Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb

MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb

29.01.2020 [16:55]

Mərkəzi Seçki Komissiyasının yanvarın 29-da keçirilən iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan təşkilatların müraciətinə baxılıb.

Secki-2020.az saytının xəbərinə görə, iclasda qeyd olunub ki, Rəy Monitorinq Mərkəzi "exit poll" keçirmək üçün MSK-ya müraciət edib. Həmin təşkilatın Milli Məclisə seçkilərdə "exit poll" keçirmək üçün qeydə alınması ilə bağlı qərar qəbul edilib.

Daha sonra iclasda “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə "exit-poll" keçirmək üçün MSK-ya etdiyi müraciətə də baxılıb. Müraciət səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı.

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31