştirak etmiş xarici qonaqların nümayəndələri aldıqları xoş təəssüratları dərhal bizimlə bölüşürdülər. Etiraf edirdilər ki, Azərbaycan nadir ölkələrdəndir ki, dövlət başçısı həmkarlar ittifaqlarına dövlətin sosial siyasətinin aparıcı qüvvələrindən biri kimi münasibət bəsləyir. Qonaqlarımız uzun müddət bu görüşün təəssüratlarını unutmadılar. Hər dəfə hansısa beynəlxalq tədbirdə qarşılaşanda həmin görüşü xatırladırdılar.

- Səttar müəllim, bu gün ölkəmizin dinamik inkişafı fonunda həmkarlar ittifaqları hansı nəticələr əldə etməkdədir?

- Ulu Öndər Heydər Əliyevin göstərdiyi mənəvi dəstək təşkilatımızı həm cəmiyyətimizdə, həm də beynəlxalq həmkarlar ittifaqı hərəkatında nüfuz sahibi etmişdir. AHİK hökumət və işəgötürənlərlə Baş Kollektiv Saziş imzalamaqla, qanun yaradıcılığı prosesinə qatılmaqla, cəmiyyətimizin sosial-iqtisadi həyatının fəal iştirakçılarından birinə çevrilmişdir.

AHİK hazırda 29 xarici ölkənin 34 həmkarlar ittifaqı mərkəzi ilə birbaşa əməkdaşlıq edir. Sıralarında 163 ölkədən 331 üzv təşkilatı, 207 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Yeri gəlmişkən deyim ki, AHİK-in sədri həm də bu qurumun vitse-prezidentidir. Biz xalqın təşkilatlandığı qurum olaraq Heydər Əliyevin xalq üçün etdiklərini unutmuruq.

Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, fədakar əməyi, xalqına, vətəninə sonsuz məhəbbəti, sivil dövlət quruculuğu istəyi və yüksək peşəkarlığı, uzaqgörənliyi sayəsində Azərbaycan tarixində özünə əbədiyaşar heykəl qoydu. Bütün uğurlarımızda Heydər Əliyevin qoyduğu təməli görürük. O, bizə təkcə müasir, əbədiyaşar dövlət əmanət etmədi. Həm də zərgər dəqiqliyi ilə qurduğu dövlətimizi gələcəyə inamla apara biləcək davamçı bəxş etdi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Fəaliyyəti ilə Heydər Əliyev yolunun nə dərəcədə doğru olduğunu bir daha sübut etdi. O, gələcəkdə də bu siyasi kursa layiqincə əməl edəcəyini dəfələrlə xalqının diqqətinə çatdırmışdır. Ümummilli liderin anım günlərinin birində bir daha bu sədaqətini təsdiqləmişdir: «Heydər Əliyevin siyasətini həm iqtisadi islahatların aparılmasında, həm də xarici siyasətin aparılmasında və bütün başqa sahələrdə davam etdirəcəyik. Əlbəttə ki, onun sadiq olduğu azərbaycançılıq ideologiyasını biz bundan sonra da həyata keçirəcəyik».

 
  • Oxunub:  2100  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +2