Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir

“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir

28.01.2020 [16:29]

Yeddi il ərzində “ASAN xidmət” mərkəzlərinə 35 milyon 410 min 334 müraciət daxil olub. Müraciət edən vətəndaşların sayı 6 milyon 734 min 892, bir vətəndaşa düşən orta müraciət sayı 5,2-yə bərabər olub. Ötən il isə “ASAN xidmət” mərkəzlərinə 9 milyon 213 min 181 müraciət daxil olub. Müraciət edən vətəndaşların sayı 2 milyon 932 min 743, 1 vətəndaş üzrə orta müraciət sayı isə 3,1 təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 28-də keçirilən mətbuat konfransında məlumat verib.

“Ötən il “ASAN xidmət” mərkəzlərinə 781 min 209 nəfər ilk dəfə müraciət edib. Mərkəzlərdə 102 min 241 nikah, 211 min 45 doğum qeydə alınıb. Şəxsiyyət vəsiqəsi üzrə edilən müraciətlərin sayı 2 milyon 165 min 355-ə bərabər olub.

Ümumilikdə isə “ASAN xidmət” mərkəzlərinə orta gündəlik müraciət sayı 30 min 871-ə bərabərdir. Bir gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir, 408 nikah, 291 doğum qeydə alınır, 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir.

Ötən il müraciətlərin təxminən 54 faizindən – 4 milyon 960 min 50-dən rəy sorğusu götürülüb. Xidmətlərdən məmnunluq əmsalı 99,3 faizə bərabərdir”, - deyə agentliyin sədri qeyd edib.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31