Ana səhifə »  Qəzetin pdf formatı »  Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
A+   Yenilə  A-
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib

Yanvarın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi sahəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında agentliyin sədri Qoşqar Təhməzli son bir ildə ölkəmizdə qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlarla əməkdaşlıq və qeydiyyat, beynəlxalq əməkdaşlıq, ictimai nəzarət və maarifləndirmə tədbirləri barədə jurnalistlərə məlumat verib, qida zəncirinə dövlət nəzarəti tədbirləri, onların nəticələri, eləcə də ictimaiyyətlə əlaqələr və həyata keçirilən layihələrdən danışıb.

Agentliyin sədri qida sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar görülən tədbirlərdən danışarkən bildirib ki, ötən il mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

İl ərzində agentlik əməkdaşlarının ölkədaxili və xaricdə keçirilən 44 beynəlxalq tədbirdə, 16 beynəlxalq təlimdə iştirak etdiyini bildirən sədr deyib: “Agentliyinin rəhbər heyəti və bir neçə məsul əməkdaşının Fransa, Belçika, Gürcüstan, Rusiya, Argentina, Belarus, Monteneqro, Bosniya və Herseqovinaya işgüzar səfərləri təşkil edilib. Qarşılıqlı səfərlər zamanı Bitki Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE), Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğu ilə əməkdaşlıq əlaqələri genişləndirilib. İkitərəfli əməkdaşlıq çərçivəsində agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədilə təqdim olunması təmin edilib. Eyni zamanda, 2019-cu ildə agentlik tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib”.

Mətbuat konfransında məlumat verilib ki, il ərzində istehlakçıların maarifləndirilməsi üçün 12 maarifləndirici sosial çarx hazırlanıb, televiziya və digər elektron informasiya vasitələrində mütəmadi yayımı həyata keçirilib, müxtəlif mətbuat orqanlarında təbliğat-təşviqat xarakterli 200-ə qədər elmi-tədqiqat və maarifləndirici məqalə dərc edilib, qida təhlükəsizliyinə dair daxil olan 650-dən çox yazılı sorğu cavablandırılıb. 10-dan artıq informasiya portalında ilboyu “AQTA maarifləndirir” adlı layihə həyata keçirilib. “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsində şagirdlər 2 mindən artıq rəsm əsəri ilə iştirak edib. “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumilikdə 20 minə qədər müəllim və şagirdin iştirakı ilə 65 bölgənin 135 ümumtəhsil müəssisəsində sağlam qidalanmanın təşviqi istiqamətində tədbirlər keçirilib. Qida təhlükəsizliyi ilə bağlı ilk elmi-kütləvi informasiya vasitəsi olan “Süfrə” jurnalı hazırlanıb, 2 nömrəsi nəşr edilib, 1 nömrəsi çapa hazırlanıb.

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirildiyi barədə məlumat verən Qoşqar Təhməzli bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub: “748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 min 530 manat məbləğində inzibati cərimə tətbiq olunub. Aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108,2 min ton və 99,4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub. Ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib”.

Qeyd edilib ki, ötən il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib. 2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb. İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Bu il görüləcək işlərlə əlaqədar danışan sədr deyib: “2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanılacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib. Bu ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək. Layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən IT əsaslı yoxlamalara başlanılacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib, ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı sistemdə ixrac modulunun hazırlanmasına başlanılıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır”.

Mətbuat konfransında Qoşqar Təhməzli, həmçinin qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər, Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti barədə də jurnalistləri məlumatlandırıb.

Sonra kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  17-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6