Ana səhifə »  Xəbər lenti »  Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
A+   Yenilə  A-
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında

Təxminən iki il əvvəl tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabının ilk təqdimatı keçirildi. Kitabda “Azərbaycan” adlı dövlətin yaranması ilə bağlı qaldırılan məsələ təbii olaraq öz aktuallığını qoruyub saxlamaqdadır. Bununla əlaqədar AZƏRTAC kitabın müəllifi Həsən Həsənovla sözügedən mövzunu konseptual şəkildə əks etdirən müsahibəni oxuculara təqdim edir.
- Hörmətli Həsən müəllim, siz öz elmi fəaliyyətinizə sovet dövrünün əvvəlinə aid olan Azərbaycan tarixini tədqiq etməklə başladınız, sonra birinci Cümhuriyyətimizin formalaşmasının mürəkkəb prosesləri haqqında bir əsər dərc etdiniz. Necə oldu ki, sizdə tariximizin ən qədim dövrünə və “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağa maraq yarandı?
- Məsələ ondadır ki, tariximizin ən qaranlıq problemlərindən biri, ölkəmizin ən qədim əhalisinin etnik mənşəyi haqqında məlumatın olmaması idi. Konseptual olaraq desək, Azərbaycanın ən qədim dövrünün etnik dünyasına olan qapını açacaq bir açar yox idi. Bu baxımdan, Zaur Həsənovun Nyu-Yorkda nəşr olunan “Çar skiflər” adlı monoqrafiyası olduqca əhəmiyyətli, qətiyyətli və əsaslı oldu. Skiflər haqqında ilkin mənbələrdə e.ə. VII əsrdən başlayaraq Azərbaycanda baş verən hadisələrlə əlaqədar olaraq bəhs olunur. Eyni zamanda, arxeologiya skiflərə qohum xalq olan sakların Azərbaycanda daha əvvəllər yaşadığını qəbul etməyə əsas verir. Zaur Həsənovun məhz “Çar skiflər” əsəri və sonrakı bir sıra əsərləri mənim “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağım üçün əsas verdi. Həmin əsərimdə Azərbaycan tarixinin iki çox vacib mərhələsi haqda danışılır...
- Bu, hansı iki mərhələdir? 
- Birinci mərhələ - Atropatena/Adorbayqan/Azərbaycan adlı dövlətin yaranmasıdır, hansı ki, sonralar öz müstəqilliyini itirmişdir. İkinci mərhələ isə həmin dövlətin, eyni ad altında müstəqilliyinin bərpasıdır.
- “Azərbaycan” adlı ölkə hansı şəraitdə yaranıb?
- Roma tarixçisi Ammian Marsellin (IV əsr) “Atropatena” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində yaradıldığını bildirir. Həmçinin Suriyanın Karki de bet Selox (V əsr) salnaməsi “Adorbayqan” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində meydana gəldiyini bildirir. E.ə. I əsrə aid Roma xəritəsində eyni ölkə “Atrapatena” adlanır. “Atropatena/Atrapatena, Adorbayqan” və müasir “Azərbaycan” ad versiyaları eyni mənşəyə mənsubdurlar, bu haqda daha sonra ətraflı məlumat veriləcəkdir.
- Assuriya İmperiyası nə vaxt dağılıb, hansı ki, nəticədə Azərbaycan adlı dövlətin yaranmasına gətirib?
- Britaniya Muzeyində akkad dilinin yeni Babil ləhcəsində mətni təsvir edilən “The Fall of Nineveh” adlı mixi lövhə saxlanılır. Mətn 1923-cü ildə ingilis alimi S.J.Qadd (ing. C.J.Gadd) tərəfindən oxunmuş və nəşr edilib. Lövhədəki mətnə əsasən Assuriya İmperiyasının paytaxtı Nineviya e. ə. 612-ci ildə işğal olunaraq məhv edilib. Assuriyalılar müxtəlif şəhərlərdə hakimiyyəti qorumağa və hətta sənədlər dərc etməyə çalışsalar da, dövlətin mövcudluğu dayandırılıb. Bu səbəbdən Ammian Marsellininin bəhs etdiyi (Atropatena) və Suriyanın Karki de bet Selox salnaməsində bəhs olunan (Adorbayqan) yeni ölkənin yaranması tarixi e.ə. 612-ci il hesab olunur.
- E.ə. 612-ci ildə yarandığı zaman “Atropatena/Adorbayqan” adlı ölkənin hüdudları hara idi?
- Yarandığı anda Atropatena/Adorbayqan adlı ölkənin hüdudları barədə, ilkin mənbələrdən alınan məlumatlara, eləcə də E.Kavaiqnyak, Volfram Nagel, A.A.Nemirovski kimi XX əsr müəlliflərinin araşdırmalarına əsasən mühakimə edilə bilər. Bunlardan V.Nagel və A.Nemirovski hətta sərhədləri aydın göstərən xəritələr tərtib ediblər. Yəni, ölkənin şərq sərhədinin Xəzər dənizinin sahili olduğunu, qərb sərhədlərinin Anadoluda (hazırkı Qızıl Irmak) Qalis çayına çatdığını, şimal sərhədlərinin Qafqaz silsiləsinə, cənub sərhədlərinin isə Urmiya gölünə çatdığını qəbul etməyə əsas verir. Midiya isə ondan vassal asılılığında idi.
- Hansı xalq Assuriya İmperiyasını məhv etdi və Atropatena/Adorbayqan adlı ölkəni yaratdı?
- “The Fall of Nineveh”adlı Yeni Babil mixi lövhəsi və İstanbulda Arxeoloji Muzeydə saxlanılan mixi yazılı Nabonidus qranit lövhəsi Assuriya İmperiyasının Umman-Manda xalqı tərəfindən dağıdıldığından xəbər verir. Bu lövhənin tədqiqatçıları Qadd və B.B.Piotrovski Umman-manda adı altında skiflərin nəzərdə tutulduğunu iddia edirlər. Qərbi Asiyada o dövrdə hegemon xalqı “şimaldan gələn” adlandırırdılar. Əvvəlcə bu ad altında kimmerlər, sonra skiflər və nəhayət midiyalılar nəzərdə tutulurdu. E.ə. 623-cü ildə skiflərin midiyalılar üzərində (çar Madiyanın başçılığı altında) qələbəsi nəticəsində (e.ə. 623-594-cü illər, 28 il ərzində) hegemonluq skiflərdə idi (bax. Herodot). Assuriya İmperiyasının dağıdılmasının e.ə. 612-ci ildə, yəni skiflərin hegemonluğu dövründə baş verdiyini nəzərə alsaq, “Umman-manda xalqı” dedikdə skiflərin nəzərdə tutulduğu şübhə doğurmur. Atropatena/Adorbayqan adlı ölkəni yaradan məhz Assuriya İmperiyasını məhv edən skiflər olub.
- Bəs Herodot deyir ki, Assuriyanı midiyalılar məhv etdilər?
- Doğrudur, yalnız Herodot (I, 103-106) deyil, həm də onun ən yaxın çağdaşı Ktesiy (Ctesias) də Midiyanın Assuriyanı məhv etdiyindən bəhs edir (bax: Diodor II, XXXII, 5). Lakin biz Herodot və Ktesiyin yazdıqlarını təkzib edən ilkin mənbələrə malikik. İlk növbədə, Herodot Kiaksarın 40 il hökmranlıq etdiyini (28 il sürən skif hökmranlığı da daxil olmaqla) vurğulayır. Bu, o deməkdir ki, Kiaksar 28 il ərzində Midiyanın hökmranlığından uzaqlaşdırılmış, Assuriya isə məhz 28 il davam edən skif hegemonluğu dövründə məhv edilmişdir. Diodor Assuriyanın Midiyanı öz valisi vasitəsilə idarə etdiyi barədə məlumat verir. Diodor Assuriyanı məğlub edən Arbakın Midiya çarı yox, yalnız “Midiya sərkərdəsi” olduğunu da vurğulayır. (Diodor II, XXVI, 1, 2). Kurtsiy Rufun və Diodorun bəhs etdikləri, həmçinin Assuriya İmperiyasını məhv edən ölkə barədə fikir formalaşmasına əsas verir. Kurtsiy Rufa görə, Makedoniyalı İsgəndərin qəbul etdiyi skif səfirləri ona “Suriya çarını, fars və midiyalıların çarını məğlub etdiklərini” bildirdilər və bu qələbələr sayəsində onların qarşısında Misirədək aparan yol açıldı (Kurtsiy Ruf, VII, 8, 18). “Suriya çarı” dedikdə Nineviyanın işğalı zamanı məğlub olan Assuriya çarı nəzərdə tutulur. “Fars və midiyalıların çarı” dedikdə Madiy tərəfindən məğlub edilən Midiya hökmdarı Kiaksar nəzərdə tutulur. Skiflər qarşısında Misirə aparan yolun açılması məsələsinə gəldikdə isə, bu barədə ilkin mənbələrdə məlumat verilir. “Skif hökmdarları tərəfindən digər məğlub edilmiş tayfaların da köçürülməsi və ən önəmli olanlardan biri Assuriyadan Paflaqoniya və Pontom arasında yerləşən torpaqlara, digəri isə Midiyadan Tanais çayı sahilinə köçürülmələri” barədə Diodorun yazdıqları assuriyalıların və midiyalıların məhz skiflər tərəfindən məğlub edilmələri sualına birmənalı cavab verir. (Diodor, II, XLIII, 6,7.).
- Assuriya İmperiyasının çökməsi və Atropatena/Adorbayqan adlı ölkənin yaranması zamanı skiflərin hökmdarı kim olmuşdur?
- Herodot yazır ki, skiflərin midiyalılar üzərində qələbəsi (e.ə.623-cü il) zamanı hökmdar Madies/Madiy idi. [Strabon onu Skifiyalı Madiy, Suriya mənbəyi isə Maday adlandırır]. Madiy e.ə. 673-cü ildə skif çarlığını (Assuriya mənbələrində “Aşquz/İşquz” adı ilə qeyd olunan) yaradan digər skif hökmdarı Prototinin oğlu idi. [Z.Həsənov Herodotu orijinal dildə oxumuş və orada “skiflər” deyil, “quzlar” yazıldığını aşkar etmişdir. “Quz” oğuz adının formalarından biridir]. Skif çarlığı Araz çayının sol sahilindən Qafqaz silsiləsinə qədər olan ərazidə yerləşirdi. Karki de bet Selox salnaməsində Assuriya İmperiyasının dağıdılması barədə qeyd olunur ki, “Arbak, çar Maday Assuriya çarlığına qarşı üsyan etdi”. Nəyə görə burada iki ad - Maday və Arbak - istifadə olunur? Məsələ burasındadır ki, e.ə. 623-cü ildə Midiya çarı Kiaksar Assuriyanı təkbaşına fəth etmək qərarına gəldi və bu məqsədlə paytaxt Ninevanı mühasirəyə aldı. Mühasirə uğurla başladı. Assuriya çarı təhlükəni hiss edərək skif çarı Madiydən kömək istədi. Madiy Midiyaya hücum etdi, Kiaksar Nineviyanın mühasirəsini dayandıraraq qoşunu ilə Midiyaya qayıdır və Madiy tərəfindən məğlub edilir. Bunun nəticəsində Herodot dediyinə görə skiflər 28 il ərzində Qərbi Asiyanın hegemonu oldular. Bölgədə hakimiyyətini davam etdirən Assuriya çarı Madiyi öz valisi təyin etdi. Yunan, Roma, Bizans, Suriya və Avropa qaynaqlarında əvvəlcə midiyalıları məğlub edən, sonra Assuriya İmperiyasını məhv edən skif çarı Madiy, Arbak/Arpat/Adurbad və s. titullarla Midiyada vali təyin olundu.
- Skiflər hansı etnosa aid idilər?
- Herodot təsvir etdiyi dövrün skif imperatorluğu müxtəlif xalqlardan ibarət böyük bir ərazini əhatə edirdi. Herodot skiflərin mifologiyasını, sosial strukturunu və bütpərəst dinini ətraflı təsvir edir. Bundan əlavə, Herodot qeyd edir ki, skif dövlətinin əhalisi yeddi dildə danışırdılar və hakim klanın nümayəndələri ölkəni gəzdikləri zaman özləri ilə yeddi tərcüməçi götürürdülər. Buna baxmayaraq, həm Avropa, həm sovet elmində, Herodotun yazdıqlarını diqqətə almayaraq, skifləri bütünlüklə, heç bir əsas olmadan, irandilli xalq olaraq tanıyırlar və onların yeganə davamçı nəsli olaraq osetinləri hesab edirlər. Son illərin tədqiqatları, o cümlədən Azərbaycan alimi Z.Həsənovun dil problemi və sosial-mifoloji aspektlər haqda araşdırmaları, skif cəmiyyətinin çoxdilli olmasını və hakim klanın türk klanı olmasını qəbul etməyə əsas verir. Eyni zamanda, qeyd edilməlidir ki, Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət təşəkkül tapdığı dövrdə geniş əraziləri əhatə etməklə, bir çox xalqları birləşdirmiş və bunların həm dövlətin təşəkkülündə, həm də möhkəmlənməsində xidmətləri olmuşdur.
- Madiy adının və Arbak/Arpat titulunun mənşəyi nədir?
- Madiy adına gəldikdə isə türk tarixində Mode, Maodun, Modun, Mete adlı (e.ə. 234-174-cü illər) hun hökmdarı vardır ki, İakinf Biçurin və F.Hirt kimi türkşünaslar onu Oğuz xanla identifikasiya edirdilər. Hun hökmdarının Oğuz xan olması ilə biz razı deyilik, ona görə ki, onların yaşam dövrlərində bir neçə əsr fərq vardır. Bununla bərabər, Mode türk hökmdarı adının mövcud olması skif çarı Madiyin adının türk mənşəli olmasını hesab etməyə əsas verir. Hun hökmdarının adının türk versiyası “Mete”dir, bu isə türk dilindən tərcümədə “cəsur”, “igid”, “cəsarətli” mənalarını verir. “Vali” mənasında istifadə olunan Arbak titulu türk ənənəsində “əcdadın ruhu” mənasında yayılmışdır. Arpat, adı öz Avropa ölkəsinin yaradıcısı olaraq macarların ənənəsində qorunub saxlanılır. Qədim dövrdə skif bölgəsi olan Krımda Arpat adı toponim və hidronim şəklində geniş yayılmışdır. “Adurbad” forması əlavə mənaya malikdir və bu barədə daha sonra ətraflı müzakirə edəcəyik.
- “Atropatena/Adorbayqan” ölkə adı necə yarandı?
- Ölkənin adı ilə bağlı Suriya Karki de bet Selox salnaməsində qeyd olunur ki, “Arbak, yəni midiyalıların çarlığında Adurbad qala divarı tikdi və həmin divar onun adı ilə Adorbayqan torpağı” adlandırıldı”. “Arbakın, yəni Adurbadın qala divarı tikməsi” məlumatından onun yeni ölkə qurması qənaətinə gəlmək mümkündür. Arbakın, yəni Adurbadın, yeni ölkəni “midiyalıların çarlığında” yaratması məlumatı Arbakın, eyni zamanda, iki ölkəni - Midiya və yeni Atropatenanı/Adorbayqanı - idarə etməsi deməkdir. Bu müsahibədə Atropatena və Adorbayqan fonetik versiyalarından istifadə etməyimiz bu səbəbdən irəli gəlir ki, Ammian Marsellin və Suriya salnaməsi olan Karki de Bet Selox ölkənin yaranma şəraiti haqqında məlumat verərkən ölkəni belə adlandırmışlar. Bunlarla yanaşı, Azərbaycan adından da ona görə istifadə edirik ki, məhz bu müasir reallıqları əks etdirir.
- “Adorbayqan” və “Atropatena” adları onun yaradıcısının adını necə ehtiva edir?
- Ölkənin adında, əslində, ölkə qurucusunun adı deyil, titulu əks olunur - mənbələrdə Arbak/Arbakt/Adurbad və s. müxtəlif fonetik versiyalarda istifadə olunur. Ölkənin türk tayfaları tərəfindən yaradıldığını nəzərə alsaq, ölkənin adını türk sözləri əsasında türk etimologiyası ilə əlaqələndirməyə bütün əsaslar var. Adorbayqan adında “Adorbay” başlığı vardır və “qan” şəkilçisi toponim yaradan suffiksdir. Sözdəki “Ad/At” prefiksi qədim türk dilində “əcdad” deməkdir. Bu halda ölkənin adı “Orbay əcdadın torpağı” deməkdir. Orbay soyadı türk xalqları arasında hələ də geniş yayılmışdır. “Atropatena” versiyasına gəldikdə, onu qeyd etməliyəm ki, bu versiya e.ə. I əsrə aid qədim yunan xəritəsində “Atropatena” olaraq yazılmışdır. Atropatena/Atrapatena versiyası “r” və “a/o” hərflərinin yerlərinin dəyişməsi zamanı baş verən metatez nəticəsində yaranan dəyişilmiş formadır. Metatez haqqında qanuna əsasən ilkin versiyanı bərpa etsək, ölkənin adı Atorpatena və ya Atarpatena olar. Bu versiyada sözün əsasını Orpat və ya Arpat titulu təşkil edir, “ena” isə toponim yaradan şəkilçidir. Bəhs olunan versiyada ölkənin adı “‘əcdad Arpatın/Orpatın ölkəsi” mənasını daşıyır. Ölkə adının qədim dövrlərdə qeydə alınan bütün yaranma variantlarının heç birinin fars və ya yunan dilləri ilə heç bir əlaqəsi yoxdur və hər biri qədim türk ənənələrini əks etdirir.
- Atropatena/Atarpatena və Adorbayqan adları hansı səbəbdən Azərbaycan sözünə çevrildi?
- “Azərbaycan” variantının yaranması ərəb hakimiyyəti dövründə orijinal “t” hərfinin “h” hərfinə keçməsinin nəticəsidir. Ancaq ölkənin adının quruluşu dəyişməz olaraq qalır. Azərbay sözü Atorpat/Atarpat və ya Adorbay ilə eynidir və “qan” şəkilçisi “can” formasına dəyişmişdir.
- Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət e.ə. 612-ci ildə yaranıbsa demək, antik dövrün böyük imperiyalarının çağdaşı olub?
- Elədir ki, var. Əsrlərboyu Azərbaycan Assuriya, Midiya, Əhəmənilər, Selevkilər, Parfiya, Roma, Şərqi Roma (Bizans), Sasanilər imperiyalarının çağdaşı, bəzən hərbi-siyasi tərəfdaşı, bəzən isə rəqibi olmuşdur. Bu dövlətlərin nəhəngliyi hələ də ağlasığmazdır. Buna baxmayaraq, bu imperiyaların adları dünyanın siyasi xəritəsindən silindi. Ölkəmizin adı Atropatena / Adorbaigan / Atrapatena / Azərbaycan olaraq müxtəlif fonetik variantlarda 27 əsrdir ki, tarixi sənədlərdə davamlı olaraq xatırlanır. Qədim mənbələrdə yüzlərlə xalqın adları çəkilir, lakin bu siyahıdan günümüzədək, Atropatiyalılar, Atropatenlər, Atropatenalılar, Azərbaycanlılar formalarında xalqımızın adı daxil olmaqla, yalnız bir neçəsi qorunub saxlanılmışdır. Azərbaycan dövlətimizin, Vətənimizin, xalqımızın, dilimizin adıdır. Əslində, Azərbaycan sözü milli dəyərlərimizin siyahısına daxil edilmişdir.
- İlkin mərhələdə cəmi 27 il müstəqil olan bir ölkənin adı dövrümüzə hansı möcüzə ilə gəlib çatdı?
- Ölkənin adının qorunması bir möcüzə deyil, ölkəni yaradan ulu əcdadın sonrakı nəsillərinin əzmkarlıq və heyrətamiz qətiyyətinin, yüksək diplomatik bacarığının nəticəsidir. Ölkənin yaradıcısının davamçıları Atropatidlər sülaləsi adı ilə tarixə düşdülər. Onların şəcərəsini “Makedoniyalı İsgəndər və Atropat” kitabında izləməyə müvəffəq olduq. Maraqlı faktdır ki, onlar ölkələrini yalnız müstəqillik dövründə deyil, həm də ölkənin hər hansı bir imperiyanın tərkibində olduğu şəraitdə idarə edirdilər. Bu sülalə haqqında qədim Yunan və Roma mənbələri məlumat verir. Onlar Ermənistanın idarəsini onlara həvalə edən Roma imperatoru Oktavian Avqust ilə fəal əməkdaşlıq edirdilər. Bu sülalənin nümayəndələrindən biri bu imperator tərəfindən övladlığa qəbul edilmiş və Roma qəbiristanlığında dəfn edilmişdir. Bu sülalənin nümayəndələri Parfiya İmperiyasına da hökmdarlıq edirdilər. Mənbələr Atropatid sülaləsinin son nümayəndəsinin 309-cu ildə Sasani şahı II Şapur tərəfindən öldürüldüyünü qeyd edir. Belə qənaətə gəlmək olar ki, Atropatid sülaləsinin hakimiyyəti 921 il davam etmişdir. Dünya tarixində öz ölkəsində belə bir hökumət təcrübəsi olan bir neçə sülalə mövcud olmuşdur.
- Ölkənin türkəsilli skiflər tərəfindən yaradıldığı aydın olur. Bəs Atropatenanın xalqı necə adlanırdı?
- Antik dövrün müəllifləri (Polibi, Strabon, Plutarx, Ruf Fest Avien) e.ə. III əsrdən eramızın IV əsrinədək, 700 il ərzində ölkə əhalisini “Atropatiyalar, Atropatenalılar, Atropatenlər”, yəni müasir fonetik variantda - “Azərbaycanlılar” adlandırırlar. “Azərbaycan xalqı” və “Azərbaycanlılar” anlayışlarını orta əsrlər ərəb müəllifləri Tabari, Bəlazuri, İbn-Rüstə, İstəxri və s. istifadə edirlər. Azərbaycan xalqının dili ilə bağlı qədim mənbələrdə məlumat yoxdur. Tarixin İslam dövründə ilk dəfə olaraq dilimiz bəzi müəlliflər tərəfindən (Bəlazuri, İbn-Həvqəl) “Azərbaycan dili” adlandırılır. Böyük Biruni (X-XI əsr.) xalqımızın nümayəndələrini “Azərbaycanlılar”, dilimizi isə “Azərbaycan dili” adlandırır. [Xalqımızın və dilimizin guya yalnız XX əsrdə sovet dövründə belə adlandırıldığını iddia edənlərin nəzərinə].
- Qədim dövrdə bizim “Atropatenalılar”, yəni “Azərbaycanlılar” adlandırılmağımızı nümunə gətirirsiniz. Axı, sovet hakimiyyətinin ilk dövründə bizi türk adlandırırdılar.
- Düz deyirsiniz, bizi türk adlandırdılar, həmçinin VII əsrdə ölkəmizə ilk ərəblər daxil olduqda belə. İslam dinini qəbul edəndən sonra əsrlərboyu xalqımız özünü əsasən müsəlman adlandırmışdır. Buna baxmayaraq, biz nəinki ölkənin adı Azərbaycan və azərbaycanlı etnoniminə hörmətlə yanaşmalı, biz onları qorumalıyıq. Artıq XIX əsrdə “Kəşkül” qəzeti xalqımızın azərbaycanlı adlandırılması təşəbbüsü ilə çıxış etmişdir. Lakin bu təşəbbüs susduruldu. Niyə? Çünki Rusiya İmperiyası şəraitində Azərbaycan və azərbaycanlı sözləri qadağan edilmişdir. Bu haqda Əlimərdan bəy Topçubaşov belə yazırdı: “Şərqi Zaqafqaziya Müsəlmanları... doğma vətənlərini öz adı Azərbaycan adı ilə çağırmağa və özlərini Azəri türkü, Azərbaycanlı adlandırmağa cəsarət etmirdilər; türk mənşəli xalq olduqlarını deməyə cürət etmirdilər...” (Bax. A-M b. Topçubaşov, Seçilmiş, IV cild, Bakı, 2015)”. Sovet hakimiyyətinin ilk illərində bizi həqiqətən əvvəlcə türk, daha sonra Azərbaycan türkləri və nəhayət azərbaycanlı adlandırırdılar. Bəziləri guya Stalinin “azərbaycanlı” etnonimi bizə “sırıdığını” iddia edirlər. Stalini, xalqımıza qarşı edilənlər daxil olmaqla, bir çox məsələlərdə günahlandırmaq olar, lakin xalqımızın adını icad etməkdə əsla. Etnonimimizin bu cür mərhələli transformasiyası heç bir ideoloji və ya inzibati təsirin deyil, dirçəlmiş sovet dövlətçiliyi (tamamilə suveren olmasa da) şəraitində etnik identifikasiyanın təbii inkişafının nəticəsidir.
- Yəni, biz türkük, yoxsa azərbaycanlıyıq?
- Onu deyə bilərəm ki, “biz türkük” və “biz azərbaycanlıyıq” anlayışları ətrafında müxtəlif yanaşmalar var. Bu məsələ 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu zamanı hərtərəfli müzakirə olunmuşdur. Mən də, həmçinin bu müzakirələrdə iştirak etmişəm və Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi konstitusiya komissiyasının üzvü olmuşam. Müzakirələrin nəticələri ümumxalq referendumuna təqdim edildi və Konstitusiyamızda təsdiq edildi. Mən bu gün də əvvəl təqdim etdiyim fikirdə qalıram. Bu iki anlayış arasında nəinki ziddiyyət yoxdur, geneoloji bağlılıq mövcuddur. Bu bağlılığın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan adlı dövləti türkəsilli skiflər, yəni quzlar/oğuzlar yaratmışdılar. Azərbaycan adının danılması və yaxud onun yad tutulması dövlətimizi yaradan ulu türkəsilli babalarımızın xatirəsinə xəyanətdir. Axı, biz məhz Azərbaycan adlı dövlətin hüdudları daxilində bir millət olaraq formalaşmışıq. Milliyyətcə biz türk mənşəli azərbaycanlıyıq, necə ki, qazaxlar, özbəklər və onlarla digər milliyyətlər türk mənşəli, italyanlar, fransızlar, ispanlar və portuqallar roman mənşəli, ruslar, ukraynalılar, belaruslar və polyaklar slavyan mənşəli xalqlardır. Xalqımızın türk mənşəli olduğunu inkar etmək böyük bir səhvdir. Azərbaycanlı kimliyimizə məhəl qoyulmaması da, həmçinin böyük səhvdir. Hər iki anlayış bizim üçün eyni dərəcədə doğmadır, yaxındır və minillik tariximizlə sıx bağlıdır. Hər bir insanın həm ata adı, həm öz adı olduğu kimi, xalqlar da eyni cür adlara malikdir. Türk etnonimi xalqımızın atalarının və əcdadlarının adıdır. Azərbaycanlı etnonimi isə bizim, öz dilini, mədəniyyətini və ideologiyasını 27 əsrlik tarixə malik Azərbaycan dövlətçiliyi çərçivəsində formalaşdıran türk xalqının adıdır.
- Atropatena/Adorbayqan adlı ölkənin aqibəti necə oldu?
- Ölkənin yaradıcısı “Arbak çar Madayın” ölümündən sonra yeni hökmdarlar ölkənin müstəqilliyini qoruyub saxlamağı bacarmadılar. Skiflər 594-cü ilin əvvəlində, midiyalıların sui-qəsdi nəticəsində hegemon statuslarını itirdilər, sonra isə keçmiş müttəfiqləri olan Babil və midiyalılar ilə qarşıdurmaları meydana gəldi. Bu qarşıdurmalar nəticəsində, mövcudluğunun 27-ci ilində, yəni 585-ci ildə Atropatena/Adorbayqan müstəqilliyini itirərək Midiya dövlətinin tərkibinə daxil edildi. E.ə. 550-ci ildə Midiya Atropatena ilə birlikdə yeni qurulmuş Fars/Əhəmənilər İmperiyasına daxil edildi.
- İkinci mərhələ, yəni əvvəllər danışdığınız müstəqilliyin dirçəldilməsi nə vaxt və hansı şəraitdə baş verdi?
- E.ə. 331-ci ildə Fars/Əhəmənilər İmperiyası, Midiya və Atropatena ilə birlikdə məğlub edilərək Makedoniyalı İsgəndərin İmperiyasına daxil edildi. Mənbələrdəki məlumatlara əsasən, həmin dövrdə Midiyanın hökmdarı ölkə qurucusunun əcdadın varisi idi ki, o da, həmçinin Atropat/Atorpat/Atarpat titullarını daşıyırdı. Atropat İsgəndərin yanında yüksək etimad qazana bildi, bunun nəticəsində Makedoniya ordusu Midiya ərazisindən geri çəkildi. E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü nəticəsində Atropatın kürəkəni Perdikka onun varisi olduqdan sonra o, Atropatenanı Midiya satrapiyasından/bölgəsindən çıxarmağı və Makedoniya İmperiyası daxilində mənbələrdə “Kiçik Midiya” adı ilə tanınan müstəqil bölgə yaratmağı bacardı. E.ə. 331-ci ildə Perdikkanın ölümündən sonra Atropat Kiçik Midiyanı Makedoniya İmperiyasından çıxardı və orijinal “Atropatena” adı ilə ölkəsinin müstəqilliyini bərpa etdi (bax: Strabon).
- Ölkəmizi yaradan ulu əcdadın adı niyə Suriya mənbəyində var, bizim mənbələrdə yoxdur?
- Məsələ burasındadır ki, “Azərbaycan” adlı ölkənin əcdadının adı Azərbaycan mənbələrində saxlanmışdır. Günah mənbələrimizdə deyil, problem tariximizə dair bilgilərin yetərli qədər qiymətləndirilməməsindədir. Bu əcdadın adı Oğuz xandır. “Azərbaycan” adlı ölkənin məhz Oğuz xan tərəfindən yaradılması barədə XIII əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin məlumat vermişdir. Yuxarıda adı çəkilən skif çarı Madiyin elə Oğuz Xan olması böyük Didro və Dalamber tərəfindən nəşr olunmuş fransız ensiklopediyasında (1783-cü il) qeyd olunur.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  20-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA