Ana səhifə »  Xəbər lenti »  Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
A+   Yenilə  A-
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, xarici ölkələrin Moskvada akkreditə edilmiş səfirləri Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini anmağa gəliblər.

Xatirə gecəsini açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xatırladıb ki, 28 il əvvəl – 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Qarabağda Azərbaycan şəhərinə - Xocalıya hücum ediblər. Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib. Ölümdən qurtulmaq istəyən yerli sakinlər qarlı dağlara üz tutublar, yolda silahsız insanları erməni silahlı dəstələri gülləbaran ediblər. Səfir deyib: “Qurbanların həqiqi sayı heç kəsə məlum deyil. Şəksiz ki, onların həqiqi sayı rəsmi mənbələrdə gətirilən rəqəmlərdən xeyli çoxdur. Amma elə bu rəqəmlər də insanı dəhşətə gətirir. Bir düşünün, 613 insan bir neçə saat ərzində qətlə yetirilib, 487 adam əlilə çevrilib, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülüb, 150 insanın taleyi indiyədək məlum deyil. Bu, xüsusi amansızlıqla törədilmiş əsl soyqırımı idi. Qurbanların çoxu diri-diri yandırılıb, kiminin başını kəsiblər, kiminin gözlərini çıxarıblar, kiminin də qulaqlarını kəsiblər, hamilə qadınların bədənlərində təhqir izləri aşkar edilib”.

Diplomat qeyd edib ki, xalqımızın tarixinin bu faciəli səhifəsini unutmaq, bağlamaq, çevirmək mümkün deyil. “Bu yaxınlarda Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş xalqımızın Azərbaycanın qanuni maraqlarını sonunadək müdafiə etmək qətiyyətini bir daha əyani nümayiş etdirdi. Cənab Prezident Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə bir sıra təkzibedilməz faktlar gətirdi və öz tezisini tarixi məlumatlarla, habelə beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin ölkəmizin ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə çoxsaylı istinadlarla möhkəmləndirdi”, - deyə P.Bülbüloğlu vurğulayıb.

Səfirin sözlərinə görə, cinayətkarların adbaad məlum olmasına, onların praktiki olaraq bu cinayəti etiraf etmələrinə baxmayaraq, dünya ictimaiyyətinin gözü qarşısında törədilmiş bu soyqırımı aktına görə indiyədək heç kəs məsuliyyət daşımayıb.

Səfir deyib: “Biz tarixin təkərini geri döndərə bilmərik, həlak olanları geri qaytara bilmərik, lakin biz belə bir faciənin təkrarlanmaması üçün Xocalıda baş verənlər barədə həqiqəti dünyaya çatdıra bilərik və bunu etməyə borcluyuq. Məhz bu məqsədlə Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda “Xocalıya ədalət!” hərəkatı yaranıb və bu hərəkat dünya miqyasında yüz minlərlə gənci bir araya gətirib. Onlar öz missiyasını Xocalı soyqırımı haqqında həqiqətləri müxtəlif ölkələrin vətəndaşlarına çatdırmaqda görürlər”.

Tədbirdə yazıçı Günel Anarqızının və şairə Leyla Bəyimin “Haray” kitabının təqdimatı olub. Kitaba Günel Anarqızının “Qarabağ hekayələri” və Leyla Bəyimin “Qarabağ şikəstəsi” poeması daxil edilib.

Günel Anarqızı çıxışında qeyd edib ki, bu günlərdə Leyla Bəyimlə birlikdə İsraildən qayıdıb. Orada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsi və “Haray” kitabının təqdimatı olub. G.Anarqızı Qarabağa sonuncu səfərini xatırlayaraq deyib: “Atam çəkiliş qrupu ilə birlikdə dahi Üzeyir Hacıbəyli haqqında film çəkəndə mənim 8 yaşım vardı. Çəkilişlər Üzeyir bəyin Şuşadakı evində aparılırdı. Mən Üzeyir bəyin bacısı rolunda çəkilirdim. Hər dəfə bu filmə baxanda bizim qayğısız təbəssümümüzü xatırlayıram və gözümün qarşısında Şuşa, qayıda bilmədiyimiz o torpaq canlanır”.

Tədbirdə Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndiricisi Sergey Markov, politoloq, hərbi ekspert İqor Korotçenko, hüquq elmləri doktoru, professor Tofiq Qəndilov çıxış ediblər, şairə Leyla Bəyim “Qarabağ şikəstəsi” romanından parça oxuyub.

Gecədə Xalq artisti Fəxrəddin Manafovun ifasında Günel Anarqızının “Ataya məktub” hekayəsinin videoyazısı nümayiş etdirilib.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  26-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA