Ana səhifə »  Xəbər lenti »  Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
A+   Yenilə  A-
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin APA İnformasiya Agentliyinə müsahibəsi:

- Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb. İlkin mərhələdə icbari tibbi sığorta tətbiq olunan ərazilərdə yanvarın 1-dən bu günədək neçə nəfər icbari tibbi sığortadan yararlanıb? Bu müddət ərzində vətəndaşlar tibb müəssisələrinə daha çox hansı tibb xidmətlər üçün müraciət ediblər?

- Bildiyiniz kimi, 1 yanvar tarixindən 23 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmin regionların sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən ödənişsiz istifadə edirlər. 23 regionda yerləşən tibb müəssisələri üzrə cari ilin 10 fevral tarixinədək ümumilikdə 521 942 müraciət qeydə alınıb. Vətəndaşlar tibb müəssisələrinə ən çox ambulator tibbi xidmət üçün müraciət ediblər. Müraciətlərin də böyük əksəriyyəti ixtisaslı həkim müayinəsi ilə bağlı olub.

- İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlıq durumuna necə təsir göstərir?

- İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihədir. Sistemin tətbiqi nəticəsində tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq və əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq. Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində keyfiyyətli tibbi xidmətlərdən istifadə edəcək. İcbari tibbi sığortanın tətbiqi ilə ilkin səhiyyə xidməti inkişaf edəcək. Beləliklə də, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vətəndaşların vaxtında müalicəyə cəlb olunması həm əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına, həm də səhiyyə ilə bağlı maliyyə yükünün azalmasına təsir edəcək.

- Bu prosesin tətbiqi üçün nə qədər maliyyə vəsaiti nəzərdə tutulur?

- İcbari tibbi sığorta fondu icbari tibbi sığortanın maliyyə mənbələri hesabına formalaşır. Maliyyə mənbələrinə icbari tibbi sığorta haqları, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər, müştərək maliyyələşmə məbləği, “Tibbi sığorta haqqında” qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələr və qanunda qeyd olunan digər mənbələr daxildir. Bu il üçün icbari tibbi sığorta fondunun büdcəsinin gəlir və xərc istiqamətləri müəyyənləşdirilib. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 milyon manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 milyon manat, digər mənbələrdən 185 milyon manat vəsaitin toplanılması proqnozlaşdırılır. Bildiyiniz kimi, hazırda icbari tibbi sığorta haqları toplanılmır. Dövlətimiz ilk 3 ay müddətində icbari tibbi sığorta ilə bağlı maliyyə xərclərini öz üzərinə götürüb. Sığorta haqlarının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel tarixindən başlanılacaq.

- Kimlər icbari tibbi sığortadan yararlana biləcək və kimlər bu xidmətlərdən istifadə edə bilməyəcək?

- Qanuna əsasən bütün ölkə vətəndaşları sığortaolunan hesab olunurlar. Əhatə dairəsinə gəldikdə isə qanun müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə, Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Bu şəxslər arasında məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər və Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna təşkil edir.

Rəsmi əmək müqaviləsinə əsasən, işləyən, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

- Hazırda icbari tibbi sığorta tətbiq olunan ərazilərdən birində qeydiyyatda olub, amma başqa şəhər və rayonda yaşayanlar bu xidmətlərdən necə istifadə edə bilərlər?

- Öncə onu qeyd edim ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşayan vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan fərqli inzibati ərazilər olarsa, tibb müəssisəsinə müvəqqəti qeydiyyata alınma ilə bağlı sənəd təqdim edilmədiyi halda müştərək maliyyələşmə məbləği ödənilməlidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərinə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləği tibb müəssisəsinə nağdsız qaydada ödəniləcək.

Müştərək maliyyələşmə məbləğinin ödənilməsi zamanı sığortaolunanın qeydiyyatda olduğu inzibati ərazi və müraciət etdiyi tibb müəssisəsinin yerləşdiyi tibbi ərazi bölməsi nəzərə alınır. Bildiyiniz kimi, Agentlik respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələrini təsdiq edib. Tibbi ərazi bölməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Tibbi ərazi bölmələrinin yaradılmasında məqsəd tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etməkdir. Agentlik tərəfindən ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib.

- İTS-nin xidmətlər zərfinə 2550 sayda tibbi xidmət daxildir. Bu xidmətlər hansılardır?

- Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasına sayı 150 xidmətdən çox olan həyati vacib, dəyəri yüksək olan əməliyyatlar da daxildir.

- Vətəndaşlar icbari tibbi sığortadan istifadə üçün hansı prosedurlardan keçməlidirlər?

- İlk növbədə vətəndaş ailə həkimini seçmək üçün şəxsiyyət vəsiqəsi ilə birgə qeydiyyatda olduğu yer üzrə ona ən yaxın olan ilkin səhiyyə müəssisəsinə (poliklinika, Ailə Sağlamlıq Mərkəzi, kənd həkim məntəqəsi) müraciət etməlidir. Sığortaolunan ailə həkimini seçməkdə sərbəstdir. Ailə həkimi onu müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı müalicəyə ehtiyac görərsə ixtisas həkiminə göndəriş verir. Bu halda vətəndaş ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət etdiyi üçün Xidmətlər Zərfindən istifadə etmək məqsədilə xəstəxanaya ödəniş etmir. Ailə həkiminin göndərişi olmadan birbaşa tibb müəssisəsinə müraciət edilərsə, bu halda müştərək maliyyələşmə məbləği ödənilir.

- Xidmətlər Zərfində hansı xidmətlərə sığorta limiti tətbiq olunur?

- Xidmətlər Zərfində tibbi xidmətlərin adları, tarifləri, sığorta limiti, müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi hallar, o cümlədən tibbi xidmətlərin növündən asılı olaraq göstərilməsi şərtləri və gözləmə müddətləri öz əksini tapır. Sığorta limiti icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfində nəzərdə tutulduğu hallarda sığortaolunana təqvim ili ərzində göstərilən tibbi xidmətlərin say həddidir. Xidmətlər Zərfində yalnız fizioterapiya xidmətləri üzrə təminata alınan tibbi xidmətlərə sığorta limiti tətbiq olunur. Sığorta limiti 10 prosedurdan ibarətdir.

- İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrini TƏBİB idarə edir. Hazırda TƏBİB-in tabeliyində nə qədər tibb müəssisəsi var? Nə qədər xəstəxana publik hüquqi şəxsə çevrilib?

- TƏBİB-in tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri verilib ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər Zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərinin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması da nəzərdə tutulub. Ötən il tibb müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi Səhiyyə Nazirliyinə tapşırılıb və əksər xəstəxanalar artıq publik hüquqi şəxsə çevrilib. Proses cari ildə də davam edir.

- Hazırda icbari tibbi sığortanın tətbiq olunduğu regionlarda həkim çatışmazlığı var?

- Dövlət müəssisələrində, xüsusilə regionlardakı tibb müəssisələrində həkim vəzifələri üzrə kadr çatışmazlığı müşahidə olunur. Təhlil edərkən məlum olur ki, həkimlər daha çox Bakıda cəmləşiblər. Elə regionlar var ki, orada bir ixtisas üzrə bir həkim çalışır. Həkimləri regionlara cəlb etmək məqsədilə Agentlik tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiq edilməsi istiqamətində bir sıra tədbirlər görür. Həmçinin həkim çatışmazlığı problemini həll etmək üçün bir variant üzərində də düşünülür. Bu, rayonda hansısa bir ixtisas üzrə həkim çatışmazlığı varsa, həmin rayona həftənin müəyyən günlərində Bakıdan ixtisaslı həkimlərin göndərilməsi ilə bağlıdır. Beləliklə də, həmin rayonda həkim çatışmazlığı olan sahə üzrə xidmətlərin göstərilməsi təmin ediləcək.

- İcbari tibbi sığorta haqları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına görə şəxslər hansı şəkildə cərimələcək?

- Qanuna əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və sığorta hadisəsi zamanı sığortaolunanların icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və Xidmətlər Zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyidir. Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  19-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA