Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq

24 saylı Nizami birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Mustafayev
- Elnur müəllim, hazırda ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Sizcə, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hansı uğurlarla gedir?

- Bilirisiniz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi, elmi, hərbi, mədəni, təhsil və sosial sahələrdə respublikamızda əhəmiyyətli uğurlar əldə edilmişdir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Hal-hazırda sosial müdafiə, iqtisadi islahatlar, o cümlədən vergi, hüquq, idarəetmə, eyni zamanda mədəniyyət, idman, təhsil və ictimai həyatımızın digər sahələrində dərin müsbət dəyişikliklər müşahidə edirik. Bu müsbət dəyişikliklər və islahatlar həm də sahibkarlıq, kommersiya və biznes fəaliyyətinin inkişafı üçün münasib mühit yaratmışdır. Aparılan mühüm çoxşaxəli islahatlar nəticəsində ölkədə işsizlik səviyyəsinin aşağı salınması istiqamətində önəmli addımlar atılaraq yeni-yeni iş yerləri açılmış bu da ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsinə və işsizlik səviyyəsinin enməsinə səbəb olmuşdur.

Başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmiş, ölkəmizin dayanıqlı inkişafı təmin olunmuşdur. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir.

Eləcə də, ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun, Dünya Bankının və digər beynəlxalq iqtisadi-maliyyə qurumlarının hesabatlarında Azərbaycandakı biznes mühiti, iqtisadiyyatda rəqabətlilik, islahatlar və digər vacib göstəricilər yüksək qiymətləndirilir. Həmin hesabatlarda Azərbaycan dünya ölkələri arasında öncül yerlərdən birini tutur.

Azərbaycanda həmçinin möhkəm ictimai-siyasi sabitlik, güclü vətəndaş həmrəyliyi və Prezident-xalq birliyi mövcuddur.

Bütün bunlar qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin nailiyyətləridir. Təbii ki, Yeni Azərbaycan Partiyası bu nailiyyətlərin fövqündə parlament seçkilərinə böyük inamla gedir. Bu mənada, xalqımız Heydər Əliyev ideyalarının parlaq daşıyıcısı olan, Prezidentimiz cənab İlham Əliyevin siyasətinin ən fəal təbliğatçısı və dəstəkçisi Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Ona görə də, partiyamız seçkilərə böyük inamla gedir və onun qələbə qazanacağı şübhəsizdir.

- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?

- Məlumdur ki, yüksək templə gedən bu dərin, ciddi və çox sahəli islahatların fonunda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Və təsadüfi deyil ki, Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə Milli Məclisin müraciəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünün nəticəsidir. Bu təşəbbüsün verilməsi ilə Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvə olmasını bir daha təsdiq etmiş oldu.

Göründüyü kimi davamlı və inklyuziv inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlər tələb edir ki, qanunvericilik sahəsində daim təkmilləşmə həyata keçirilsin. Həm də, qeyd etmək istərdim ki, inkişafımızın indiki mərhələsində innovativ texnologiyaların, resurslarından və yanaşmalarından idarəetmədə istifadə etmək zəruriyyətə çevrilib. Bu isə öz növbəsində qanunvericilikdə hər hansi boşluğun aradan qaldırılması üçün zəruri bir vasitədir.

Hesab edirəm ki, qanunvericilik sahəsində aparılan islahatlar da ölkəmizin ümumi inkişafına mühüm töhfələr verəcək. Bu istiqamətdə yeni seçiləcək millət vəkillərinin üzərinə böyük məsuliyyət düşür.

- Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslər təqdim olunur. Seçki prosesini izləyən mərkəzlər, siyasi ekspertlər də hesab edirlər ki, parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır. Bu barədə nə deyə bilərsiniz?

- Parlament seçkilərində Yeni Azərbaycan Partiyası layiq bildiyi şəxslərin deputatlığa namizədliyini irəli sürüb. Bu mənada, formalaşmış ictimai rəy çox düzgündür. İnanıram ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyev təsdiqi ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər nəticəsində yeni seçiləcək millət vəkilləri qanunvericilik sahəsində islahatların həyata keçirilməsində, ölkənin davamlı inkişafında, effektiv və şəffaf qanun yaradıcılığı fəaliyyətində növbəti keyfiyyət pilləsinə keçəcəkdir. Və bütün bunlar Azərbaycan Respublikası vətəndaşlarının həyat şəraitinin davamlı yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq Azərbaycan Respublikasının vətəndaşlarının xidmətində olmağa hazıram.

- Qanun yaradıcılığı fəaliyyətinin hansı sahələrində sizin təcrübəniz yararlı ola bilər?

- Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəf və məsuliyyətdir. Bu etimada görə, partiyamızın rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, qanun yaradıcılığı sahəsində mənim təhsilim, uzunmüddətli beynəlxalq və yerli iş təcrübəm faydalı ola bilər.

Məlumat üçün bildirim ki, ali məktəbi beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətimə gənc yaşımdan Azərbaycanda başlamışam.

Sonra isə uzunmüddətli dövrlər ərzində bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Hollandiya, İspaniya, Russiya, Qazaxstan, Gürcüstan, Türkmənistan və digər ölkələrdə iqtisadiyyatının fərqli sektorlarda maliyyə, iqtisadi və idarəçilik məsələlərlə məşğul olmuşam. Dünya miqyasında tanınmış şırkətlərdə işləmişəm, bu şırkətlərdə yüksək vəzifələr tutmuşam, muasir idarəetmə və biznes fəaliyyətinin effektiv aparılması sahəsində layihələr heyətə keçirtmişəm. Audit üzrə Azərbaycanda və Russiyada müvafiq lisenziyalara sahib olmuşam, hazırda isə korrupsiya və dələduzduq araşdırmaları üzrə sertifikatlaşdırılmış ekspertlərin beynəlxalq assosiyasiyasının üzvüyəm.

 

2012-ci ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət Neft Şirkətinin müxtəlif müəssisələrində çalışmışam, innovasiyaların və islahatlar tətbiqinə aid bir necə layihələrə rəhbərlik etmişəm. Hal-hazırda isə SOCAR PETROLEUM Qapalı Səhmdar Cəmiyyətinin baş direktorun innovasiyalar üzrə müavini vəzifəsində çalışıram. Bir necə xariçi dili sərbəst istifadə etməyə bacarıram.

Biznesin fərqli sahələrində innovasiyaların tətbiqi, iqtisadi və maliyyə, audit və müşavirlik, korrupsiya halları və maliyyə pozuntularının araşdırılması, istehsalat və xidmət, kiçik, orta və böyük layihələrin idarəedilməsi və sair sahələrdə uzunmüddətli beynəlxalq və yerli iş təcrübəyə malik olan peşəkar olaraq qanun yaradıcılığı fəaliyyətində vicdanla çalışmağa hazıram.

- Elnur müəllim, son olaraq seçicilərinizə nə demək istərdiniz?

- Mən seçiciləri seçki günü fəal olmağa çağırıram. İnanıram ki, seçicilərin hər biri fevralın 9-da səsvermə məntəqələrinə gələrək cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə, bugünkü davamlı islahatlara öz dəstəyimizi ifadə edəcək.

Seçicilərin hər birinin Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə daha güclü Azərbaycan naminə səs verəcəyinə qəti inanıram.

 
  • Oxunub:  6660  |  
  • Tarix:  23-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA