Ana səhifə »  Qəzetin pdf formatı »  Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
A+   Yenilə  A-
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Əli Hüseynli
- Əli müəllim, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyiniz irəli sürülüb. Bununla bağlı sizin düşüncələrinizi bilmək istərdik...

- Mən uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məhz ilk dəfə 2000-ci ildə Yeni Azərbaycan Partiyasının siyahısında deputatlığa namizəd olmuşam və parlamentin üzvü seçilmişəm. 2003-cü ildən Milli Məclisdə komitə rəhbəriyəm. Partiyamız tərəfindən yenə mənə etimad göstərilib. Bu etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.

Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, hər yeni seçkidə partiyamızın sıraları da yenilənir. Yəni, yeni, gənc partiya üzvləri seçkilərə qatılırlar. Hesab edirəm ki, bu, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyətinin bir təzahürüdür. Partiyamızda yaşlı nəsil ilə gənc nəsil arasında varislik prinsipi mövcuddur. Xatırlayıram ki, 2000-ci ildə mən də millət vəkili seçiləndə daha gənc idim, o zaman gənc olaraq daha yaşlı nəsli əvəz edirdik. Bu baxımdan, YAP-ın bu fəaliyyəti təqdirəlayiqdir və digər partiyalar üçün də nümunədir.

- Yeri gəlmişkən, budəfəki seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlər arasında kifayət qədər yeni simalar var...

- Əlbəttə ki, bu, partiya rəhbərliyinin qərarıdır və bu qərarı dəstəkləyirik. Namizədlər arasında həm hazırkı millət vəkilləri, həm də müxtəlif sahələri təmsil edən yeni insanlar var. Mən ilk dəfə namizədliyi irəli sürülən şəxslərin bəzilərini tanıyıram. Xüsusilə hüquqşünas həmkarlarım barədə deyə bilərəm ki, onlar xaricdə təhsil almış peşəkar insanlardır. Və əminəm ki, onlar seçkilərdə uğur qazanacaqlar və parlamentdə peşəkar hüquqşünasların sayı artacaq.

- Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə namizədliyiniz 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən irəli sürülüb. Təbii ki, yeni seçkilərdə ötən illər ərzində görülmüş işlərin hesabatı verilir. Bu baxımdan, təmsil etdiyiniz bölgələrin sosial-iqtisadi mənzərəsi necədir?

- Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında olduğu kimi, Yevlax-Mingəçevir bölgəsində abadlıq-quruculuq, yenidənqurma işləri həyata keçirilir. Bu baxımdan, mənim təmsil etdiyim seçki dairəsinin ərazisi də istisna deyil. Xüsusilə vurğulamaq istəyirəm ki, Mingəçevir şəhərində çox ciddi quruculuq işləri gedir, yeni iş yerləri açılır. Mingəçevirdə Yüksək Texnologiyalar Parkı, Mingəcevir Sənaye Parkı fəaliyyət göstərir ki, burada sənaye müəssisələri fəaliyyət göstərir, müxtəlif məhsullar istehsal olunur və s. Kür Olimpiya Avarçəkmə Mərkəzi regionun ən böyük idman komplekslərindən biri kimi fəaliyyət göstərir. Eyni zamanda, Mingəçevirdə abadlıq və quruculuq işləri bu gün də davam etdirilir. Yəni, Mingəçevirlə bağlı bir çox problemlər öz həllini tapıb.

Amma qarşıda duran bir sıra məsələlər var. Bu, ilk növbədə istilik-təchizat sisteminin yenidən qurulmasıdır. Çünki Mingəçevir çox müasir şəhərdir. Bu məsələ investisiya proqramında nəzərdə tutulub. Cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla Mingəçevirdə yol tikintisi ilə bağlı işlər görülməkdədir. Həmçinin, Mingəçevir seçicilərini narahat edən vacib məsələlərdən biri 1949-cu ildə tikilmiş, qəzalı vəziyyətdə olan evlər idi və biz bu məsələ ilə bağlı dövlət başçısına müraciət etmişik. İnanırıq ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.

Bütövlükdə isə həqiqətən Mingəçevir şəhərində çox ciddi işlər gedir. Faktiki olaraq Mingəçevir təkcə ölkəmizin deyil, regionun ən gözəl şəhərlərindən və turizm mərkəzlərindən birinə çevrilməkdədir. Amma bununla yanaşı iş yerləri məsələsi daim gündəmdədir. Çünki Mingəçevir həm də gənclər şəhəridir. Şəhər rəhbərliyi də, müvafiq dövlət qurumları da Mingəçevirə investisiya qoyulması, yeni iş yerlərinin açılması yönündə çalışırlar. Biz bu məsələdə birlikdə fəaliyyət göstəririk. Həmçinin, nəzərdə tutulur ki, bu il Mingəçevirdə bir neçə uşaq baxçası-körpələr evinin, məktəblərin əsaslı təmiri ilə bağlı işlər görülsün. Bütövlükdə, Mingəçevirdə görülən işləri çox pozitiv qiymətləndirirəm. Qeyd edim ki, şəhər rəhbərliyi insanlarla çox sıx təmasdadır. Biz də millət vəkili olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

- Bəs Yevlax rayonu ilə bağlı vəziyyət necədir?

- Yevlaxa gəlincə, mənim təmsil etdiyim dairə daha çox Yevlaxın kəndləri ilə bağlıdır. Bilirsiniz ki,cənab Prezidentin Yevlax rayonuna hər zaman xüsusi diqqəti olub. Uzun illər orada quruculuq işləri ilə bağlı müsbət tendensiyalar mövcud olub. Müasir məktəblər, yeni xəstəxana binası tikilib, kəndlərin qaz, işıq, su ilə təmin olunması üçün müəyyən işlər görülüb. Amma təəssüf ilə qeyd etmək lazımdır ki, Yevlax rayonunun sabiq icra başçısı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bilməmiş və korrupsiyaya qurşanmış bir şəxs olmuşdu. Hüquq-mühafizə, təhlükəsizlik orqanları bu məsələ ilə bağlı tədbirlər görüblər.

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, YAP-ın Yevlax rayon təşkilatı da sabiq icra başçısının əməlləri ilə bağlı öz mövqeyini bildirib. Çünki YAP üzvü olan məmurlar, sıravi vətəndaşlar, ictimaiyyət nümayəndələri bu məsələ ilə bağlı narahatlıqlarını bildirirdilər və əlbəttə ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu tədbirlərin əsası var.

Hazırda cənab Prezident tərəfindən təyin olunmuş icra başçısı isə tam müasir tələblərə uyğun olaraq şəffaf fəaliyyət göstərir. Və Yevlax rayonunda tamamilə fərqli bir ab-hava mövcuddur. Biz birgə səylərlə yığılmış bir sıra problemlərin həlli ilə bağlı tədbirlər həyata keçiririk. Görülən işlərdə dövlətimizin başçısının son dövrlərdə çıxışlarındakı tezislər əldə rəhbər tutulur. Rayon əhalisi bilir ki, bundan sonrakı fəaliyyət daim ictimaiyyətin, cənab Prezidentin nəzarətindədir və hər bir kəs bu tezislərə uyğun olaraq fəaliyyət göstərməlidir.

Bir daha vurğulamaq istəyirəm ki, çox təqdirəlayiq haldır ki, partiya üzvü olaraq biz rayonda baş vermiş neqativ hallara iradımızı bildirmişik, bununla bağlı partiya rəhbərliyinə də məlumatlar çatdırılıb. Təbii ki, məhkəmə-hüquq sistemi bu əməllərin qiymətini verəcək.

Yevlax rayonu kənd təsərrüfatı baxımından da aktual rayondur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi rayonda bir sıra vacib layihələr həyata keçirmək niyyətindədir. Bununla bağlı işgüzar danışıqlar aparılır. Kəndlərdə məktəblər, uşaq baxçaları yeniləşdirilir. İçməli su məsələsi də var ki, “Azərsu” ASC bu yöndə ciddi tədbirlər həyata keçirir. Mingəçevirdən çəkilən su xəttindən həm də Yevlaxın bir sıra kəndlərinə verilməsi ilə bağlı mövcud olan bir sıra lokal problemlər də öz həllini tapmaqdadır.

Bir sıra məsələlər var ki, onların həllinə daha geniş proqramların icrası yardım edə bilər. Çünki Yevlaxın bir sıra kəndlərində ciddi şoranlıq problemi mövcuddur. Amma bir daha vurğulamaq istəyirəm ki, rayon rəhbərliyi, əlaqədar təşkilatlarla birgə bu məsələlərin qısa zaman kəsiyində həllini tapması üçün əlaqəli şəkildə fəaliyyət göstəririk.

- Əli müəllim, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz? Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Əminəm ki, həm Mingəçevirdə, həm də Yevlaxda insanlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyən, Ona sədaqətlə xidmət edən YAP-ın namizədlərini yenə də dəstəkləyəcəklər. Vətəndaşlar əmin ola bilərlər ki, biz də onları parlamentdə həmişə olduğu kimi şərəflə təmsil edəcəyik, onların yanında olacağıq.

Mən Yevlax və Mingəçevir seçicilərini Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıram. Seçiciləri Heydər Əliyev siyasətinə xidmət edən, Prezident İlham Əliyevə sədaqətli olan namizdələrin yanında olmağa səsləyirəm!

 
  • Oxunub:  1860  |  
  • Tarix:  28-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb
15 Fevral 12:30
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşüb
15 Fevral 11:41
X Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayıb
15 Fevral 11:31
Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir
15 Fevral 11:22
Göyçay rayonunda 12,3 kilometrlik yol yenidən qurulur
15 Fevral 11:19
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
15 Fevral 10:54
Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir
15 Fevral 10:46
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır
15 Fevral 10:44
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
15 Fevral 10:41
Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir
15 Fevral 10:39
DEMOKRATİYA MARAFONU
15 Fevral 10:30
Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
15 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 00:16
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
14 Fevral 22:13
Macarıstanın İnsan Resursları Nazirliyi ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri qurulacaq
14 Fevral 21:53
Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
14 Fevral 21:42
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib
14 Fevral 21:34
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib
14 Fevral 21:05
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib
14 Fevral 20:08
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb
14 Fevral 19:38
Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14 Fevral 17:55
Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Fevral 17:51
İntiqam Babayev: Könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək
14 Fevral 17:48
İlahiyyat İnstitutu Bakının Binəqədi rayonunda abituriyentlərlə görüş təşkil edib
14 Fevral 17:40
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
14 Fevral 17:35
İstirahət günlərində paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
14 Fevral 17:32
Müşavirədə təhsilin keyfiyyəti, bu sahədə yeniliklər, innovasiyaların tətbiqindən danışılıb
14 Fevral 17:26
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası olub
14 Fevral 17:25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib
14 Fevral 17:20
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 30 ölkədən 150 idmançı iştirak edəcək
14 Fevral 16:57
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
14 Fevral 16:35
“Medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi”
14 Fevral 16:11
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
14 Fevral 16:07
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Fevral 16:03
Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri ilə görüşüb
14 Fevral 15:51
Venesuelanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub
14 Fevral 15:47
Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir
14 Fevral 15:37
Ermənistanda hərbi hospitala məxsus avtomobilin aşması nəticəsində üç əsgər ağır xəsarət alıb
14 Fevral 15:28
Müdafiə nazirinin müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
14 Fevral 15:22
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya sessiyası təşkil edib
14 Fevral 15:10
Antarktidada 300 kvadrat kilometr buz sahəsi parçalanıb
14 Fevral 14:59
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14 Fevral 14:36
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabı böyük maraqla qarşılandı.

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA