Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur

Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur

28.01.2020 [17:59]

Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərinin Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospektində yenidənqurma işləri aparılır. Prospektin 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir, yolun hərəkət hissəsi genişləndirilir. Piyada səkiləri yenidən qurulur, zəruri olan yerlərdə yeni piyada səkiləri tikilir, kənarlarına isə yeni səki daşları düzülür.

Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Bundan başqa, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan şəhərinin ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində də təmir işləri aparılır.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30