Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub

Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub

11.12.2019 [15:38]

Enerji Xartiyası Konfransının Albaniyada keçirilən 30-cu iclasında Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini “Sosial-iqtisadi, ətraf mühit və enerji hədəflərinə nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması” adlı sessiyada çıxış edib. S.Vəliyev bildirib ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla reallaşdırılması sayəsində müstəqillik illərində investisiyaların həcmi 270 milyard ABŞ dolları olub. Son illərdə aparılan islahatların ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasına töhfələrindən bəhs edən nazir müavini Dünya Bankının “Doing Business 2020” reytinqində biznes mühitinin səviyyəsinə görə Azərbaycanı dünyada 25-ci yerə layiq gördüyünü diqqətə çatdırıb.

Energetika nazirinin müavini deyib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək transmilli enerji-kommunikasiya layihələri, xüsusilə də mənbə və marşrutların şaxələndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi kimi nəhəng bir layihə ilə qlobal enerji təhlükəsizliyi sistemində mühüm tərəfdaşa çevrilməsi məhz əlverişli investisiya mühitinin nailiyyətləridir.

O, hazırda energetika sektorunda, xüsusilə də bərpaolunan enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını, özəl və xarici investisiyanın cəlbi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

“Azərbaycanın sərmayələri qoruyan siyasəti, xarici investorlarla səmərəli əməkdaşlıq təcrübəsi imkan verir ki, energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, bərpaolunan enerji sahəsinin daha da inkişafı və enerji səmərəliliyi ilə bağlı hədəflərimiz uğurla həyata keçirilsin”, - deyə nazir müavini bildirib.

Qeyd edək ki, gələn il Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31