Ana səhifə »  Qəzetin pdf formatı »  Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
A+   Yenilə  A-
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Anar İsgəndərov www.yap.org.az saytına müsahibə verib:
- Anar müəllim, Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Parlament seçkilərində iştirak etmək, seçkilərdə hakim partiyanı təmsil etmək sizin üçün hansı məna kəsb edir?

- İlk öncə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri cənab İlham Əliyevə 71 saylı Masallı kənd seçki dairəsindən mənim deputatlığa namizədliyimin irəli sürülməsinə görə təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox böyük etimaddır və bu etimadın məsuliyyətini başa düşürəm.

Bilirsiniz ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Sosial-iqtisadi sahədə, eləcə də məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir. Zamanla ayaqlaşmaq üçün qanunvericilik sahəsində də islahatlara başlanıldı. Milli Məclis Prezidentimizin həyata keçirdiyi islahatlara adekvat fəaliyyət göstərməlidir.

Parlamentin yeni tərkibi elə olmalıdır ki, zamanın çağırışlarına uyğun fəaliyyət göstərib mükəmməl qanunlar qəbul etsin. Dövlətimizin daxili və xarici siyasətdə qazandığı uğurları,ictmai-siyasi prosesləri, nəhəng quruculuq işlərini fikirləşəndə düşünürəm ki, mən nə etməliyəm: millət vəkili seçiləcəyim təqdirdə təmsil etdiyim seçki dairəsinin ərazisindəki məsələlərin həllinə çalışmaq, görülən uğurlu işləri, əldə olunan nailiyyətləri təbliğ etmək lazımdır. 71 saylı Masallı kənd seçki dairəsi üzrə seçicilər mənə etimad göstərəcəyi təqdirdə çalışacağam ki, göstərilən etimadı layiqincə doğruldum.

Mən 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşam. 1963-1973-cü illərdə Kolatan kənd orta məktəbində təhsil almışam. 1973-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam. 1978-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Masallı rayonuna göndərilmişəm. 1978-1981-ci illərdə əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan kənd orta məktəbində tarix müəllimi işləmişəm.

1982-ci ilin yanvarından 1984-cü ilin fevralına kimi Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Fəlsəfə kafedrasında çalışmışam. 1984-cü ilin martından Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışmağa başlamışam. 1985-1989-cu illərdə Bakı Dövlət Universitetində aspiranturada təhsilimi qiyabi yolla davam etdirmişəm. 1989-cu ildə Tarixşünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə namizədlik dissertasiyası müdafiə etmişəm. 1989-1999-cu illərdə Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışam. 1999-cu ildə həmin kafedranın müdiri vəzifəsinə seçilmişəm və hal-hazıradək həmin vəzifədə işləyirəm.

2004-cü ilin aprelində “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm. 2004-cü ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı almışam.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı “Tərəqqi”, 2016-cı il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərimə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşam. 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamları ilə Cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı”, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu” ilə təltif edilmişəm. Qürur duyuram ki, dövlətimiz mənim fəaliyyətimə yüksək qiymət verib.

Mən BDU-da çalışsam da, rayonla bağlı adamam. Elə ay yoxdur ki, Masallıda olmayım. Deputatlığa namizədliyimin qeydə alınması üçün imzatoplama prosesində rayonda olarkən mənə yüzlərlə, minlərlə telefon zəngi oldu. Mən bunu şişirtmirəm, həqiqətdir. Şahidi oldum ki, insanlar Prezidentimizi, dövlətimizi sevir. İnsanlar dövlətin siyasətini dəstəkləyir. Bunun timsalında gördüm ki, insanların mənə münasibəti çox səmimidir və bu səmimiyyət məni ruhlandırdı. 450 imzanı bir kənddən toplaya bilərdim. Doğulduğum kəndin əhalisinin hamısı mənim xeyrimə imza vermək istəyirdi. Amma qanunvericiliyə uyğun olaraq bütün dairə üzrə imza topladım. Mən deputat seçilərəmsə, çalışacam ki, göstərilən etimadı doğruldum.

- Siz Azərbaycanın tanınmış tarixçilərindən birisiniz. Çox dəyərli elmi-tarixi əsərlərin müəllifisiniz...

- Bir elm adamı kimi fəaliyyətim ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışam. Əsasən, 1917-1920-ci illər tariximizi tədqiq etmişəm. Mənim 1997-ci ildə “1918-ci il Mart qırğınının tarixşünaslığı” adlı monoqrafiyam, 2003-cü ildə geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyam çap olunub. Həmin il “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik əsərim də işıq üzü görüb. 2006-cı ildə isə “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)” adlı fundamental əsərim nəşr olunub.

2011-ci ildə isə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası nəşr olunub. 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlara həsr olunan tədqiqat işini də başa çatdırmışam, əsər 2011-ci ildə ABŞ-da ingilis dilində "Realites of Azerbaijan: 1917-1920"(Azərbaycan reallıqları:1917-1920) adı altında nəşr olunub. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazıb. "Realites of Azerbaijan: 1917-1920" əsəri ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Əsər 2012-ci ildə Azərbaycan dilində nəşr olunub. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, 1918-1920-ci illərdə erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Sovetinin antiazərbaycan siyasəti, ingilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilib.

Bütün bunlardan başqa da mənim əsərlərim nəşr olunub ki, bu işi görmək mənim həm tarixçi, həm də vətəndaş kimi borcumdur.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı uğurla davam etdirilir. Bu baxımdan, Masallı rayonundakı quruculuq işləri haqda nə deyə bilərsiniz?

- Dövlətimizin başçısı Azərbaycanın bütün bölgələrinə, o cümlədən Masallıya böyük qayğı göstərir. Bu qayğının nəticəsində də Masallı rayonunda bu gün inkişaf müşahidə olunur. Hörmətli Prezidentimizin Masallının sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər tapşırıqları olub. Və bu tapşırıqların yerinə yetirilməsi nəticəsində rayonda hər bir sahədə nailiyyətlər var. İstər kənd təsərrüfatında, istərsə də emal, istehsalat sahəsində də gözəl nəticələr əldə edilir.

Məsələn, son illər çayçılığın inkişafı yönündə ciddi addımlar atılır. Masallının əhalisi zəhmətkeş əhalidir, onlar uğuru halal zəhmətdə görürlər. Eləcə də, rayonda ASAN Xidmət Mərkəzi yaradılıb ki, insanlar bu xidmətdən çox razıdırlar. Həmçinin, Masallı Olimpiya İdman Kompleksi gənclərin xidmətindədir. Bir sözlə, rayonda hərtərəfli inkişaf gedir, əhalinin rifah halı davamlı olaraq yüksəlir. Rayona gələn qonaqlar şahidi olurlar ki, Masallı doğurdan da gözəlləşib, onun insanları zəhmətkeşdir. Dövlətimiz rayonumuzun inkişafı üçün əlindən gələni edir.

Qeyd etdiyim kimi bu proses bütün bölgələrdə gedir. Bütün bunlar isə dövlətimizin gücü sayəsində baş verir. Bilirsiniz ki, dünyada 5 mindən çox xalq var. Elə xalq var ki, sayı 100 milyondan artıqdır, amma heç muxtariyyatı da yoxdur. Dünyada 200 dövlət var. Biz də xoşbəxtik ki, müstəqil dövlətimiz var. Bu gün müstəqil Azərbaycan günü gündən güclənir. Bizim yeganə problemimiz torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki işğalçı və işğala məruz qalan məlumdur. Torpaqlarımız zəif Azərbaycanın zamanında işğal olunmuşdu, bu gün isə güclü Azərbaycan var. Bütün dünyada Azərbaycanın haqq səsi eşidilir. İnşallah, üçrəngli bayramığımız Azərbaycanın hər yerində dalğalanacaq.

- Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. İnsanlar partiyamızın seçki proqramını necə qarşılayırlar?

- YAP sübut edib ki, sadəcə vəd vermir, o, ideya irəli sürür, ideya cəmiyyətdə dəstəklənir və uğurla həyata keçirilir. Seçicilərlə görüşdə də, bunun canlı şahidiyəm ki, 71 saylı Masallı kənd seçki dairəsinin ərazisində yaşayan insanlar Heydər Əliyev ideyalarına sadiqdirlər, insanların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya böyük məhəbbəti var. Eləcə də, partiyamızın da əhali arasında nüfuzu yüksəkdir.

Azərbaycanın dilbər guşələrindən biri olan Masallıda insanlar partiyamızın seçki proqramı ilə yaxşı tanışdır, onlar partiyamıza inanır, güvənir. Çünki bu rayonda da böyük inkişaf var. Rayonda müasir məktəblər tikilib istifadəyə verilir ki, burada təhsil alanlar bizim gələcəyimizdir, onlara yüksək təhsilin verilməsini dövlətimiz, partiyamız əsas vəzifələrdən biri hesab edir. Eləcə də, müasir tibb ocaqları insanların sağlamlığının xidmətindədir. Əhalinin işıq, qaz problemləri ötən illər ərzində həll olunub və bu proses davam edir. Həmçinin, yeni yollar istifadəyə verilir, əhalinin rifah halının yüksəlməsi üçün davamlı tədbirlər görülür, pensiyalar, əməkhaqları artırılır və s. Bütün bu möhtəşəm işləri həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz İlham Əliyevdir. Buna görə də, hər yerdə YAP-ın təkcə səsi duyulmur, onun gücü görünür. Mən insanların simasında bunu görürəm, onlar partiyamızın seçki proqramını dəstəkləyirlər.

- Anar müəllim, son olaraq seçicilərə nə deyərdiniz?

- Mənim çağırışım qeyri-adi, pafoslu deyil. Mən Masallı rayonunda doğulmuşam, bu ərazinin seçiciləri həmyerlilərimdir. İndiyə qədər necə onların arasında idimsə, seçkilərdə etimad göstərərlərsə, onlara daha da yaxın olacam. Hər birinin evində olacam ki, onların razılğını, xeyir-duasını alım. Millət vəkili seçilərəmsə, parlamentdə həmin insanların səsi olacam. Onların sözünü parlament tribunasından səsləndirəcəyəm, problemlərinin həlli ilə bağlı müvafiq qurumlara müraciət edəcəyəm. Mən bu işdə öz məsuliyyətimi dərk edirəm, millət vəkili seçilərəmsə onların etimadına layiq olmağa çalışacağam. Mənə səs verən insanların vəkili olacam, əlimdən gələni edəcəm ki, onlar mənə səs verdikləri üçün təəssüflənməsinlər.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  17-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6