Ana səhifə »  Xəbər lenti »  “The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”
A+   Yenilə  A-
“The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”

ABŞ-ın “The USA Tribune” qəzetində siyasi icmalçı Robert Qorovitsin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə həsr olunmuş “Münxendə söz dueli və onun qalib “revolveri” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif yazır ki, tarix dərsliklərindən və Avropa ədəbiyyatından qarşı tərəflərin öz şərəf və ləyaqətini qorumaq məqsədilə keçirilən silahlı qarşıdurma – duellərin zəruriliyi hamıya məlumdur. Bir ekspozisiya forması kimi duel bir çox mədəniyyətlərdə, o cümlədən Amerika qitəsinin Vəhşi Qərbində də öz yerini tapıb. Müasir dünyada duel beynəlxalq münasibətlərdə təzahür edir, hərçənd özünü silahlı deyil, söz mübadiləsi formasında göstərir. Bu isə daha güclü bir amildir.

Söz dueli üçün müasir dünyada ən yaxşı meydan BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, Davos forumu, Münxen konfransı və ölkələrin liderlərinin öz mövqelərini və üstünlüklərini nümayiş etdirdikləri digər platformalardır. Münxen Təhlükəsizlik Konfransı son 60 ildə mütəmadi keçirilən beynəlxalq təhlükəsizlik siyasəti üzrə tədbirdir.

Bu il fevralın 14-16-da keçirilən Təhlükəsizlik Konfransı keçmiş Sovet İttifaqından olan icmalçılar üçün maraqlı oldu. Belə ki, təhlükəsizlik məsələləri, ələlxüsus postsovet məkanında uzun sürən münaqişələr diqqət mərkəzində idi. Konfransın kuluarlarında baş verən mühüm hadisələrdən biri də “Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf” diskussiyası oldu. Ermənistan və Azərbaycanın liderləri Cənubi Qafqazda 30 ildir davam edən münaqişəni müzakirə etmək üçün səhnəyə çıxdılar.

Müəllif qeyd edir ki, iki ölkənin liderləri auditoriyaya Qarabağın tarixinə dair öz versiyalarını təqdim etdilər. O vurğulayır: “Erməni lider nala-mıxa döyürdü, artıq tükənmiş arqumentləri təkrar edirdi, ermənilərin guya Cənubi Qafqazın yerli sakinləri və Qarabağın tarixən Ermənistanın bir hissəsi olduğunu söyləyirdi”.

Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, guya Dağlıq Qarabağ ilkin olaraq Qafqaz Bürosu tərəfindən 1921-ci ildə Ermənistana verilib, lakin bu qərar İosif Stalin tərəfindən Azərbaycanın xeyrinə ləğv edilib. Erməni lider iddia edir ki, guya Stalin Lenin və Atatürklə Qarabağın Azərbaycana verilməsi ilə bağlı sövdələşib. Müəllif vurğulayır ki, etnik ermənilərin çoxluq təşkil etdiyi Qafqaz Bürosunda həqiqətən Dağlıq Qarabağı əvvəlcə Ermənistana vermək istəyiblər, lakin bu ərazinin Ermənistandan daha çox Azərbaycana bağlı olduğunu nəzərə alaraq, 1921-ci il iyulun 5-də həmin qərar ləğv edilib. Faktiki olaraq, qərarın mətnində Qarabağ və Azərbaycana münasibətdə “saxlanılsın” sözü işlənilir: “Müsəlmanlar və ermənilər arasında sülhün zəruriliyini və dağlıq və aran Qarabağ arasında iqtisadi əlaqələri nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibinə daxil edilən Şuşa şəhəri paytaxt olmaqla geniş vilayət muxtariyyəti verilsin”. Bu, o deməkdir ki, Qarabağ artıq Azərbaycanın bir hissəsi idi və Qafqaz Bürosu sadəcə onu Ermənistana verməyərək, Azərbaycanın hüdudları daxilində saxlamağa qərar verib.
Qorovits sonra qeyd edir ki, Paşinyan heç bir anlayışı olmadığı beynəlxalq hüquq barəsində mülahizələr yürütməyə başladı. Erməni lider bəyan etdi ki, əgər Azərbaycan Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etsəydi, o, müstəqil dövlət olmazdı. Əgər Azərbaycan bunu edibsə, onda Dağlıq Qarabağın öz müqəddəratını həll etməsinə də hörmətlə yanaşmalıdır, çünki erməni liderin fikrincə, Dağlıq Qarabağ erməniləri azərbaycanlıların da istifadə etdikləri hüququ həyata keçiriblər - SSRİ ilə vidalaşıblar. Lakin siyasi icmalçının vurğuladığına görə, erməni baş nazirin beynəlxalq hüquq sahəsində bilikləri o qədər azdır ki, o, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkib hissəsi olduğunu və sovet Konstitusiyasına əsasən respublikanın tərkibindən çıxmaq, Dağlıq Qarabağın müstəqil və ya Ermənistanın tərkibində olması üçün hər bir addımın istər Azərbaycan SSR, istərsə də SSRİ Konstitusiyasına uyğun şəkildə həyata keçirilməsinin zəruriliyini başa düşmür. Lakin bu, baş vermədi. Belə ki, SSRİ və Azərbaycan SSR-in qanunverici orqanları Dağlıq Qarabağın Ermənistana verilməsini rədd etdilər.

Müəllif sonra yazır ki, Paşinyan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini müzakirə edərkən uğursuz seçim edib. Erməni lider iddia edib ki, guya BMT TŞ dərhal və qeyd-şərtsiz atəşkəs rejiminin tətbiqini tələb edib, belə ki, Azərbaycan bu qaydaları pozub və ərazilərini itirib. Əslində isə, İlham Əliyevin də qeyd etdiyi kimi, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü dayandırmasını və öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını, həmçinin bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradılmasını tələb edib. Prezident Əliyev beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk qrupunu Ermənistana özünün qeyri-konstruktiv mövqeyindən imtina etmək üçün təzyiqi gücləndirməyə çağırıb.

Məqalədə o da qeyd olunur ki, Paşinyan işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistanın yaratdığı oyuncaq rejimin danışıqlarda iştirakını arzuladığını bildirib. O, özünün bu təklifini hətta “mikroinqilab” adlandıraraq, onu auditoriyaya hansısa yenilik kimi təqdim edib. Əslində, erməni separatçılarını danışıqlar masası arxasına oturtmaq Ermənistanın son 20 ildə ardıcıl olaraq göstərdiyi səylərdir. Lakin Azərbaycan üçtərəfli formatı sadəcə ona görə rədd edir ki, bu formatın özü münaqişənin iki əsas tərəfinin (Ermənistan və Azərbaycan) formuluna söykənir və burada iki maraqlı tərəf - Dağlıq Qarabağın erməni və azərbaycanlı icması var. Qeyd olunur ki, rəsmi Yerevan tərəfindən Xankəndidə (Stepanakert) qurulmuş erməni hərbi rejiminin heç bir legitimliyi yoxdur, çünki onlar müharibə vaxtı Qarabağın azərbaycanlı icmasına qarşı etnik təmizləmə həyata keçiriblər.

Müəllif yazır ki, Paşinyan özü də bunu dərk etmədən təsdiq etdi ki, Ermənistanın hərbi qulluqçuları Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edirlər. O, açıq şəkildə bəyan etdi ki, oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir və bununla da erməni təbliğatının Qarabağ ermənilərinin “özünümüdafiə ordusu” ilə təhlükəsizliklərini təmin etdikləri barədə iddiaları ifşa edib.

Məqalənin sonunda Qorovits yazır: “Söz dueli Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi “yaralar” və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə aldı”.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  17-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8