Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib

18.02.2020 [17:09]

Fevralın 18-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida sahəsi üzrə beynəlxalq ekspert Sice-Treda İveta ilə görüşüb. Görüşdə agentliyin fəaliyyət istiqamətləri, strukturu, ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə əlaqədar ətraflı məlumat verib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş çərçivəsində ölkəmizdə idxal olunan məhsullara risk əsaslı nəzarət tədbirləri ilə bağlı yaradılacaq Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrinin beynəlxalq standartlara uyğunlaşdırması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu il sərhəd keçid məntəqələrinin yaxınlığında iki Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin yaradılması nəzərdə tutulub və həmin məntəqələr ölkəmizə idxal olunan qida məhsullarının risk qiymətləndirilməsini həyata keçirəcək.

Agentliyin sədri diqqətə çatdırıb ki, Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrində, həmçinin ölkəyə gətirilən iri və xırdabuynuzlu heyvanların identifikasiyası və qeydiyyatı da aparılacaq.

Görüşdə beynəlxalq ekspert Sice Treda İveta dünya təcrübəsində uğurla tətbiq edilən Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrini Azərbaycanda da formalaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini və həyata keçirlən yeniliklərin Azərbaycanda qida təhlükəsizliyi sisteminin inkişafında əhəmiyyətli rol oynayacağını bildirib.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31