Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

21.02.2020 [09:38]

Vüqar Novruzov: Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərib
Fevralın 19-da Naftalan şəhərinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilib. İclasda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İclasda geniş məruzə ilə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ötən ilin şəhər üçün uğurlarla yadda qaldığını bildirib. “Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərib, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunub”, - deyən Vüqar Novruzov əlavə edib ki, Naftalan kurort şəhərinin hərtərəfli inkişafında əldə olunan nailiyyətlər cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. Natiq həmçinin Naftalanda həm turizmin inkişafı sahəsində, həm də ümumilikdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.
Hesabat məruzəsi ətrafında Naftalan şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdir əvəzi Eyvaz Nəcəfov və sahibkar İlqar Hüseynov çıxış ediblər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.
NADİR

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30