Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
A+   Yenilə  A-
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır

“Dünyanın ən mötəbər iqtisadi forumlarından sayılan Davos Beynəlxalq İqtisadi Forumu artıq neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yaxından iştirak etdiyi ümumdünya qurumları sırasında mühüm yer tutur. Azərbaycanın Forumlarda fəal iştirakı ölkəmizin tanıdılmasında, dünya iqtisadi birliyinə yaxından inteqrasiyasında, tariximizin, mədəniyyətimizin tanıdılmasında əvəzedilməz rol oynayır. Ayrıca vurğulanmalıdır ki, Davos Beynəlxalq İqtisadi Forumu ənənəvi olaraq dövlət rəhbərlərinin, dünyanın aparıcı şirkətlərinin, tanınmış siyasətçilərin iştirakı ilə keçirilən ən böyük iqtisadi diskussiya meydanıdır. Burada müasir beynəlxalq iqtisadi problemlər, iqtisadiyyatda və texnologiyada yeni meyllər və nailiyyətlər müzakirə edilir, ayrı-ayrı ölkələrin iqtisadi inkişafının əsas göstəriciləri barədə hesabatlar hazırlanır. Təşkilatın daha bir xüsusiyyəti ölkələrə öz nailiyyətlərini təqdim etmək və beynəlxalq miqyasda xüsusi rola malik olan şirkətlərlə işgüzar əlaqələr qurmaq imkanlarını yaratmasıdır. Başqa sözlə ifadə etsək, Davos Beynəlxalq İqtisadi Forumu həm də böyük imkanlar meydanı kimi səciyyələndirilə bilər. Bu baxımdan sözügedən mötəbər iqtisadi toplantıda iştirak etmək hər bir iştirakçı üçün mühüm avantaj kimi qəbul olunur”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində “Davos Beynəlxalq İqtisadi Forumu: Azərbaycanın dünyaya açılışının yeni imkanları” adlı paylaşdığı məqalədə bildirib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin bir çox illərdir dalbadal Davos Beynəlxalq İqtisadi Forumuna qatılması bir yandan ölkəmizin onun imkanlarından səmərəli şəkildə faydalanmaq istəyini nümayiş etdirməklə yanaşı, həm də dünyanın aparıcı şirkətlərinin Azərbaycana, onun artan iqtisadi imkanlarına artan marağın göstərir. Baş Nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər həm say, həm da rəngarənglik baxımından yuxarıda söylənən fikri, düşünürəm ki, tamamilə təsdiqləyir. Bu görüşlərin ortaya qoyduğu daha əhəmiyyətli həqiqət isə cənab İlham Əliyevin Forumun ən çox arzuolunan və hörmət bəslənilən qonaqlarından biri olmasıdır. Onunla görüşən və görüşmək istəyən yüksək qonaqların, dünya iqtisadiyyatının nəhənglərinin say çoxluğu deyilənin bariz ifadəsi sayıla bilər. Prezident İlham Əliyevlə görüşmək istəyənlərin və görüşənlərin çoxsaylı olması eyni zamanda Azərbaycana, onun artan iqtisadiyyatına yüksək maraqdan xəbər verir.

Əli Əhmədov vurğulayıb ki, ölkəmizə və onun rəhbərinə yüksək marağın kökündə dayanan bir məqama ayrıca toxunmağa dəyər: “Beynəlxalq İqtisadi Forumun hazırladığı hesabatlarda Azərbaycan bir çox indekslərə görə dünya dövlətləri arasında mötəbər mövqelərə malikdir və son illərin təcrübəsinə istinadən deyə bilərik ki, həmin göstəricilər ildən ilə artır. Azərbaycanın ən islahatçı dövlətlər sırasında olması, rəqabətlilik qabiliyyətinə, infrastrukturun vəziyyətinə görə yüksək göstəriciləri ölkəmizin inkişafının artan dinamikası barədə dünyada, ilk növbədə isə nəhəng şirkətlərin rəhbərlərində aydın təsəvvürlər yaradır. Bu isə öz növbəsində Azərbaycanın iqtisadiyyatına diqqəti artırır, ölkəmizin investisiya cazibədarlığını gücləndirir.

Davosda keçirilən Beynəlxalq İqtisadi Forum istənilən ölkəyə dünyaya açılmaq baxımından geniş imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bu təşkilatın imkanları vasitəsilə ölkəmizin təbliğ edilməsi, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması yüksək faydalılıq əmsalı ilə fərqlənir. Ayrıca qeyd olunmalıdır ki, DİF vasitəsi ilə bütün dünya, ilk növbədə isə Azərbaycana, onun iqtisadiyyatına maraq göstərənlər ölkənin birinci şəxsinin təqdimatında lazımi məlumatları əldə edir, inkişaf perspektivləri, planları, gələcəyə dair baxışları ilə tanış olmaq imkanı qazanırlar. Ölkəni tanıtmağın, onun nailiyyətlərini təbliğ etməyin, ölkəyə sərmayə və texnologiyalar cəlb etməyin daha səmərəli formasını təsəvvür etmək mümkün deyil”.

Əli Əhmədov bildirib ki, 2020-ci il Davos Forumu Azərbaycandan ötrü daha da əlamətdar və əhəmiyyətli oldu. Forumun rəhbərliyinin qərarı ilə Beynəlxalq İqtisadi Forumun Azərbaycanda regional şöbəsinin yaradılması nəzərdə tutulur. Belə bir təşəbbüsün irəli sürülməsi ölkəmizin Forumun işinə verdiyi töhfənin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan indi dünyanın ən mötəbər iqtisadi diskussiyalar təşkilatının iştirakçısı yox, eyni zamanda təşkilatçılarındandır. Yəqin ki, yaxın zamanlarda Azərbaycanın yeni bir mötəbər tədbirə ev sahibliyi edəcəyinin şahidi olacağıq. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda əldə etdiyi bir çox yüksək uğurlar içərisində layiqli yer tuta biləcək.

“Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır. Prezident İlham Əliyevin səyləri nəticəsində indi bu imkan Azərbaycana yaxınlaşır, başqa formada ifadə etməli olsaq, Azərbaycan özü bu imkana çevrilir. Əminəm ki, ölkəmizi Prezident İlham Əliyevin rəhbərliyi altında neçə-neçə belə uğurlar və nailiyyətlər gözləyir”-deyə, Baş Nazirin müavini vurğulayıb.

 
  • Oxunub:  4860  |  
  • Tarix:  25-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA