Ana səhifə »  Qəzetin pdf formatı »  Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir
A+   Yenilə  A-
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın nüfuzlu "Euroactive" portalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə Prezidentin köməkçisi Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin onun xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini söyləyib. “Biz Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq edirik. Azərbaycan ticarət sahəsində Avropa İttifaqının mühüm tərəfdaşlarından biridir. Həmçinin Azərbaycandakı əsas investorlar da əsas etibarilə, Avropa İttifaqı ölkələridir. Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir. Xüsusən enerji sahəsində Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq münasibətlərinə malikdir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatdığını qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, sənəd üzrə danışıqlar Avropa İttifaqı və Azərbaycan arasında hələ də davam edir. Müəyyən fundamental məsələlər var ki, tərəflər onlarla bağlı fərqli baxışlara malikdir. Bununla belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki, 90 faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik.

Şərq və Qərb arasında bağlantıların yaxşılaşdırılmasında Azərbaycanın rolu ilə bağlı suala cavabında Hikmət Hacıyev qeyd edib ki, “İpək Yolu” konsepsiyası Azərbaycanın bu məsələyə baxışı ilə üst-üstə düşür. Çünki Azərbaycan tarixən qədim İpək Yolunun üstündə yerləşib. Bu səbəbdən bu yol və Xəzər dənizi boyunca biz öz Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla birgə müxtəlif bağlantı mexanizmləri təsis edirik. Bu, yalnız nəqliyyata aid deyil. Bu, həm də informasiya və kommunikasiya texnologiyalarına aiddir. Azərbaycan Xəzər dənizi boyunca Mərkəzi Asiya, o cümlədən Çin və digər tərəfdaşları ilə birgə yeni fiberoptik xətt inşa edir. Biz, həmçinin İpək Yolunun dəniz və hava komponentləri üzərində işləyirik. Qısası, işlər yaxşı gedir. Biz Çin və Avropa İttifaqı arasındakı böyük ticarət dövriyyəsi potensialının fərqindəyik. Xüsusən də artıq istifadə verilmiş və tam işlək vəziyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Azərbaycan orta dəhliz qismində bu məsələdə öz rolunu oynaya bilər. Biz Avropa İttifaqından olan tərəfdaşlarımızla birgə çox işlər görə bilərik. Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub istiqamətində də bağlantılar xətti yaratmağa çalışır. Azərbaycanın dəmir yolu sistemi Rusiyanın dəmir yolu sisteminə yaxşı inteqrə edilib və əlaqələndirilib. Hazırda biz Hindistan okeanı hövzəsi ölkələrindən Avropanın şimalına malların qısa müddət ərzində çatdırıla bilməsi üçün iranlı tərəfdaşlarımızla birgə işləyirik. Bunlar bizim tərəfdaşlarımızla birgə üzərində çalışdığımız imkanlardır. Düşünürük ki, artıq bu istiqamətdə yaxşı tərəqqi əldə olunub.

Prezidentin köməkçisi Azərbaycan-NATO əlaqələrindən də danışıb. O qeyd edib ki, ötən il biz Azərbaycanın 1994-cü ildə qoşulduğu “Sülh naminə tərəfdaşlıq” Proqramının 25-ci ildönümünü qeyd etdik. O vaxtdan bəri NATO ilə əməkdaşlıq Azərbaycanda təhlükəsizlik və müdafiə islahatları sahəsində mühüm rol oynayıb. Müxtəlif NATO proqramları çərçivəsində verilən təhsil, təlim və məşğələlər Azərbaycanın öz müdafiə qabiliyyətini artırması və bu sahədə aparılan islahatlar prosesində mühüm vasitə olmuşdur. Hazırda Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-amanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Biz inanırıq ki, siyasi məsləhətləşmələr və dialoqun daha da inkişaf etdirilməsi üçün potensial var.

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə münasibət bildirən Hikmət Hacıyev deyib ki, Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və qəti mövqeyini müsbət qiyməndiririk. Bu mövqe Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində bir daha öz təsdiqini tapıb. Biz bu siyasətin xüsusilə də Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasəti sənədinin yerinə yetirilməsinə dair Avropa Parlamentinin qətnaməsində davam etdirildiyini görürük. Bu, Avropa İttifaqının bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı öhdəlik xarakterli bir sənəddir. Bizim üçün bu, olduqca vacibdir və biz bu mövqeni təqdir edirik. Həmçinin, düşünürük ki, Helsinki Yekun Aktı və beynəlxalq hüquqdan irəli gələn bu fundamental prinsiplər heç bir ayrı-seçkiliyə yol vermədən, bütün Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün münaqişələrə münasibətdə tətbiq edilməlidir. Biz bu siyasətin davam etdirilməsini və ATƏT, BMT və bəzi digər platformalarda Aİ-nin mövqeyi kimi əks etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün vacib şərtdir.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı perspektiv görürsünüzmü?” sualına cavabında Prezident Administrasiyasının rəsmisi deyib: “Azərbaycan Prezidentinin də bildirdiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olub. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik. Əksinə, biz Ermənistan tərəfindən qeyri-məhsuldar, destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, erməni tərəfi bu formatı dəyişməyə cəhd etdi. Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçilərdir. Daha sonra erməni tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santimetr belə ərazinin qaytarılmayacağı” kimi fikirlər səsləndirdi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır. Bu, tamamilə qəbuledilməzdir. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  22-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb
15 Fevral 12:30
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşüb
15 Fevral 11:41
X Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayıb
15 Fevral 11:31
Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir
15 Fevral 11:22
Göyçay rayonunda 12,3 kilometrlik yol yenidən qurulur
15 Fevral 11:19
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
15 Fevral 10:54
Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir
15 Fevral 10:46
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır
15 Fevral 10:44
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
15 Fevral 10:41
Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir
15 Fevral 10:39
DEMOKRATİYA MARAFONU
15 Fevral 10:30
Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
15 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 00:16
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
14 Fevral 22:13
Macarıstanın İnsan Resursları Nazirliyi ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri qurulacaq
14 Fevral 21:53
Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
14 Fevral 21:42
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib
14 Fevral 21:34
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib
14 Fevral 21:05
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib
14 Fevral 20:08
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb
14 Fevral 19:38
Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14 Fevral 17:55
Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Fevral 17:51
İntiqam Babayev: Könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək
14 Fevral 17:48
İlahiyyat İnstitutu Bakının Binəqədi rayonunda abituriyentlərlə görüş təşkil edib
14 Fevral 17:40
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
14 Fevral 17:35
İstirahət günlərində paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
14 Fevral 17:32
Müşavirədə təhsilin keyfiyyəti, bu sahədə yeniliklər, innovasiyaların tətbiqindən danışılıb
14 Fevral 17:26
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası olub
14 Fevral 17:25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib
14 Fevral 17:20
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 30 ölkədən 150 idmançı iştirak edəcək
14 Fevral 16:57
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
14 Fevral 16:35
“Medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi”
14 Fevral 16:11
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
14 Fevral 16:07
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Fevral 16:03
Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri ilə görüşüb
14 Fevral 15:51
Venesuelanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub
14 Fevral 15:47
Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir
14 Fevral 15:37
Ermənistanda hərbi hospitala məxsus avtomobilin aşması nəticəsində üç əsgər ağır xəsarət alıb
14 Fevral 15:28
Müdafiə nazirinin müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
14 Fevral 15:22
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya sessiyası təşkil edib
14 Fevral 15:10
Antarktidada 300 kvadrat kilometr buz sahəsi parçalanıb
14 Fevral 14:59
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14 Fevral 14:36
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabı böyük maraqla qarşılandı.

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA