Ana səhifə »  Xəbər lenti »  İNGİLİS ƏDƏBİYYATININ YORULMAZ TƏDQİQATÇISI
A+   Yenilə  A-
İNGİLİS ƏDƏBİYYATININ YORULMAZ TƏDQİQATÇISI

Həyatının 50 ildən çox müddətini Azərbaycan Dövlət Dillər Universitetində (1967-1975) və Bakı Dövlət Universitetində (1975-2020) dərs deməyə sərf etmiş Qabil Əhmədov həm də ingilis ədəbiyyatının yorulmaz tədqiqatçısı kimi tanınır. Xatırladaq ki, ixtisasca ingilis dili müəllimi olan Q.Əhmədov öz namizədlik işini 1992-ci ildə, doktorluq dissertasiyasını isə yaxın dövrdə müdafiə edib, həmin axtarışları monoqrafik kitablar şəklində “Russkaya kritika o romanax Djona Pristli Rannix i voyennıx let” (1994) və “Artur Konan Doylun detektiv yaradıcılığının kompleks tədqiqi” (2016) başlıqları altında çap etdirib. Həmin elmi işlərin hər birinə bu alim ən azı on il vaxt sərf etmişdir. Onlar barədə bir qədər təfərrüata varmaq, söz yox ki, yerinə düşərdi.
İlkin olaraq Con Pristlinin (1894-1984) qələmindən çıxan otuz romanın hamısını araşdırmaq niyyətində olan Qabil müəllim onların Moskvanın Mərkəzi Kitabxanasındakı qalın cildlərinin fotosurətlərinə aid lentləri əldə edib, Bakıya gətirir. Onlardan yalnız bəziləri rus dilinə tərcümə edildiyindən elə bunları da tədqiqatçı uşaqların diafilmlərə baxdıqları xırdaca proyektorun köməyi ilə oxumağa başlayır. Lakin onun ingilis dilini bilməyən, amma çox qayğıkeş alim olan elmi rəhbəri professor Bayram Tahirbəyov digər aspirantların yalnız bircə romanı araşdırmaları səbəbindən bu dərəcədə ağır intellektual yükün altına girməməyi öz yetirməsinə məsləhət görür.
Moskvada olarkən bu ingilis yazıçısının çoxsaylı dramlarını işləmiş Albina Şitik gənc tədqiqatçıya bildirmişdi ki, C.Pristlinin oğlunun təyyarəsi 1951-ci ildə Koreya müharibəsi zamanı sovet ordusu tərəfindən vurulduqda övladını itirən yazıçı əsərlərinin yönümünü dəyişərək mürtəce istiqamət götürmüş və sosialist cəbhəsi ölkələrində çap olunmaq imkanını itirmişdi. Bunu biləndən sonra azərbaycanlı aspirant N.K.Krupskaya adına Moskva Pedaqoji İnstitutunun aparıcı qərbşünası Nadejda Mixalskayanın tövsiyəsi ilə mövzusunun adını dəyişdirib, “Con Pristlinin erkən və müharibə dövrü romanları” qoyur. Lakin Tbilisi Dövlət Universitetinin Qərbi Avropa dilləri fakültəsinin müdafiə şurasının sədri almanşünas Nodar Mifodiyeviç Kakabidze onun qarşısında əngəl törədəndə Qabil müəllim öz dissertasiyasının adını ikinci dəfə dəyişmiş və yuxarıda göstərilən ada uyğun şəkildə mətndə fundamental dəyişikliklər etmiş, elmi işini bu dəfə Bakıdakı M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna təqdim etmişdir.
Öz namizədlik işində Q.Əmədovun tədqiq etdiyi romanlar bunlardır: “Ay işığı altında qalan Adəm” (1927), “Qaranlıq ev” (1928), “Səyyar teatr” (1929), “Məlaikə küçəsi” (1931), “Əfsanəvi qəhrəman” (1934), “Pis gündə xalq nəğmə deyir” (1939), “Qretli şəhəri qaranlıqla qorunur” (1942), “Təyyarə qayıranlar günəşi şənbə vaxtı görürlər” (1943) və “Təzə kostyumlu üç keçmiş əsgər” (1945). Onlardan heç biri, təəssüf ki, dilimizə tərcümə edilməmişdir. Rusiyada isə bunlardan bir neçəsini çevirmişlər. Odur ki, tədqiqatçının köməyinə üç dildə olan bilikləri çatmışdır.
Həm yüngül qadınların cinayətə sövq etdirdikləri Adəm (“Adam in Moonshine”, 1927), həm ömrünü dəli qardaşlarına qulluqda başa vuran Rebekka Femm (“Benighted”, 1928), həm şair və bəstəkar İniqo Colifant (“Good Companions”, 1929), həm iflasa uğrayan qarımış makinaçı Metfield (“Anfel Pavement”, 1931), həm də qəzet güruhunun qurbanına çevrilən gənc Çarli (“Wonder-Hero”, 1934) kimi belə yoxsul sakinlərin hamısı İngiltərə sakinləri olub, müəllifin müasirləridir.
Qabil Əhmədov öz doktorluq işi üzərində on il zəhmət çəkmişdir. Öz namizədlik işini o, beş məqalədə və bir monoqrafik kitabda işıqlandırdığı halda, doktorluq dissertasiyasına dair 24 məqaləni respublikada, daha dördünü isə Ukrayna və Gürcüstanda çap etdirmiş, 400 səhifəlik monoqrafiyada isə tədqiqatını tam şəkildə işıqlandırmışdır. ABŞ-da Tomson sistemli məcmuədə isə ingiliscə geniş xülasə vermişdir.
Artur Konan Doylun (1869-1930) parlaq istedadı XIX əsrin sonlarından indiyə kimi bütün dünyaya səs salmaqdadır. Stounhenst dini kollecini bitirdikdən sonra yaşadığı Edinburq şəhərindəki universitetin tibb fakültəsində təhsil almış bu parlaq şəxsiyyət qonşu şəhərdə kiçik klinika açsa da, oraya günlərlə heç bir xəstə gəlmədiyindən bu cavan adam bədii yaradıcılıqla məşğul olmağa başlayır. Onun ilk qələm təcrübələrini, yəni dörd bədii yazısını doktorant Qabil Əhmədov dissertasiyanın ikinci fəslində verir. Q.Əhmədov “Xebekukun gətirdiyi xəbər”, (Kornhil məqəzin, 1883), “Gerdlson ticarət evi”, “Marakot dibsizliyi” və “Rafflz Hoyun kəşfi” povestində yazıçının öz bədii yaradıcılıq üslubunu kamilləşdirdiyini bildirir.
Ədib qəflətən öz universitet müəllimi doktor Cozef Belli yadına salır. Bu adam xəstələrin ağızlarını açmalarından daha əvvəl onların hansı fəsadlardan əziyyət çəkdiklərini özü onlara deyir və müşahidə ilə məntiqi ümumiləşdirməyə əsaslanan deduksiya metodunu bütün parlaqlığı ilə tələbələr qarşısında nümayiş etdirirdi. A.Konan Doyl bu metodu cinayət axtarışına tətbiq etməyi planlaşdırır. Bu istiqamətdə yaratdığı ilk iki povesti - “Dördlərin işarəsi” və “Qanlı tonlarda işlənmiş etüd” povestlərini hasilə gətirməklə birdən-birə dünya şöhrəti qazanır. Çünki onun baş qəhrəmanı Şerlok Holms öz ağlı və qoçaqlığı ilə oxucuları dərhal cəlb edir. Bu əsərlərin sonunda fərdi xəfiyyəçinin final mərhələyə necə çatdığını dərk etmək üçün ikinci bir bədii obrazı - Doktor Uotsonu belə povestlərinə daxil edir. Adi oxucunun səviyyəsində vəziyyəti dərk edən bu həkim altmış Konan Doyl detektiv yazısının 57-də dahi xəfiyyəçinin sadiq köməkçisi kimi gözə çarpır. Onlardan dördü həcmcə romandır (“Dəhşətlər vadisi”, “Baskervillərin iti” və yuxarıda adları çəkilən daha iki digər ilk yazı). Amma üç detektiv povestdə (“Masqreyvlərin ailə ritualı”, “Virginiya Skott” və “Bənizi qaçmış əsgər”) hadisələr Holmsla həkim Uotsonun bir-biri ilə tanışlığından daha əvvəl baş vermişdir.
Ədibin detektiv povestləri keçən əsrin əvvəllərindən yazıçının vətəni ilə yanaşı, digər ingilisdilli ölkələrdə - Amerikada, Avstraliyada, Kanadada, eləcə də Rusiyada və Azərbaycanda dönə-dönə nəşr olunmuşdur. Xüsusilə əlamətdar nəşrlər bu altmış detektiv əsərin bir cilddə verilməsidir ki, (Doyle A.C. “Sherlock Holmes:. The Complete Novels and Stories” in 2 volumes. 4 Novels and 56 Short Stories in 2 volumes. With an Introduction of Loren Estleman. New York. Bantam Books.) həmin kitab 1986-cı ildə oxuculara çatdırılmışdır. Digər belə iki təşəbbüs rus dili tərcüməsində də təkrar olunmuşdur (Doyl A.K. “Polnoe sobranie proizvedeniy o Şerloke Xolmse v odnom tome”. İzdatelğstvo Alğfa kniqa. Moskva. 2013). Daha bir belə kamil toplu isə (Doyl A.K. Sobranie soçineniy v 8-i tomax. Xarğkov. İzdatelğstvo “İnterbuk”) 1991-ci ildə oxuculara çatdırılmışdır.
Daha əvvəl isə bu dahi ədibin həmin janrdakı bir neçə digər əsəri bizim oxuculara da təqdim olunmuşdur. Azərbaycanda A.Konan Doylun “Baskervillərin iti” sərlövhəli və altı belə povesti əhatə edən kitabı Beydulla Musayevin rus dilindən tərcüməsində 1958-ci ildə Bakıda (Uşaqgəncnəşr) çap olunub. Sonrakı illərdə Kanilə Neymət (“Boskomb dərəsinin sirri”. “Ulduz” jurnalı. 1980. № 1), Cahidə Cəmşidi (“Yunan dili tərcüməçisinin sirri”, “Azərbaycan” jurnalı, 1980, №4, səh.162-170), İsmayıl Şükürov (“Dodağı çapıqlı kişi””, Azərbaycan gəncləri qəzeti. 07-09 fevral, 1964) və Zeydulla Ağayev (“Torn körpüsünün sirri”. İngilis ədəbiyyatı antologiyası. 2-ci cild. “Şərq-Qərb” nəşriyyatı. 2007) təqdim ediblər. Qabil Əhmədovun özü bu əsərlərdən dördünü orijinalda və bizim dildəki mətnlərini yanaşı olaraq “Mütərcim” jurnalında ona görə çap etmişdi ki, Bakı Dövlət Universitetində tələbələrə ingilis dili dərslərində onları ev oxusu kimi keçsin. “Kürənlər ittifaqı” (2002), “Masqreyvlərin ailə ritualı” (2003), “Ledi Frensis Karfakın yoxa çıxması” (2005) və “Qara Piter” (2006) bu irsi bizdə zənginləşdirmişdir.
Q.Əhmədov əsaslı surətdə öz tədqiqatlarında bu barədə istinadlar etmiş, nüsxəsi Respublika Kitabxanasında saxlanılan dissertasiyasında müfəssəl məlumat vermişdir.
Q.Əhmədovun qeyd etdiyi kimi, ədibin “Karton qutusu” povesti də oxucular tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin əsərdə rəsmi Skotlend-Yard polisi Suzanna Kuşlinq adlı yaşlı bir qadının şikayətinə əlac etməkdə aciz qalır: “Çünki tənha yaşayan bu qadına irəliki günü içərisində iki kəsilmiş insan qulağı olan qutunu poçtdan gətirib vermişlər. İnspektor Lestreyd Belfasta polis zabiti göndərsə də, orada belə qutulardan çoxlu sayda yola salındığından içərisində insan əzaları olan həmin karton qutunu məhz kimin yolladığını qətiyyən xatırlamadılar. İş belə olanda rəsmilər Şerlok Holmsa üz tutdular. Cinayətkarı tapmaq üçün dahi xəfiyyəçiyə cəmi onca dəqiqə vaxt lazım olur.
Şikayətçi qadın Suzanna Kuşlinqin tək yaşadığı Krouden şəhərinə gəlib, qutuya dostu Uotsonla birgə baxış keçirir və bəlli olur ki, İrlandiyanın Belfast şəhərindən göndərilən həmin qutu ilkin olaraq tütün kötüyü üçün imiş. Belə ucuz tütünü isə adətən dənizçilər çəkərdilər (1). Onu yelkənləri yamamaq üçün işlədilən iplə sarımış (2) və dəniz düyünləri ilə möhkəmləndirmişdilər (3). Qulaqların sahibləri isə polisə müraciət etmədiklərindən, ehtimal ki, onlar artıq həyatda yox idilər. Qulaqlardan biri sırğa deşikli və ağ olduğundan qadına məxsus olmuşdu. Digəri isə günəş altında çox olmuş bir kişininki ola bilərdi (4). Sonra mənzilə keçən Holms divarda üç qadın və dənizçilərə məxsus miləmil dənizçi köynəkli əzələli adamın üç qadınla birgə divardakı rəsmini gözdən keçirir (5) və şəkildəki digər iki qadın Suzannanın ortancıl və kiçik bacıları Sara və Meri, kişi isə kiçik bacının əri Ceymz Brauner idi. Qadının yeznəsi olan bu adam iki gündən bir gəmi ilə Belfasta müntəzəm səfərlər edən gəmidə işləyirdi (6).
Holms bunu da öyrənir ki, həmçinin heç vaxt ərdə olmamış ortancıl bacısı Sara lap bu yaxınlarda Vellinqton qəsəbəsində ev tutmuşdu. Belə bir gəminin “Mey Dey” nəqliyyatı olduğunu limanda bilən xəfiyyəçi onun göyərtəsindəki Ceyms Brauneri həbs etməyi polisə buyurur.
Öz qorxunc cinayətini dərhal etiraf edən bu dənizçi arvadının məlaikə, bir neçə həftə onlarda qonaq olmuş bacısının isə əsl ifritə olduğunu deyir. Arvadı Merinin kommunal xərcləri ödəməyə getməsini görən ortancıl bacı Sara bir gün yeznəsinin boynuna atılıb, ona eşq elan edəndə dənizçi onu kənara itələyir. Bundan sonra Sara bacısının qulağını doldurmağa və onu ərindən soyutmağa başlayır. Arvadı Ceymsə daha qulluq etmir və ərini hər evə gələndə səylə iyləyir. Bir dəfə gəmi bir günlük təmirə dayananda Ceyms Brauner öz mənzilində Aleks Ferber adlı bir sırtıq kişi görür və onun öz baldızı ilə dostluq etdiyini öyrənib, onu öz evindən qovur. Bir neçə gündən sonra işdən qayıdan Ceyms evinə çatarkən həmin kişini üstü açıq yaylı arabada Merini qucaqlamış halda görür və bu at qoşqusunun arxasınca qaçmağa başlayır. Meri paltarını dəyişir və qayıqların icarəyə verildiyi körpüyə üz tutur. Ceyms Brauner oraya çatanda özü də bir qayıq kirayələyərək, onların dalınca avar çəkir. Sıx dumanda onları haqlayan dənizçi öz arvadı Merinin məşuqunu sərrast avar zərbəsi ilə dərhal məhv edir, yalvarıb səhvə yol verdiyini deyən Merini isə bir neçə saniyə sonra öldürür. Bunun ardınca qatil ər öz dənizçi köynəyini cırır və öldürdüklərini avar dayaqlarına bənd edir. Axırıncı zərbəni Ceyms Brauner o biri qayığın dibinə endirib onu deşir, sonra isə onların qulaqlarını kəsib götürür. Onları Belfastdan poçtla ortancıl bacıya yollayır. Çünki o, Saranın ayrı ev tutduğundan xəbərsiz olur. Ceyms müstəntiqlərdən onu tez asmalarını xahiş edir, çünki hər gecə mərhum arvadının yalvarışlı surəti onu yatmağa qoymur və əzab verirdi. Əbədi asketik həyat keçirən Holms ona deyir ki, arvadından məhkəmə yolu ilə ayrılsaydı, həyatını heç də dar ağacında itirməli olmazdı.
Q.Əhmədov qeyd edir ki, əsərin tərbiyəvi əhəmiyyəti və Holmsun deduksiya metodu göz qabağındadır. Sadalanan əlamətlərdən elə bircəciyi qatili tapmaq üçün ona bəs edərdi. Məhz belə maraqlı olmaları onların müəllifinə var-dövlət və əbədi şan-şöhrət gətirir.
Nadir AZƏRİ

 
  • Oxunub:  2100  |  
  • Tarix:  29-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA