Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır

Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır

25.02.2020 [09:35]

Cənubi Koreyanın kütləvi informasiya vasitələrində, o cümlədən “The Korea Post”, “The Seoul Times”, “The Korea Times” qəzetlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin motoatıcı alayı ilə birgə Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdiyi bildirilib. Qeyd olunub ki, Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, yüzlərlə insan əsir və girov götürülüb, itkin düşüb, şəhər yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb.

Xocalı soyqırımının iştirakçıları mülki şəxslərə qarşı törətdikləri cinayətkar əməllərini etiraf ediblər. Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldırmazlar. Amma biz bu stereotipi sındıra bildik” fikri məqalələrdə əksini tapıb.

Qeyd olunub ki, həmin günlərdə “Sunday Times”, “Financial Times”, “Times”, “İzvestiya”, “Le Monde”, “Crual L Eveneman” kimi nəşrlər Xocalıda törədilən qanlı hadisələr barədə məqalələr dərc ediblər.
Cənubi Koreya qəzetlərinin məqalələrində Xocalıda baş verənlərin müvafiq beynəlxalq sənədlərə əsasən soyqırımı aktı olduğu, Xocalı faciəsinin Holokost, Xatın, Lidisa, Oradur, Srebrenitsa soyqırımından heç bir fərqinin olmadığı vurğulanıb.

Məqalələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlərdən geniş söz açılıb. Bildirilib ki, kampaniya nəticəsində dünya ictimaiyyətində Xocalıda beynəlxalq humanitar hüququn və insan haqlarının pozulduğuna dair qlobal məlumatlılıq artıb, bir neçə beynəlxalq təşkilat, bəzi ölkələrin parlamentləri və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib.

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30