Ana səhifə »  Xəbər lenti »  "Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
A+   Yenilə  A-
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib

Holon Texnologiya İnstitutu, “İsraildə Azərbaycan Evi” və Heydər Əliyev Fondu "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalıda soyqırımı aktının 28-ci ildönümü günündə "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda birgə elmi-praktik konfrans keçiriblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş tədbirdə və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sənədli fotosərgidə İsrailin siyasi partiyalarının nümayəndələri, o cümlədən Qüdsün sabiq meri, hakim "Likud" Partiyasından deputat Nir Barkat və deputat Keti Şitrit, "İsrail Bizim Evimizdir" Partiyasından deputatlar Yevgeni Sova və Mark İfraimov, habelə Holon şəhəri merinin müavini Mixail Sutovski, Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq doktoru, ravvin Mixael Finkel, Xolon Texnologiya İnstitutunun tələbə və müəllim heyəti, israilli jurnalistlər, əslən Azərbaycandan olan çoxsaylı icmanın üzvləri iştirak edib.

Konfransda Azərbaycanı Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə təmsil edib.

Tədbir iştirakçıları İsrailin və Azərbaycanın dövlət himnlərinin sədaları altında Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar. "Xocalıya ədalət!" sənədli fotosərgisi tədbir iştirakçılarının çoxuna faciəli hadisələri - nasist Almaniyasının yəhudi xalqına qarşı törətdiyi Holokostun dəhşətli mənzərələrini xatırladıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Xocalı soyqırımı ilə bağlı dərin kədərini ifadə edib. O ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad ediləcək və bir milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına qayıdacaq.

A.Qut deyib: “Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərik oluruq. Holokostu yaşamış bir xalq kimi, biz Azərbaycan xalqının diləklərini və ağrısını gözəl başa düşürük. Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını 28 ildən çoxdur davam etdirir. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması hamıya bəlli faktdır. Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalı soyqırımını yaşamış insanlarla dəfələrlə görüşmüşəm.

İnanın ki, onlar ermənilərin qəddarlığı və vəhşiliyi haqqında elə qorxunc şeylər danışıblar, bunlar barədə yazmaq da, danışmaq da olduqca ağırdır. Dəhşətli fevral gecəsində Xocalıda baş verənlər sənədli videomateriallarla, şahidlərin, o tükürpərdici mənzərəni öz gözü ilə görmüş xarici jurnalistlərin və ekspertlərin ifadələri ilə təsdiqlənir. Xocalının mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bütün bu tarixi faktlar Xocalı soyqırımının dəhşətləri barədə atamla birlikdə yazdığım "Ağrı" bədii-sənədli romanında öz əksini tapıb”.

Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Biz bir neçə ay əvvəl Arye Qutla Bakıda görüşdük və belə razılığa gəldik ki, institutumuzda Azərbaycan Günü təşkil edək. Bu gün biz sizinləyik. Əslən Azərbaycandan olan yəhudilərin uğurlu icması, məhsuldar fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi” ölkəmizdə Azərbaycanın müsbət imicini formalaşdırır. Bu istedadlı, ağıllı və savadlı insanlar israillilərə bu qeyri-adi gözəl xalqdan danışaraq qısa müddətdə onların gözündə Azərbaycanın müsbət obrazını yaratdılar. Bizə tolerant və multikultural Azərbaycan xalqından, yəhudi xalqının Azərbaycanda təqiblərə, təhqirlərə, həqarətlərə, talanlara və antisemit fəaliyyətə heç vaxt məruz qalmamasından məhz onlar danışdılar. Azərbaycan əsilli israillilər artıq uzun illərdir Azərbaycan ilə İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edirlər. ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: “Öz gələcəyini qabaqcadan görməyin ən yaxşı üsulu bu gələcəyi özünün yaratmağındır!”. Gəlin bu xoşbəxt gələcək üçün – bizim üçün, gözəl gənclərimiz üçün əl-ələ verib bir yerdə çalışaq. Biz xoşbəxt gələcək üçün çox şey edə bilərik və etməliyik! Mən qardaş Azərbaycan xalqına sülh, tərəqqi və müstəqil Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətində uğurlar arzu etmək istəyirəm”.

Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə bildirib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər adətən diplomatiya və ticarət çərçivəsindən çox kənara çıxır. “Azərbaycanda yəhudilərin tarixi antik dövrlərə, Assur çarları dövrünə gedib çıxır. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanda yəhudi diasporu dünyada ilk diasporlardan biridir. Belə bir fakt da vurğulanmalıdır ki, başqa ölkələrin çoxundan, o cümlədən monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm təzahürü qeydə alınmayıb. Əksinə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda bu gün 20 minlik yəhudi icması yaşayır, 8 sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondu bu yaxınlarda İsmayıllı rayonunun Müci kəndində çoxəsrlik tarixi olan yəhudi qəbiristanını bərpa edib. Bundan əlavə, müqəddəs Tövrat ilk dəfə Azərbaycan dilinə tərcümə olunub”.

Heydər Əliyev Fondunun nümayəndəsi elmi-praktik konfransın iştirakçılarını “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti barədə ətraflı məlumatlandıraraq deyib: “Bu beynəlxalq informasiya kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Kampaniya Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf 7 rayonundan qeyd-şərtsiz çıxarılmasının zəruriliyi barədə beynəlxalq birliyin məlumatlılıq səviyyəsini artırmağa xidmət edir. Onun əsas məqsədi soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq onların xatirəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək, salamat qalanları dəstəkləmək və onların əzablarını yüngülləşdirməyin çarəsini axtarıb tapmaqdır”,- deyə C.Məmmədzadə fikrini tamamlayıb.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş 10 dəqiqəlik “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Qüdsün keçmiş meri, deputat Nir Barkad Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsinə görə Holon Texnologiya İnstitutuna, “İsraildə Azərbaycan Evi”nə və Heydər Əliyev Fonduna təşəkkür edərək deyib: “Mən yaxşı bilirəm ki, ölkələrimiz strateji tərəfdaşlığı inkişaf etdirərək yüksək səviyyəyə qaldırırlar. Bizim Baş Nazirlə Azərbaycan Prezidenti tez-tez beynəlxalq platformalarda görüşürlər. Biz strateji əməkdaşlığımızı möhkəmləndirmək, dərinləşdirmək və inkişaf etdirmək üçün mümkün olan hər şeyi etməliyik”.

“İsrail Bizim Evimizdir” Partiyasından deputat Yevgeni Sova Xocalıda baş verənlərlə əlaqədar dərindən kədərləndiyini bildirib. O, İsrail-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyəti üzərində ətraflı dayanaraq bildirib ki, İsrail Azərbaycanı Cənubi Qafqazda mühüm strateji müttəfiq və regionda fəal geosiyasi aktor kimi nəzərdən keçirir. “Əgər desəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından biri İsrail tərəfindən məhz Aviqdor Liberman olub, elə bir böyük sirr açmaram. Məhz “İsrail Bizim Evimizdir” Partiyasının liderinin xarici siyasət konsepsiyası İsrailin xarici siyasət strategiyasında Azərbaycanı postsovet məkanının sadə ölkəsindən İsrail Dövlətinin strateji tərəfdaşına çevirib. Regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini məhz Aviqdor Liberman başa düşüb”, - deyə Y.Sova vurğulayıb.

Holon şəhəri merinin müavini, bakılı Mixail Sutovski də Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək deyib: “Bu gün bizə 613 insanın – uşaqların, qadınların və qocaların həyatına son qoymuş Xocalı faciəsinin qurbanlarının xatirəsini anmaq şərəfi nəsib olub. Onları gecənin bir aləmində, aman vermədən vəhşicəsinə və soyuqqanlılıqla qətlə yetiriblər. Bu insanları zorla Həyat kitabından siliblər. Amma Xocalı qurbanları bu faciə ilə barışmaq istəməyən və barışmayan insanların yaddaşına həkk olunub. Biz hər il erməni terrorunun qurbanlarını xatırlayırıq. Bu gün bura insan həyatına dəyər verənlər, bu cür dəhşətli hadisələri unutmayanlar və buna bənzər faciələrin təkrarlanmaması üçün əlindən gələni etməyə çalışanlar toplaşıblar”.

Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin Azərbaycanın İsrail üçün strateji əhəmiyyəti üzərində dayanaraq deyib: “İsrail Dövləti ilə Azərbaycanın çox etibarlı dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri hazırda dünyanın bir çox ölkələri üçün həqiqi və ideal modeldir. Bu ölkələr ən çətin vaxtlarda həmişə bir yerdə olublar, həmişə bir-birinə dəstək göstəriblər. Möhkəm münasibətlərin əsas səbəblərindən biri insanlar arasında körpü amilidir, uzun əsrlər boyu Azərbaycan ərazisində yaşayan azərbaycanlılarla yəhudilərin sarsılmaz qardaşlıq və dostluq münasibətləridir. Azərbaycan tarixinin XX əsrin 90-cı illərinin əvvəlinə aid qanlı səhifələrini, eləcə də multikulturalizm və tolerantlıq məsələlərini müzakirə etdiyimiz bugünkü konfrans göstərir ki, “İsraildə Azərbaycan Evi” Azərbaycanın maraqlarını İsraildə layiqincə və ən yüksək səviyyədə təmsil edir. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan əsilli İsrail vətəndaşları Vətəndə, Azərbaycanda baş verənləri diqqətlə izləyir və onun təəssübünü çəkirlər. Bu, unikal hadisədir.

Bu da bir faktdır ki, İsrail məhz ölkəmizdə Azərbaycanın fəal lobbiçiləri sayəsində onun ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır”.

Ehtiyatda olan polkovnik, hazırda İsrail vətəndaşı, Xocalıda dəhşətli soyqırımı aktının canlı şahidi Əsəd Fərəcovun çıxışı hamını mütəəssir edib. “Biz hadisələrdən 2-3 gün sonra o dəhşətli çölə gəldik. Erməni vəhşiliklərinin nəticələri fonunda çəkildiyim foto var. Xocalının həlak olmuş sakinlərinin təhqir edilmiş meyitləri indiyədək gözümün önündədir. Bu çöl Xocalının 17-20 kilometrliyində yerləşir. Bu dəhşətli mənzərəni – qətlə yetirilmiş, eybəcər və tanınmaz vəziyyətə salınmış, zorlanmış qadınları, yandırılmış insanları, kəsilmiş başları, qulaqları, uşaqların və qocaların soyulmuş baş dərilərini, deşilmiş başlarını görəndən sonra başa düşdük ki, Xocalı soyqırımı haqqında bu dəhşətli həqiqəti dünyaya çatdırmaq üçün bura jurnalistlər gətirilməlidir. İçərisində jurnalistlər olan ikinci helikopter uçanda ermənilər düşünürdülər ki, biz xocalılıların meyitlərini toplamağa gəlmişik. Mərhum Çingiz Mustafayev yanımda idi. O, hönkür-hönkür ağlayaraq gördüklərini videoya çəkirdi. Siz bu kadrlarda mənim ona “Bunu da çək, bunu da çək” deyərkən səsimi də eşidə bilərsiniz. Əgər ermənilər bilsəydilər ki, biz Fransa, Türkiyə və Rusiya jurnalistlərinin bir qrupunu gətirmişik, onda bu helikopteri vurardılar”, - Ə.Fərəcov vurğulayıb.

“İsraildə Azərbaycan Evi”nin başçısı Şirin Nehamiya Mixaeli İsrailin Azərbaycan icması və Azərbaycan Respublikası ilə sədaqətli və həqiqi dostluğuna görə Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubova təşəkkür edərək deyib: “Mən Azərbaycan xalqının dağ yəhudisi mənşəli oğluyam və bəyan edirəm ki, 1992-ci ildə şahidi olduğumuz vəhşilikləri heç vaxt unutmayacağıq. Gün o gün olsun ki, mən və yaxın dostlarım Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etsinlər. Biz, Azərbaycan əsilli dağ yəhudiləri fəxr edirik ki, daşnak işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Albert Aqarunov olub. Onun qəhrəmanlığı Azərbaycan və yəhudi xalqlarının igidliyini nümayiş etdirdi. Albertin yanında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən çoxlu yəhudi olub. Onların arasında itkin düşənlər də var. Mənim yaxın qohumum Vüqar Mixaylov onlardan biridir. Hazırda Mixaylovlar ailəsinin üzvləri İsrailin müxtəlif şəhərlərində yaşayırlar. Vüqarın anası, böyük qardaşı və bacısı ümid edirlər ki, 28 il erməni əsirliyində keçirdikdən sonra Vüqarla yenidən görüşə biləcəklər”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, ravvin Mixael Finkel Azərbaycan xalqına başsağlığı verərək deyib: “Biz dinc əhaliyə qarşı zorakılığın və amansızlığın hər hansı formasını həmişə pisləmişik və bundan sonra da pisləyəcəyik. Xocalı haqqında sənədli sərgidə nümayiş etdirilən bu qorxunc fotolar erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı qanlı qırğının xüsusi amansızlıq və zorakılıqla törədildiyini təsdiq edir.

Biz Holokostu yaşamış bir xalq kimi, Xocalının dinc azərbaycanlı sakinlərinə münasibətdə bu barbar metodları və insaniyyətdən uzaq münasibəti pisləyirik. Mən Xocalı soyqırımının qurbanlarının xatirəsinə yəhudilərin “Kadiş” duasını oxumaq istəyirəm”, - deyə ravvin Mixael Finkel Xocalı soyqırımı qurbanlarının dua oxuyub.

Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut konfransı yekunlaşdıraraq vurğulayıb ki, Xocalı soyqırımının təşkilatçıları, ideoloqları və ruhlandırıcıları, təəssüf ki, hələ də ədalət mühakiməsindən və məhkəməsindən yaxa qurtara bilirlər. Bu səbəbdən Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları həbsxanada yatmaq əvəzinə prezident, nazir olur, onları qəbul edir və xarici ordenlərlə təltif edirlər. Lakin azərbaycanlılar tərəfindən cəzalandırılacaqları qorxusu onları bir an belə tərk etmir. Biz həlak olanlara görə dərin kədər hissi keçirir, onların xatirəsini əziz tutur, qisas deyil, ədalət tələb edirik. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq informasiya kampaniyası “Xocalıya ədalət!” adlanır. Yəni kampaniyanın əsas məqsədi ədalətə nail olmaq, Xocalıda hərbi cinayətlərdə, bəşəriyyət əleyhinə cinayətlərdə və kütləvi qətllərdə günahkar olanları məsuliyyətə cəlb etməkdir.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  27-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA