Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
A+   Yenilə  A-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 yanvar hadisələri ilə bağlı ətraflı çıxış edərək deyib : “Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Həmin gün Azərbaycan xalqının qəhrəmanlıq, mübarizlik tarixi kimi yaddaşlara həkk olunub. Azərbaycan xalqına qarşı 30 il əvvəl törədilmiş bu mənfur cinayət əməli, əslində, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş açıq, dəhşətli terror aktı idi”.

Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan daimi nümayəndəliyin rəhbəri bildirib: “Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Qana susamış sovet ordusunun qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəddar sovet hakimiyyəti rəhbərlərinin əmri ilə qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, tanklar və digər ağır hərbi texnikadan istifadə edilməklə, dinc əhali atəşə məruz qoyulmuş, silahsız mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar hərbi gəmilərlə gətirilmiş desant qrupları tərəfindən amansızcasına öldürülmüşdür. Bütün bunlar beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının, fundamental insan hüquqlarının kobudcasına pozulması, ayaqlar altına atılması demək idi. 1990-cı il 20 yanvar hadisələrində doğma yurdunun müstəqilliyi, azadlığı və öz hüquqları uğrunda müdafiəyə qalxmış Azərbaycan xalqına qarşı, əslində, insanlıq əleyhinə qatı cinayət törədilmişdir. Bütün bunlara baxmayaraq, bu qanlı cinayət aktı qəlbi müstəqillik həsrəti ilə döyünən vətəndaşlarımızın, insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız canı, qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu”.

Bəxtiyar Əsgərov, həmçinin qeyd edib : “Həmin günlərdə fədakar xalqımız böyük bir həqiqəti mahiyyəti ilə dərk etdi ki, Vətənin, millətin bu ağır günlərində inanılmış bir liderə, onun rəhbərliyinə, xalqla birlikdə meydanlarda olmasına və xalqımızı düşdüyü bəlalardan qurtarmasına böyük ehtiyac var. O müdhiş günlərdə dünyada tanınmış şəxsiyyət, böyük lider Heydər Əliyevin Azərbaycana bir daha nə qədər lazım olduğunu qədirbilən xalqımız ən böyük həqiqət kimi dərk edirdi. 20 Yanvar faciəsi günlərində xalqının səsinə hər kəsdən birinci səs verən də məhz ulu öndər Heydər Əliyev oldu. Ümummilli Lider o zaman hələ xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra - 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, bu qanlı təcavüzə qarşı kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən SSRİ-nin rəhbəri M.S.Qorbaçovu kəskin şəkildə ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ dağılmadığı bir vaxtda onu və bu İttifaqın başçısını paytaxt Moskvanın özündə belə sərt şəkildə tənqid etmək, sözün əsl mənasında, millət fədaisi olmaq, böyük hünər və cəsarət tələb edirdi. Bununla da ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev hər şeydən əvvəl Vətən, xalq qarşısında təmənnasız olaraq vətəndaşlıq mövqeyi və milli mövqe nümayiş etdirmiş oldular. Xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi. Ümummilli Lider 1990-cı ilin 20 Yanvar hadisələrində canından keçmiş, əbədi yaşamaq hüququ qazanmış Vətən oğullarımızın fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsilləri də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib. Müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib. “Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”, - deyən Ümummilli Liderin layiqli və ləyaqətli davamçısı, Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilir.

Hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini, tarixindəki hadisələri dərindən bilməli və keçmişdə baş verənlərdən ibrət dərsi götürməlidir. Bu mənada, müstəqil Azərbaycan da Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarının xatirəsinin əziz tutulması ilə qürur duyur. Bu gün müstəqil Azərbaycan 20 Yanvar faciəsini xalqımızın azadlıq uğrunda mübarizə tarixinin iftixar doğuran şanlı səhifəsi kimi qeyd edir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızda şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial-məişət, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hər il davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Şəhidlərimizin qəhrəmanlığı şair və yazıçılarımızın qələmə aldıqları əsərlərdə yüksək səviyyədə tərənnüm edilir. Bu gün paytaxt Bakıda, həmçinin respublikanın digər bölgələrində yerləşən şəhər və qəsəbələrdə çox sayda küçə, prospekt, məktəb qürurla vətənimiz Azərbaycan uğrunda canından keçmiş əziz şəhidlərimizin adlarını daşıyır. Hər il respublikamızın bütün bölgələrindən milyonlarla insan Bakıdakı Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etməyi özlərinə mənəvi borc bilir. Bu isə o deməkdir ki, müstəqil Azərbaycan var olduqca xalqımız, şəhidlərimizin əziz xatirəsi, onların amalları yaşayır və bundan sonra əbədi yaşayacaqdır”.

Daimi nümayəndəliyin rəhbəri bildirib k: “İllər, qərinələr, əsrlər keçsə də, 20 Yanvar faciəsi heç vaxt yaddan çıxmayacaq, həmişə xatırlanacaqdır. Azərbaycanın şanlı tarixinə qanla yazılmış bu gün ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərmişdir. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

Hər il olduğu kimi, bu il də həmin gün Naxçıvan Muxtar Respublikasında Ümumxalq Hüzn Günü kimi insanların şəhər və rayonlarda ucaldılmış, müqəddəs ziyarətgaha çevrilmiş 20 yanvar abidələri önündə toplanması, izdihamlı tədbirlərin keçirilməsi ilə qeyd ediləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu sahədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, muxtar respublikanın hər yerində, mərkəzi icra hakimiyyəti orqanlarında, idarə və müəssisələrdə, bütün xidmət sahələrində 20 yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Muxtar respublikanın elm, təhsil, mədəniyyət və digər humanitar sahələrə aid mərkəzlərində faciəyə həsr olunmuş əsərlər, kitablar, qəzetlər, jurnallar və rəsm əsərləri sərgilənəcək, humanitar aksiyalar həyata keçiriləcək. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirilən siyasi kursun muxtar respublikada Vasif Talıbov tərəfindən dönmədən həyata keçirilməsi sayəsində əldə olunan davamlı uğurların nəticəsi kimi qeyd etmək olar ki, bu gün Naxçıvanda Vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən hər bir işin - Vətən uğrunda vuruşaraq, döyüşərək əlil olmuş şəxslərə mənzillərin, maşınların hədiyyə edilməsindən tutmuş, bu qəbildən olan muxtar respublika sakinlərinin sosial-məişət problemlərinin həllinə qədər görülən bütün işlərin, rahatlıq üçün salınan yolların, tikilən kənd mərkəzlərinin, yeniləşən, müasirləşən hər yerin, bir sözlə, ucaldılan möhtəşəm abidələrin, bu sahədə həyata keçirilən bir çox fəaliyyət proqramlarının gələcəyə ümid, inam və etibar hissinin möhkəmləndirilməsində, xalqımızda, xüsusilə gənc nəsillərdə böyük gələcəyə inam hissinin aşılanmasında, milli yaddaşın qorunub saxlanılmasında Sədr Vasif Talıbovun qeyd etdiyi kimi, ayrıca mövqeyi, yeri vardır: “Azərbaycan xalqının mübarizə tarixi, xüsusilə 20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənc nəsillər üçün əsl vətənpərvərlik dərsidir”.

Sonda Bəxtiyar Əsgərov xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fədakarlığı, inamlı daxili və xarici siyasəti nəticəsində tezliklə ədalətli mübarizəmizin uğurlu nəticəsi kimi həllini tapacağına ümidini ifadə edib. İllərdir ki, işğal altında olan doğma torpaqlarımızın tezliklə azad ediləcəyinə, haqqın, ədalətin bərqərar olacağına xalqımızın tükənməz inamının əsas verdiyini, buna qətiyyən şübhə olmadığını qeyd edib. Naxçıvanda bir il əvvəl düşmən üzərində qazanılmış hərbi uğurlarımızın, on bir min hektardan çox vətən torpağının düşmən tapdağından azad olunmasının, yaxın gələcəkdə bütün işğal edilmiş ərazilərimizdə bu uğurların davamının gələcəyi və xalqımızın düşmən üzərində inamlı qələbəsinin uzaqda olmadığı qətiyyətlə vurğulanıb.

Tədbir çıxışlar və bədii kompozisiya ilə davam edib.

 
  • Oxunub:  1530  |  
  • Tarix:  17-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6