Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya sessiyası təşkil edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya sessiyası təşkil edib

14.02.2020 [15:22]

Fevralın 14-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) üzv şirkətlər üçün “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasını təşkil edib.

AZƏRTAC-a CCAİF-dən bildirilib ki, tədbirin keçirilməsində məqsəd sahibkarları icbari tibbi sığorta sistemi, sistemin əhəmiyyəti, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən CCIAF-in idarəedici direktoru xanım Zibər Hüseynovanın icbari tibbi sığorta barədə biznes mühitini məlumatlandırmağın vacibliyini vurğulayıb.

Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov öz növbəsində icbari tibbi sığorta sisteminin əhəmiyyəti, sistemin ölkə üzrə mərhələli şəkildə tətbiqi, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, müştərək maliyyələşmə məbləğinin tətbiqi və tibbi ərazi bölmələri barədə məlumat verib. O, həmçinin tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tətbiq edilən yeni mexanizm və layihələr barədə danışıb.

Görüş sual-cavab sessiyası ilə davam edib və auditoriyadan gələn suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31