Ana səhifə »  Xəbər lenti »  Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
A+   Yenilə  A-
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir

Azərbaycan və İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təbii ki, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada ölkələrimiz siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir.

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması müstəsna əhəmiyyətə malikdir. Bir tərəfdən Birgə Bəyannamə Azərbaycanın xarici ölkələrlə bu adda imzaladığı ilk sənəddir, digər tərəfdən bu mühüm sənədin imzalanması bir daha onu göstərir ki, Azərbaycanla İtaliya arasında münasibətlərin sferası ildən-ilə genişlənir. Tərəflər bir-birini çox gözəl anlayır və başa düşürlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Tofiq Abbasov söyləyib.

Politoloq qeyd edib ki, Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən mühüm sənəddir. Bu sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması onun siyasi yükünü daha da artırır.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin 6 milyard dollardan artıq olduğunu diqqətə çatdıran T.Abbasov deyib: “Diqqətlə fikir versək görərik ki, İtaliya-Azərbaycan münasibətləri son iki ildə yeni inkişaf müstəvisinə qədəm qoyub. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, İtaliyanın Azərbaycana göstərdiyi əhəmiyyətin bariz nümunəsidir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi ilk rəsmi səfəri qeyd etmək yerinə düşər. Bu səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan verib və səfər zamanı əldə edilən bütün razılaşmalar ardıcıl olaraq həyata keçirilib. Azərbaycana səfəri zamanı İtaliya Prezidenti “SOCAR Polymer” zavodunun açılışında çıxış etdi. İtaliya texnologiya cəhətdən yüksək inkişaf etmiş ölkədir və Azərbaycandan nə gözlədiyini bilir. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verir”.
Politoloq deyib ki, neft və qaz sahəsində ikitərəfli münasibətlərin inkişafı sayəsində ölkəmizdə yüksək səviyyəli peşəkar mütəxəssislər yetişir, həm də yeni texnologiyalar tətbiq olunur, eləcə də xammal istehsalı ixracatın artmasına səbəb olur. Bir sözlə, Avropanın üçüncü iqtisadiyyatı sayılan İtaliya ilə Azərbaycanın əlaqələri Azərbaycan Prezidentinin Romaya rəsmi səfəri ilə özünün yeni şəklini aldı. İmzalanmış sənədlər onu göstərir ki, Azərbaycan-İtaliya münasibətləri yeni müstəviyə qədəm qoyub. Azərbaycan Prezidentinin İtaliyaya səfəri çərçivəsində ümumilikdə 28 sənəd imzalanıb ki, bunlar siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir.

Politoloq bildirib ki, Azərbaycanda mövcud olan sabitlik ölkələrimiz arasında münasibətlərin genişlənməsinə imkan verir. Azərbaycan regionda lider olmaqla yanaşı, həm də açar dövlətdir. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizində mühüm yer tutur və bu baxımdan bizim alternativimiz yoxdur. İtaliya Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrinə çıxmaq və bu regionda nüfuzunu möhkəmlətmək istəyir.

Azərbaycanın İtaliya ilə genişmiqyaslı əməkdaşlığa hazır olduğunu və bu əməkdaşlıqda qarşılıqlı etimadın böyük rol oynadığını diqqətə çatdıran T.Abbasov deyib: “İtaliya “Böyük Yeddiliyin” üzvüdür, Avropada elm və texnologiya sahəsində yüksək inkişaf etmiş ölkədir. İtaliya ölkəmizə çox böyük dəstək göstərir. Azərbaycan da öz növbəsində, bir çox sahələrdə vacib addımlar atmağı bacarıb. Bu, təbii ki, İlham Əliyev diplomatiyasının uğurudur. Bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, tərəfdaşlığın və ikitərəfli münasibətlərin inkişafında birbaşa hər iki ölkənin başçıları moderatorluq edirlər. İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana çox xoş münasibət göstərir”.

Politoloq qeyd edib ki, son illərdə iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi qeyd edə bilərik ki, 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunub. Son illərdə İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayı artaraq 1500-ə çatıb. Bu, bir daha onu göstərir ki, dövlət başçıları, siyasi elitanın nümayəndələri bir-birinə daha sıx yaxınlaşırlar.

T.Abbasov vurğulayıb ki, tərəfləri bir-birinə bağlayan tellərin güclü olması mütləqdir. İtaliya biznesi son dərəcə çevikdir. İstər Avropada, istər yeddilik formatında bu strateji əməkdaşlıq yüksək qiymətləndirilir. Azərbaycanda 100-dən artıq italyan şirkətinin fəaliyyət göstərməsi də bunu sübut gedir. Politoloq deyib: “Dövlətimizin başçısı çalışır ki, ölkədə qeyri-neft sektoru inkişaf etsin. İtaliya ilə münasibətlərin inkişafı bizə imkan verəcək ki, onların təcrübəsindən istifadə edək. Əməkdaşlıq yeni sahələrin inkişafına təkan verəcək. Bunlardan tibb, elm və texnologiya sahələrini xüsusilə qeyd etmək yerinə düşər. İtalyanlar həm də mental baxımdan bizə yaxın xalqdır. Bunun da üstün cəhətləri var”.

Azərbaycan və İtaliya arasında imzalanan bəyannamənin strateji əhəmiyyəti bir də ondan ibarətdir ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz qəbul edir. Bu mənada, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qəbul etdiyinə görə İtaliya bizim yaxşı tərəfdaşımızdır. İtaliya həm də ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. İtaliyanın bu təşkilatda və bizim tərəfimizdə olması çox vacibdir”.

T.Abbasov diqqətə çatdırıb ki, Azərbaycanın həyata keçirdiyi siyasət çox praqmatik və məqsədyönlü siyasətdir. Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkəmiz Ermənistanın məkrli, dünyanı özlərinə acındırmaq siyasətinin qarşısını ala bildi. Dövlətimizin də, xalqımızın da ən böyük və ümdə arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan Prezidentinin uzaqgörən və məntiqi siyasəti nəticəsində biz buna nail olacağıq.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  25-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 21:27
Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb
09 Aprel 20:10
Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur
09 Aprel 19:40
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09 Aprel 19:14
Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”i qeyri-qanuni hesab edir
09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA