Ana səhifə »  Qəzetin pdf formatı »  20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
A+   Yenilə  A-
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir

Xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faciəsindən otuz il ötür
Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb. Plana əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil edilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunur.
Ümumiyyətlə, 20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Məlum olduğu kimi, keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.
Keçmiş Sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Məlumat üçün vurğulayaq ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, bu hadisə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Bütövlükdə, 20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
20 Yanvar faciəsinə laqeyd və qərəzli münasibət xalqımıza qarşı xəyanətkar mövqeyin əyani ifadəsi idi
Bu faciənin törədilməsindən sonra müşahidə olunan ən dəhşətli faktlardan biri isə ozamankı Azərbaycan rəhbərliyinin xəyanətkar, antimilli mövqeyi oldu. Daha dəqiq desək, o zaman respublikaya “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayır və xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirdilər. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi. Bu, bir həqiqət idi ki, ozamankı respublika rəhbərliyi hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi.
Bu hadisələrdən sonra xalqımız daha bir acınacaqlı gerçəkliyin şahidi oldu. Belə ki, xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü ortaya çıxmışdı. Daha doğrusu, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başladı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Beləliklə, ilk illərdə SSRİ tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən ölkəmizdən çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.
1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.
Bir sözlə, 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və buna dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilin iyununa qədər faktiki olaraq heç bir tədbir görülmədi. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı, əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə faciənin müsibətlərini xalqımıza unutdurmağa çalışdı. Azadlıq mübarizəsinin yolu 20 Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi səciyyələndirilməlidir.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi
Yalnız Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Belə ki, həmin qanlı hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını, SSRİ hakimiyyətini dünya ictimaiyyəti qarşısında şiddətli şəkildə qınadı və günahkarların cəzalandırılmasını tələb edən bəyanat verdi.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir: “Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə həmin qanlı hadisə ilə bağlı məktub göndərdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi mühüm addımlar atdı. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də Dövlət Komissiyasının geniş iclasındakı çıxışında Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini və ozamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi xarakterli olmasını diqqətə çatdırdı.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə - 20 Yanvar hadisələrinə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş oldu.
20 Yanvar faciəsi unudulmur
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Ümumiyyətlə, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Digər tərəfdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.
Heç şübhəsiz, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 30 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  2100  |  
  • Tarix:  18-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 22:16
Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
28 Fevral 22:07
Azərbaycanın işğal edilmiş ərazilərində hərbi cinayətlərə dair məruzə BMT-nin rəsmi sənədi kimi yayılıb
28 Fevral 22:01
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı işini plenar sessiyalarla davam etdirib
28 Fevral 21:56
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
28 Fevral 21:51
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib
28 Fevral 21:11
Operativ qərargah: Karantin normalarını pozan hər kəsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək
28 Fevral 21:10
Astarada Fövqəladə Hallar Nazirliyinin səyyar mobil hospitalı quraşdırılıb
28 Fevral 20:57
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub
28 Fevral 20:41
Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib
28 Fevral 20:18
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib
28 Fevral 17:48
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb – Sərəncam
28 Fevral 17:45
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
28 Fevral 17:42
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
28 Fevral 17:39
Asim Mollazadə: Nikol Paşinyan sülh danışıqlarının imitasiyası ilə məşğuldur
28 Fevral 17:30
TRT HABER Azərbaycan-Türkiyə münasibətlərinə dair xüsusi buraxılış yayıb
28 Fevral 17:25
Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
28 Fevral 17:12
Güllə atıcılarımız Polşada Avropa çempionatında mübarizəyə başlayırlar
28 Fevral 16:42
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Fevral 16:39
ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
28 Fevral 16:31
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
28 Fevral 16:13
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28 Fevral 16:07
Xaricə gedən azərbaycanlıların 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib
28 Fevral 16:04
Kənd Təsərrüfatı naziri İnam Kərimov Ucarda vətəndaşları qəbul edib
28 Fevral 15:39
“RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib
28 Fevral 15:34
Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub
28 Fevral 15:03
Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib
28 Fevral 14:56
Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar
28 Fevral 14:38
Vyetnam İctimai Elmlər Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib
28 Fevral 14:31
DİM Direktorlar Şurasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edib
28 Fevral 14:27
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib
28 Fevral 14:26
Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
28 Fevral 13:54
Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
28 Fevral 13:39
KOBİA və İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
28 Fevral 13:25
Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi
28 Fevral 13:23
Bakıda “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilir
28 Fevral 13:13
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
28 Fevral 12:57
Mərkəzi Bank “Visa kartları ilə ödəniş qazandırır!” lotereyasına start verir
28 Fevral 12:53
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
28 Fevral 12:48
Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Bakıda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA