Ana səhifə »  Xəbər lenti »  Qədim dövlətçilik tariximizin möhtəşəm yadigarı
A+   Yenilə  A-
Qədim dövlətçilik tariximizin möhtəşəm yadigarı

Qafar Cəbiyev,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun baş
elmi işçisi, Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının
rəhbəri, tarix elmləri doktoru

 

Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsr müəllifi Böyük Pilininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr müəllifi Klavdi Ptolemeyin “Coğrafiya dərsliyi” əsərində “Xabala” kimi adı çəkilən Qəbələ orta əsr mənbələrində də tez-tez xatırlanıb.
70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. Xatırladaq ki, qədim şəhər yeri Qala, Səlbir və Güllütala adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçayla Qoçalan çayları arasında Antik Qəbələ adı ilə tanınan Güllütala ərazisində aparılmış uzunmüddətli arxeoloji tədqiqatlar nəticəsində e. ə. IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində I-X əsrlərə, Qala adlanan ərazisində isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Başqa sözlə, Güllütala adlanan antik şəhər yerində həyat kəsildikdən sonra Səlbir və Qalada intensiv yaşayış davam edib. XI əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində yaşayış olub.
1926-cı ildən başlayaraq Qəbələdə davamlı olaraq arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edirlər. Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Qəbələnin yaşını və dövlətçilik tariximizdəki yerini müəyyənləşdirmək baxımından Antik Qəbələ adı ilə tanınan Güllütala ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş bir neçə çox mühüm ictimai bina qalığını xüsusi olaraq qeyd etmək istərdik. Bunlardan birincisi ötən əsrin 60-70-ci illərində aşkar olunan və sahəsi 587 kvadratmetr olan ictimai binanın qalıqlarıdır. Bünövrə hissəsi çay daşı, divarları çiy kərpiclə hörülmüş bu binanın üstü iri ölçülü saxsı kirəmitlərlə örtülüb. Xatırladaq ki, iri ölçülü saxsı kirəmitlərlə örtülən belə nəhəng ictimai bina o dövr üçün nəinki Cənubi Qafqaz, bütövlükdə Avrasiya məkanı üçün nadir tikinti hesab olunurdu.
Antik Qəbələdə tədqiqatlar davam etdirilərkən daha bir neçə möhtəşəm tikili də aşkar olundu. Qədim Yunanıstandakı ippodromları, Roma anfiteatrları və Misirin İsgəndəriyyə şəhərindəki məktəb binalarını xatırladan üç ədəd oval formalı nəhəng tikinti xüsusi olaraq böyük maraq doğurur. Məlumat üçün bildirək ki, hələlik nə Qafqazda, nə də Yaxın və Orta Şərqdə antik dövrə aid bu tip, bunlara bənzər tikili qalıqları tapılmamışdır. Maraqlıdır ki, Antik Qəbələnin alt mədəni təbəqəsi öyrənilərkən orada e.ə. IV-III əsrlərə aid çox nəhəng ərzaq anbarının qalıqları aşkar olunub. Anbarda 200 ədəddən çox irihəcmli təsərrüfat küpü sıra ilə boğaz hissəyə qədər yerə basdırılmışdır. Tədqiqatçıların fikrincə, həmin küplərdə əvvəlcə çaxır, daha sonra qoz, fındıq və taxıl saxlanılmışdır. Buradan da belə nəticə hasil olur ki, qəbələlilər indi olduğu kimi, 2500 il bundan əvvəl də taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və şərabçılıqla məşğul olmuşlar. Maraqlıdır ki, Cənubi Qafqazın digər yerlərində hələlik buna bənzər abidə aşkar edilməyib. Belə nəhəng ərzaq anbarının mövcudluğu, sözsüz ki, Qəbələnin hələ e.ə. IV əsrdə böyük şəhər olduğundan xəbər verir. Çünki belə ümumşəhər əhəmiyyətli nəhəng ərzaq anbarları yalnız və yalnız böyük şəhərlərdə ola bilərdi.
Arxeoloji axtarışlar zamanı Antik Qəbələ ərazisində iri tikintilərlə yanaşı, şəhərin təsərrüfat, məişət və mədəni həyatını əks etdirən çoxsaylı digər maddi mədəniyyət qalıqları da aşkar olunmuşdur. Tapıntılar içərisində rəngarəng çeşidli keramika məmulatı, nəfis bəzək əşyaları, Roma, Parfiya və Albaniyada kəsilmiş gümüş pullar, Gürcüstanda zərb olunmuş qızıl pul, ticarət və mədəni əlaqələr yolu ilə gətirilmiş nadir əşyalar tapılmışdır. Şəhər yaxınlığında, Dzaxlı kəndi ərazisində tapılmış dəfinədə isə 700 ədəddən çox gümüş sikkə qeydə alınmışdır. Dəfinədəki ən qədim sikkələr Makedoniyalı İsgəndərin draxmaları və Frakiya çarı Lisimaxın tetradraxmalarıdır. Dzaxlı dəfinəsindəki sikkələrin böyük bir qismi e.ə. 187-129-cu illərdə hakimiyyətdə olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır. Sikkələr arasında bir neçə Parfiya sikkəsi və 5 Yunan-Baktriya tetradraxması da qeydə alınıb. Maraqlıdır ki, dəfinədəki yerli alban pullarından 3-ü Selevki tetradraxmalarına, 500-dən çoxu Makedoniyalı İsgəndərin draxmalarına bənzədilməklə zərb olunub. Həmin tapıntılar sübut edir ki, bəzi antik müəlliflərin guya albanların pul tanımadığı və yalnız natural mübadilə vasitəsilə həyat sürdüyü barədə yazdıqları həqiqət deyil. Başqa sözlə, albanlar, nəinki pul tanıyırdılar, hətta özlərinin zərb etdiyi pullar da kifayət qədər idi. Bütün bunlar isə Antik dövrdə Qəbələdə kifayət qədər yüksək inkişaf səviyyəsi ilə səciyyələnən izdihamlı şəhər həyatı olduğundan xəbər verir.
Qəbələ Antik dövrdə olduğu kimi, orta əsrlərdə də çox mühüm ticarət və sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Bütün bunlar Qəbələnin orta əsrlərdə həm də ətraf yaşayış məntəqələrinin əhalisinin sənətkarlıq məhsullarına olan ehtiyaclarını ödəyən çox mühüm ticarət və sənətkarlıq mərkəzi olduğuna dəlalət edir.
Maraqlıdır ki, tədqiqatlar zamanı Qəbələnin Qala və Səlbir ərazilərində də Antik dövrə aid tapıntılar aşkar olunmuşdur. Məsələn, 1974-1978-ci illərdə Səlbirin cənub-qərb küncündə tədqiqat aparılarkən orada eradan əvvəl I əsrə aid çay daşından inşa edilmiş möhtəşəm qala bürcü aşkar edilmişdir. Hündürlüyü 14 metr olan və XI əsrədək şəhərin müdafiə sisteminə xidmət etmiş bu düzbucaq formalı bürc yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra səliqə ilə yonulmuş tuf daşdan üzlük vurulub. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə tədqiqatlar davam etdirilərkən isə daha bir yerdə şəhərin e.ə. I əsrə aid qala divarlarının uzunluğu 35 metr, hündürlüyü 1 metr, qalınlığı 2,4 metr olan qalığı aşkar olunmuşdur. 2008-2009-cu illərin tədqiqatları zamanı isə şəhərin Qala adlanan ərazisinin cənub-şərq tərəfində, Govurlu çayının kənarında e.ə. I - bizim eranın I əsrlərinə aid qala divarının qalıqları aşkar olunub. 2010-cu ildə Cənubi Koreya mütəxəssisləri də şəhərin Səlbir ərazisinin şimal və qərb kənarlarında analoji divar qalıqları üzə çıxarıblar. Bu tapıntılar bir daha deməyə əsas verir ki, Albaniyanın baş şəhəri olan Qəbələnin adının Antik mənbələrdə çəkildiyi dövrdən ən azı iki-üç əsr öncə Səlbir və Qala ərazisində ətrafı möhtəşəm qala divarları ilə möhkəmləndirilmiş şəhər mövcud olub.
Bəzi tədqiqatçılar paytaxtın (əslində isə mərzbanın iqamətgahının) Bərdəyə köçürülməsini 461-ci ildə Sasanilər tərəfindən mərzbanlıq üsul-idarəsinin tətbiqi nəticəsində ölkənin iqtisadi və siyasi həyatında Bərdənin rolunun artması, Qəbələnin mövqeyinin zəifləməsi ilə əlaqələndirməyə səy ediblər. Halbuki bu cür düşünmək üçün heç bir ciddi elmi əsas yoxdur. Yəni çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Qəbələdə V əsrdən sonra da intensiv şəhər həyatı davam edib. Şəhərin Qala və Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan cənub qala divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə inşa edilib. Arxeoloji materialların təhlili göstərir ki, V əsrdən sonrakı dövrdə Qəbələnin dünyanın bir çox ölkələri və iri ticarət mərkəzləri ilə mədəni-iqtisadi əlaqələrinin miqyası da nəzərəçarpacaq dərəcədə genişlənib. Şəhər xarabalıqlarında və onun ətrafında aparılan tədqiqatlar zamanı tapılmış çoxsaylı sikkələr, Çindən, İrandan, Roma imperiyasından gətirilmiş rəngarəng çeşidli maddi mədəniyyət nümunələri də bunu təsdiq edir.
Xatırladaq ki, IV-VII əsrlərdə Qəbələnin ticarət əlaqələrində daha çox Sasani pullarından istifadə olunub. VIII əsrdən başlayaraq şəhərin ticarət dövriyyəsində ərəb pullarının xüsusi çəkisinin artdığı müşahidə olunur. Bunlarla yanaşı, Qəbələ və onun ətrafından çoxsaylı yerli pullar da tapılmışdır. Bu isə Qəbələnin Albaniyanın digər şəhərləri və şəhər tipli iri yaşayış məntəqələri ilə olan qızğın ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir. Bütün bunlar onu göstərir ki, Sasani mərzbanının iqamətgahının Bərdəyə köçürülməsi heç də Qəbələnin ölkənin əsas şəhəri olmaq funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz. Əksinə, həm yazılı mənbələr, həm də arxeoloji tədqiqatların nəticələri Qəbələnin V əsrdən sonrakı dövrdə də intensiv inkişafından, ölkənin iqtisadi, mədəni və siyasi həyatında onun daha fəal iştirakından xəbər verir. Elə isə mərzbanlığın mərkəzi hansı zərurət nəticəsində ölkənin əsas şəhərindən aran ərazidə yerləşən Bərdəyə köçürülüb? Fikrimizcə, bu, hər şeydən öncə, Mehranilərin timsalında Girdiman vilayətinin hərbi-siyasi cəhətdən güclənməsi və faktiki olaraq onun Sasani İranından asılı olmaması ilə əlaqədardır. Beləliklə, 461-ci ildə qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxtı deyil, sadəcə, Sasani mərzbanının iqamətgahı Qəbələdən Bərdəyə köçürülüb.
Qəbələ ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı ordularının, habelə şimaldan köçərilərin Albaniya ərazilərinə olan dağıdıcı hücum və basqınları zamanı dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin və Qızıl Orda hərbi birləşmələrinin Albaniyaya olan yürüşləri və ərazidə baş vermiş qanlı toqquşmalar zamanı Qəbələyə dəfələrlə çox ciddi ziyan dəyib. Lakin bütün bu dağıntılara baxmayaraq, şəhər yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında mühüm rol oynamaqda davam edib.
Əfsuslar olsun ki, Azərbaycan Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduğu illərdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarları rus hərbçiləri tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ radiolokasiya stansiyası tikilərkən milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksək gərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər ərazisindən keçməsi layihələşdirilib. Arxeoloq alimlərin ciddi etirazlarına baxmayaraq, şəhər ərazisinə ağır texnika gətirilərək orada bir neçə yerdə elektrik dirəkləri üçün yer qazılıb, beləliklə də qədim şəhər növbəti dəfə çox ciddi dağıntı qarşısında qalıb.
Lakin Ümummilli Lider Heydər Əliyev Qəbələ ətrafında baş verənləri dərindən araşdıraraq, məsələni Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarmaq barədə tapşırıq verib. Ulu Öndərin tapşırığı ilə təşkil olunmuş Dövlət Komissiyasının hazırladığı arayış Mərkəzi Komitənin 17 yanvar 1978-ci il tarixli iclasında geniş müzakirə olunub və abidənin qorunmasına laqeyd münasibət göstərən cavabdeh şəxslər ciddi cəzalandırılıb, az sonra isə Qəbələ respublika hökumətinin qərarı ilə Dövlət qoruğu elan olunub. Şəhəri sel sularının dağıdıcı təsirindən xilas etmək məqsədilə Qaraçay və Covurlu çayları boyunca beton bəndlər tikilib. Respublika rəhbərliyinin birbaşa qayğısı sayəsində Qəbələdə arxeoloji tədqiqatların yeni mərhələsi başlanıb.
Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq respublikada hökm sürən xaos və hərc-mərclik zamanı Azərbaycanın digər yerlərində olduğu kimi, Qəbələdə də arxeoloji tədqiqatlar dayandırılıb. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orada yenidən elmi axtarışlara start verilib.
Minnətdarlıq hissi ilə bildiririk ki, bu gün qədim paytaxt şəhərimiz olan Qəbələ Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə 22 sentyabr 2014-cü ildə açılışı olan Qəbələ Arxeoloji Mərkəzi bu gün uğurla fəaliyyət göstərməkdədir. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qədim İpək Yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturlarının mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqları təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları, göstərişləri, qayğı və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illər qədim Qəbələ ilə müasir Qəbələnin qeyri-adi, özü də son dərəcə uğurlu harmoniyası timsalında Cənubi Qafqazda həm də insanları getdikcə daha çox özünə cəlb edən ecazkar arxeoloji-turizm mərkəzi formalaşıb.
Sonda minnətdarlıq hissi ilə deməliyəm ki, Azərbaycan xalqı son illər öz tarixinin ən möhtəşəm çağlarını yaşamaqdadır. Demək olar ki, hər evdə, hər eldə ilboyu toy-büsatlar, şənliklər, təqdimatlar, ad günləri və yubileylər bir-birini əvəz edir. Hər ötən gün daha da inkişaf edən Azərbaycanda qədim və tarixi şəhərlərin əsasının qoyulmasının ildönümləri, həmçinin tanınmış alim və ziyalıların, elm, sənət, ədəbiyyat adamlarının yubileylərinin keçirilməsi artıq bir ənənə halını alıb. Bu baxımdan hesab edirəm ki, 800 ildən artıq bir müddət ərzində Albaniyanın - qədim Azərbaycan dövlətinin baş şəhəri - paytaxtı olmuş qədim Qəbələnin 2500 illiyinin dövlət səviyyəsində qeyd edilməsi bu şəhərin timsalında Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və bugünkü dinamik inkişafını növbəti dəfə bütün dünyaya nümayiş etdirmək yolunda daha bir uğurlu addım olar.

 
  • Oxunub:  6120  |  
  • Tarix:  31-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA