Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elmar Məmmədyarov Brüsseldə təşkil olunan Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

Elmar Məmmədyarov Brüsseldə təşkil olunan Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

18.02.2020 [11:18]

Fevralın 17-də Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, konfransda Avropa İttifaqı Komissiyasının Prezidenti, Albaniya Baş Naziri və Avropa İttifaqı Şurasının Prezidenti açılış nitqi ilə çıxış edib, eləcə də bir çox dövlətlərin və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətləri bəyanatlarını səsləndiriblər.

Konfransda çıxış edən nazir Elmar Məmmədyarov bildirib ki, Albaniya Azərbaycanın çox mühüm tərəfdaşıdır və bunun ən bariz nümunəsi Xəzər dənizi bölgəsini, xüsusilə də Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ilə əlaqələndirən və İtaliyada başa çatan strateji Cənub Qaz Dəhlizinin təşviq edilməsi üçün Albaniya Baş Naziri Edi Ramanın Bakıya çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşləridir.

Nazir Elmar Məmmədyarov Albaniyada faciəvi zəlzələ baş verən zaman Azərbaycanın Albaniyaya humanitar yardım göstərən ilk ölkələr sırasında olduğunu və ölkəmizin Albaniyaya yarım milyon avro məbləğində yardım göstərdiyini qeyd edib. O, Albaniya hökumətinə və xalqına daha yarım milyon avro məbləğində yardımın göstəriləcəyi vədini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Nazir Azərbaycanın müasir tarixində ehtiyacı olan xalqla həmrəy olmasının çox normal bir hal olduğunu bildirib və müstəqilliyinin bərpa edilməsinin ilk günlərindən etibarən xalqımızın üzləşdiyi qonşu dövlətin təcavüzkar siyasəti və hərbi münaqişə nəticəsində 1 milyondan çox insanımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə çox əziyyət çəkdiyinə diqqəti cəlb edib.

Bu gün isə Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin iştirakçısı olduğu və ölkəmiz tərəfindən dünyanın 100-dən çox ölkəsinə humanitar və inkişafa yardım göstərildiyi nazir Elmar Məmmədyarov tərəfindən qeyd olunub və bu yardımın gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.

Qeyd etmək istərdik ki, Azərbaycan keçmiş sovet məkanındakı ölkələr arasında Albaniyanı çətin vəziyyətində dəstəkləyən yeganə ölkə olub.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31