Ana səhifə »  Qəzetin pdf formatı »  Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb

Sərgidə AZƏRTAC-ın və TASS-ın fotomüxbirlərinin çəkdikləri fotolar nümayiş etdirilir
Yanvarın 24-də “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Rusiyanın TASS İnformasiya Agentliyinin birgə təşkilati dəstəyi ilə reallaşıb.
Açılış mərasimində çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Sərgidə TASS-ın və AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilmiş 60-dan çox foto nümayiş etdirilir. Buna görə də sərgini cəsarətlə iki informasiya agentliyinin birgə yaradıcılıq işinin bəhrəsi adlandırmaq olar”.
Qeyd olunub ki, bu fotolarda ölkələrimizin liderləri, tanınmış siyasətçilər, ictimai xadimlər, elm adamları, aktyorlar, musiqiçilər və idmançılar əks olunub. Ekspozisiyada Azərbaycan xalqının Ümummilli Lideri, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni məzmunla zənginləşdirmiş Heydər Əliyevin, öz səyləri ilə ölkələrimiz arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən və gündən-günə möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin fotoları var.
Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirov, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Müslüm Maqomayev, böyük musiqiçimiz və diplomatımız, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, görkəmli neftçi Fərman Salmanov da bu fotoların qəhrəmanlarıdır.
Onların hər biri öz sahəsində ölkələrimizin şöhrətlənməsinə və ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib, bəziləri hələ də töhfə verməyə davam edirlər. Həqiqətən də onları həm Rusiyada, həm də Azərbaycanda tanıyır və sevirlər.
İstedadlı azərbaycanlıların yeni nəslinin yetişdiyini vurğulayan AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib: “Onlar Rusiyada müvəffəqiyyətlə çalışmaqla bərabər, Azərbaycanı təbliğ edirlər. Fotolarda əks olunmuş bu insanlara baxdıqca, Ulu Öndərimiz Heydər Əliyevin sözlərini xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.
Aslan Aslanov bildirib ki, TASS-ın və AZƏRTAC-ın fotomüxbirlərinin böyük yaradıcı potensialını nümayiş etdirən ekspozisiya bir-birinə səmimiyyəti və qarşılıqlı dəstəyi ilə həmişə fərqlənən agentliklərimizin sıx əlaqələrinin təsdiqidir. Bu sərgi ölkələrimizin qarşılıqlı münasibətlərinin bir növ fotolarda əks olunmuş tarixidir və illər keçdikcə həmin fotoların dəyəri daha da artır. Əminəm ki, qarşıda birgə sərgilərimiz çox olacaq. Çünki ölkələrimizin əməkdaşlığı genişlənir və möhkəmlənir, biz isə öz informasiyalarımız və fotolarımızla bu dostluğun salnaməsini yaratmaq üçün əlimizdən gələni edəcəyik.
TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov bildirib ki, sərginin adı ilk baxışda sadə görünsə də, əslində, çox dərin mənaya malikdir. Bizim ölkələrimizin, xalqlarımızın qarşılıqlı münasibətlərində, ümumiyyətlə, sevgi vacib sözdür. Sevgini Bakıya, bu torpağa qədəm qoyduğun andan duyursan. Əminəm ki, azərbaycanlılar da Moskvada bu hissi keçirirlər. Bu ekspozisiyada şəkillərin sayı çox olmasa da, əslində, xalqlarımızın bir-birinə xoş münasibətini əks etdirən fotoşəkilləri sərgiləmək üçün ən geniş salonlar da kifayət etməz. Onların sayı minlərlədir. Çünki biz Azərbaycanda yaşayan hər kəsi sevirik. Moskvaya gəlin. Biz əminik ki, Rusiya ilə Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək, inkişaf edəcək, genişlənəcək. Fotolar minlərlə sözdən daha çox şeyi deyir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar sərgi ilə tanış olublar.
Ekspozisiyada sərgilənən fotolar arasında Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan arasında sənədlərin imzalanması mərasimində, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Heydər Əliyev Fondunda. Fondun prezidenti Mehriban Əliyeva Vladimir Putinə xatirə hədiyyəsi təqdim edərkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Şelkunçik” baletindən sonra Mariinski Teatrının truppası ilə görüş zamanı, müğənni Tamara Sinyavskaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tretyakov qalereyasında keçirilən “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışında və digər fotolar ziyarətçilər tərəfindən maraqla izlənib.
* * *
Sərgi ilə tanışlıqdan sonra Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın yubileyinə həsr olunmuş ziyafət təşkil edilib.
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının əhəmiyyətindən danışıb, tədbirin təşkilinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Yubilyar Mixail Qusman təşkilatçılara minnətdarlığını bildirib. TASS-ın baş direktorunun birinci müavini deyib: “Otuz ildən çoxdur ki, Moskvada yaşamağıma baxmayaraq, özümü bakılı hesab edirəm, ildə bir neçə dəfə bu gözəl şəhərə səfər edirəm. Çünki Bakı mənim uçun doğma şəhərdır”.
Tədbirdə bir sıra ölkələrin media nümayəndələri və mədəniyyət xadimləri çıxış edərək yubilyara təbriklərini çatdırıblar.
Ziyafət bədii hissə ilə davam edib.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  25-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA