Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır

İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır

20.02.2020 [12:43]

İranın dövlət xəbər agentliyi olan İRNA Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələr barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 45 dəqiqəlik debatı iki ölkənin rəsmiləri ilə yanaşı, ayrı-ayrı ölkələrdən olan ekspertlərin də salonda izlədikləri qeyd olunub.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğuna diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”. Dövlət başçısı bildirib ki, Ermənistanın Azərbaycan ərazisinin işğalına son qoyması üçün beynəlxalq ictimaiyyət Yerevana ciddi təzyiq göstərməlidir. Prezident İlham Əliyev Dağlıq Qarabağın münaqişə tərəfi kimi göstərilməsinə etirazını bildirib. O deyib ki, münaqişənin tərəfləri Ermənistanla Azərbaycandır. Maraqlı tərəflər isə bölgənin erməni və azərbaycanlı icmalarıdır. Bu, ATƏT-in münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik edən Minsk qrupunun sənədlərində də əks olunub.

Problemin sülh yolu ilə həllinə gəlincə, Prezident İlham Əliyev bunun mərhələli şəkildə baş verməli olduğunu söyləyib. Əvvəlcə Ermənistan hərbçiləri bölgədən çıxarılmalı, daha sonra Dağlıq Qarabağ bölgəsinin statusu müəyyənləşdirilə bilər.
Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Nikol Paşinyanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini səhv şərh etməkdə günahlandırıb. O xatırladıb ki, həmin qətnamələrdə erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Söhbət BMT Təhlükəsizlik Şurasının problemlə bağlı hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrdən gedir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs olunub.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30