Ana səhifə »  Qəzetin pdf formatı »  Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
A+   Yenilə  A-
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Qanlı 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

Bəyanatı İctimai Birliyin sədr müavini, professor Elçin Əhmədov AZƏRTAC-a şərh edərək bildirib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan ermənilərin Dağlıq Qarabağa dair əsassız ərazi iddiaları, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıdakı qanlı faciə Qarabağdakı erməni təcavüzü ilə eyni vaxtda baş vermiş və bu hadisələr bir-biri ilə sıx bağlı idi. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.

Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Eyni zamanda, 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barəsində” qanuna zidd qərar qəbul etdilər. Bu dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-eşiksiz qalmışdı. Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 ermənini qətlə yetirmişdir.

1988-ci il sentyabrın 18-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar, etnik təmizləmə və təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından məcburən köçkün düşdülər.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, 1990-cı ilin yanvar ayında Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı.

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı və xalqımız baş verən hadisələrdən xəbərsiz qalması üçün informasiya blokadasına salındı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş (onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olmaqla), 744 adam ağır xəsarət almış, 4 nəfər itkin düşmüş. 400 nəfər isə həbs edilmişdir. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-ə çatmışdı.

Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən, qadağan olunmuş 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannaməsi, 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – hazırda ATƏT) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), xüsusilə 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi də daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını qətiyyətlə pisləmişdi. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi haqqında Fərman verdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Qanlı 20 Yanvar hadisələrinin 30-cu ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq azərbaycanlıları dünya birliyindən 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini tələb edirik. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü qanlı 20 Yanvar faciəsinə aparan yolun tərkib hissəsi və başlanğıcı idi. XX əsrin sonunda başlayan Ermənistanın əsassız ərazi iddiaları və işğalçılıq siyasəti artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.

XX əsrin sonunda 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsinı işğal etmiş, 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. Nəticədə, monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Biz beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və XX əsrin sonunda keçmiş sovet rəhbərliyinin törətdiyi və bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələri kobudcasına pozan bu qanlı cinayətin - 20 Yanvar hadisələrinin icraçıları cəzalandırılsın. Bununla yanaşı, pozulmuş hüquqlarımızın bərpa olunması üçün Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və onun hüdudlarından kənarda yerləşən bölgələrdə törətdiyi cinayətkar əməllər beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  19-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb
15 Fevral 12:30
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşüb
15 Fevral 11:41
X Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayıb
15 Fevral 11:31
Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir
15 Fevral 11:22
Göyçay rayonunda 12,3 kilometrlik yol yenidən qurulur
15 Fevral 11:19
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
15 Fevral 10:54
Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir
15 Fevral 10:46
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır
15 Fevral 10:44
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
15 Fevral 10:41
Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir
15 Fevral 10:39
DEMOKRATİYA MARAFONU
15 Fevral 10:30
Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
15 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 00:16
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
14 Fevral 22:13
Macarıstanın İnsan Resursları Nazirliyi ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri qurulacaq
14 Fevral 21:53
Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
14 Fevral 21:42
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib
14 Fevral 21:34
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib
14 Fevral 21:05
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib
14 Fevral 20:08
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb
14 Fevral 19:38
Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14 Fevral 17:55
Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Fevral 17:51
İntiqam Babayev: Könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək
14 Fevral 17:48
İlahiyyat İnstitutu Bakının Binəqədi rayonunda abituriyentlərlə görüş təşkil edib
14 Fevral 17:40
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
14 Fevral 17:35
İstirahət günlərində paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
14 Fevral 17:32
Müşavirədə təhsilin keyfiyyəti, bu sahədə yeniliklər, innovasiyaların tətbiqindən danışılıb
14 Fevral 17:26
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası olub
14 Fevral 17:25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib
14 Fevral 17:20
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 30 ölkədən 150 idmançı iştirak edəcək
14 Fevral 16:57
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
14 Fevral 16:35
“Medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi”
14 Fevral 16:11
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
14 Fevral 16:07
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Fevral 16:03
Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri ilə görüşüb
14 Fevral 15:51
Venesuelanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub
14 Fevral 15:47
Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir
14 Fevral 15:37
Ermənistanda hərbi hospitala məxsus avtomobilin aşması nəticəsində üç əsgər ağır xəsarət alıb
14 Fevral 15:28
Müdafiə nazirinin müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
14 Fevral 15:22
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya sessiyası təşkil edib
14 Fevral 15:10
Antarktidada 300 kvadrat kilometr buz sahəsi parçalanıb
14 Fevral 14:59
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14 Fevral 14:36
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabı böyük maraqla qarşılandı.

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA