Ana səhifə »  Qəzetin pdf formatı »  Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
A+   Yenilə  A-
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur. Dövlətimizin başçısının tövsiyəsi ilə BBMM sadəcə ölkə daxilində deyil, eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, habelə mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, seminarlar, təqdimatlar, görüşlər həyata keçirib.

Bu barədə AZƏRTAC-a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

2019-cu il ərzində ölkə daxilində gerçəkləşən 40-a yaxın yerli və beynəlxalq əhəmiyyətli tədbir sırasında Multikulturalizm Mərkəzinin 5 illiyinə həsr edilmiş yubiley mərasimi, “Holokost və Xocalı – müasirlərin gözü ilə” adlı dəyirmi masa, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II Beynəlxalq konfrans, V Ümumdünya mədəniyyətlərarası dialoq forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda beynəlxalq tədbir, “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı dünya gənclərinin I Forumu, eləcə də, “Qafqaz Albaniyası : tarix və müasirlik kontekstində” mövzusunda II beynəlxalq elmi konfransı xüsusi qeyd etmək lazımdır.

Xarici ölkələrdə isə ABŞ-ın Arizona ştatında baş tutan “Multikulturalizm harmoniya və sülhün açarı” adlı beynəlxalq konfransı, Los-Anceles şəhərində “Azərbaycan multikulturalizm modeli”nə həsr olunmuş dəyirmi masanı, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə Parisdə keçirilən beynəlxalq tədbiri, Almaniyanın Pirna və Drezden universitetlərində “Cənubi Qafqazda almanların məskunlaşması”, Mərakeş Krallığının İbn Zöhr və Cadi Ayyad Universitetlərində isə “Azərbaycanda dini, etnik, dil müxtəlifliyi və tolerantlıq”, “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzularında təqdim edilən mühazirələri, Ümumukrayna esse müsabiqəsini, Braziliya, Argentina və Uruqvayın ali təhsil ocaqlarında təşkil olunmuş silsilə multikulturalizm seminarlarını və digər bu qəbildən olan tədbirləri qeyd etmək lazımdır. Bundan başqa, 2019-cu ildə Mərkəzin 9-cu nümayəndəliyi Rumıniyada açılıb. Bütün nümayəndəliklərdə ölkəmizlə bağlı əlamətdar günlər xüsusi tədbirlərlə qeyd edilib.

Ənənəvi olaraq, hər il həyata keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində bu il müxtəlif ölkələrdən, eləcə də Azərbaycandan 200 nəfərədək gənc iştirak edib. Artıq IX dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinə bir sıra beynəlxalq qurumlar və fondalar da həmtəşkilatçı kimi qoşulub.

BBMM və XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin birgə həyata keçirdiyi “Xarici təqdiqatçılar” layihəsi çərçivəsində qazaxıstanlı tarixçi və jurnalist Arman Süleymanov, eləcə də Mərakeş Krallığından olan araşdırmaçı jurnalist Feysəl Əl-Daoudi Mərkəzdə 2 ay müddətində Azərbaycan multikulturalizmi ilə bağlı müstəqil araşdırma aparmış və hesabat təqdim etmişlər.

Cari ildə Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsi üçün əməkdalığı çərçivəsində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub və müsabiqə elan edilib.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 21 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2019-cu il ərzində 9 xarici ölkə universitetində (La Sapienza Universiteti – İtaliya, Ural Federal Universiteti - Rusiya, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti – Gürcüstan, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti - Yaponiya, Vrotslav Universiteti - Polşa, Braziliya Federal Universiteti – Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalzimi fənninin tədrisi davam etdirilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunmağa başlanıb. Bu ilin sentyabrında fənni tədris edəcək müəllimlər üçün treninqlər təşkil edilib. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə hazırladığı "Multikulturalizmə giriş" dərsliyi ictimaiyyətə təqdim olunub.

Cari ildə də Multikulturalizm Mərkəzi multikulturalizm sahəsində aparılan araşdırmaların, eləcə də bu istiqamətdə təşkil olunan yerli və xarici konfrans materiallarının nəşrini də həyata keçirib. Fransız, italiyan və ispan dillərinə tərcümə edilərək nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Multikulturalizmin Azərbaycan modeli haqqında”, BBMM-in Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təqdim etdiyi ingilis dilində hazırlanmış "Azərbaycan Multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi", Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitablar, habelə ali məktəblər üçün rus dilində “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaiti də 2019-cu ildə işıq üzü görüb. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan “Multikulturalizm” jurnalının nəşri cari ildə də davam etdirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzindəki fəaliyyəti, layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq, yerli telekanallar tərəfindən işıqlandırılmışdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), eləcə də yerli mətbuat orqanları və onların internet səhifələrində BBMM-in ölkə daxilində, habelə xaricdə keçirilən bütün tədbirləri haqda məlumatlar davamlı olaraq dərc edilərək yayılıb.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi 2019-cu ildə davam edib. Ayda iki dəfə olmaqla il ərzində 20 televiziya verilişi hazırlanaraq efirə verilib. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-ci il ərzində fəaliyyəti barədə bütün informasiya məlumatları Mərkəzin 3 dildə - azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi facebook, Twitter və Youtube səhifələrində yerləşdirilib.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +2