Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb

Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb

29.01.2020 [11:58]

Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Fatma Yıldırım parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb.
Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Onun sözlərinə görə, parlament seçkilərində "Daha güclü Azərbaycan naminə" şüarı ilə iştirak edən partiyamız ən layiqli namizədləri irəli sürüb və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.
Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə Şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Fatma Yıldırım aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən dövlət proqramlarının qəbul olunması nəticəsində Bərdə rayonunda kənd təsərrüfatının inkişafı istiqmətində daha çox işlərin aparılmasının vacibliyi vurğulayıb.
Deputatlığa namizəd qarşıda görüləcək işlərlə bağlı məlumat verərək hər bir seçicinin problemlərinə öz problemi kimi yanaşacağını, onların həllində səylərini əsirgəməyəcəyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər 9 fevral parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildirib və Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın qalib gələcəyinə əminliklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 389 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31