Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanılıb

Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanılıb

18.02.2020 [15:48]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyinin nümayəndə heyəti ilə birgə Azərbaycan və Serbiya arasında sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli ölkəmizdə aparılan uğurlu sosial siyasətin nailiyyətləri barədə nümayəndə heyətinə məlumat verib. O, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, habelə pensiyaların artırılması istiqamətində atılan mühüm addımları qeyd edib. M.Abbasbəyli Azərbaycanda sosial sahədə aparılan genişmiqyaslı islahatları diqqətə çatdırıb, DOST konsepsiyası barədə ətraflı məlumat verib. Serbiya ilə sosial təminat sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Əməkdaşlıq əlaqələrinin qarşılıqlı fayda verəcəyini, xüsusilə də hər iki ölkənin vətəndaşlarının digər ölkədə gələcək bərabər hüquqlu, etibarlı pensiya təminatına nail olması üçün əhəmiyyətli olacağını vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Serbiyanın Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər nazirinin köməkçisi Zoran Milosevic ölkəsində əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün görülən işlər və həyata keçirilən islahatlardan bəhs edib. O bu sahələrdə, eləcə də pensiya təminatı sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş Azərbaycanın və Serbiyanın sosial təminat, xüsusilə pensiya sistemləri barədə qarşılıqlı təqdimatlarla, maraq doğuran sualların cavablandırılması ilə davam edib. Sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrin yekunlarına dair protokol imzalanacaq.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30