Ana səhifə »  Xəbər lenti »  Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
A+   Yenilə  A-
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır

“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İB-nin sədri, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İB-nin İH-nin üzvü Ceyhun Ələkbərov
- Ceyhun müəllim, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 28 il ötür. Ölkə miqyasında və respublikaımızın hüdudlarından kənarda soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu qanlı terror aktı nəticəsində qətlə yetirilmiş insanların xatirəsi yad edilir. Ümumiyyətlə, Xocalı soyqırımı ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti tərəfindən görülən işlərin əhəmiyyəti və nəticələri nədən ibarətdir?

- Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etməsi, dinc əhaliyə qarşı soyqırımı həyata keçirməsi bu ölkənin Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin davamı idi. Ümumiyyətlə, Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır. Çünki insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. Mən Xocalı sakini olaraq bu faciənin şahidiyəm. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Göründüyü kimi, bu soyqırımı erməni vandalizminin növbəti nümunəsidir.

Azərbaycan dövləti Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində sistemli və genişmiqyaslı iş aparır. Bu siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Məlumdur ki, 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunub. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası da Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımı ilə əlaqədar reallıqların dünya ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Kampaniya çərçivəsində Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Bütün bunların qanunauyğun nəticəsidir ki, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq olunub. ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları isə Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

- Ermənistanın Xocalı soyqırımı ilə əlaqədar antitəbliğat kampaniyası və dezinformasiya siyasətinin, eləcə də erməni yalanlarının ifşası istiqamətində görülən işləri necə qiymətləndirmək olar?

- Ermənistan dövləti və erməni lobbisi tarixi faktları təhrif edərək dünya ictimaiyyətini aldatmağa, işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrini ört-basdır etməyə çalışırlar. Amma yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli və kompleks xarakterli tədbirlər nəticəsində erməni yalanları ifşa olunur, qarayaxma kampaniyası iflasa uğradılır. Elə bu yaxınlarda 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş panel müzakirələri zamanı Nikol Paşinyana tarix və hüquq dərsi keçən Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. Dövlətimizin başçısı “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”,-deyə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Ümumiyyətlə, erməni siyasətçiləri və ideoloqları Xocalı soyqırımı ilə bağlı reallıqları zaman-zaman dilə gətirir, faciənin Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini etiraf edirlər. Biz bunu işğalçı ölkənin keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın müsahibələrində də şahidi olmuşuq.

- Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının üzərinə hansı vəzifələr düşür?

- Əvvəla qeyd edim ki, bu istiqamətdə böyük və genişmiqyaslı işə məhz “Xocalıya ədalət” kampaniyası ilə start verilib. Vətəndaş cəmiyyəti təsisatları da bu kampaniyaya dəstək verir, fəal təəşəbbüslərlə çıxış edirlər. Rəhbərlik etdiyim “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi də Belçika, Almaniya, Polşa və digər bir sıra Avropa ölkələrində kampaniya çərçivəsində əhəmiyyətli tədbirlər təşkil edib, kitablar nəşr etdirib. Eyni zamanda, Almaniya, İsveç kimi ölkələrin parlamentlərində görüşlər keçirilib, dinləmələr təşkil olunub. Hesab edirəm ki, bütün bunlar soyqırımı həqiqətlərinin tanıdılması baxımından ümumi işə töhfədir.

Ümumiyyətlə, bu prosesə hər bir azərbaycanlı öz dəstəyini verməlidir, çünki bu, ümummilli məsələdir.

- Fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirildi. Bu tədbirin əhəmiyyəti ilə əlaqədar nə deyə bilərsiniz?

- Təbii ki, belə təşəbbüslərin Azərbaycan reallıqlarının, o cümlədən Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyəti var. Ümumavropa Qarabağ mitinqi ciddi əks-səda doğurdu, dünyaya mühüm ismarıc verildi. Bununla yanaşı, maarifləndirici tədbirlərin də davam etdirilməsi zəruridir. Çünki bu, olduqca effektiv vasitədir, mühüm nəticələr verir.

- Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə, o cümlədən Xocalıdan olan soydaşlarımıza diqqət və qayğısı barədə fikirləriniz nədən ibarətdir?

- Ümumiyyətlə, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət göstərilir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə, torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşılması ayrıca vurğulanmalıdır. Eyni zamanda, Xocalıdan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat və ehtiyaclarının ödənilməsi istiqamətində çox əhəmiyyətli işlər görülür. Mən Xocalıdan olan bir vətəndaş və “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri kimi bunun bilavasitə şahidiyəm. Bütövlükdə, Azərbaycan dövlətinin və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin bu cür münasibəti, diqqət və qayğısı təqdirəlayiqdir, olduqca yüksək qiymətləndirilir.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  25-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 21:27
Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb
09 Aprel 20:10
Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur
09 Aprel 19:40
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09 Aprel 19:14
Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”i qeyri-qanuni hesab edir
09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA