Ədliyyə Nazirliyi tərəfindən səmərəli probasiya nəzarəti həyata keçirilir
14.06.2020 [18:34]
Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin beş ayı ərzində 18 mini ötüb
Azərbaycan Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunub. Bu məqsədlə Probasiya Xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi fəaliyyət göstərir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün Probasiya Xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını və həmin cəzalara məhkum edilmiş, habelə şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, eləcə də cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirərək, həmin şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikasını aparır.
Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.
Son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiqi nəticəsində Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin beş ayı ərzində 18 mini ötüb.
Onlardan 4800-ə yaxını azadlığın məhdudlaşdırılması, 6 mindən çoxu cərimə, islah və ictimai işlər, 2300-ü cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2400-ü şərti məhkum edilmiş və 156-sı cəza çəkməsi təxirə salınmış şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1200-ə yaxın, müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı isə 406 nəfər təşkil edir.
Həmçinin ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq, bu dövrdə 3900-dən çox şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb. Cəza çəkməkdən boyun qaçıran 206 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 82 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Eyni zamanda, ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb. Cari ilin beş ayı ərzində 262 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 50 min 675 saat ictimai işlər yerinə yetirilib.
Ötən dövrdə 4684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1536 məhkumdan elektron qolbaqlar çıxarılıb. Hazırda elektron qolbaq daşıyan 3148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.
Qeyd edək ki, indiki pandemiya şəraitində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Probasiya Xidməti tərəfindən cəzaların icrası və probasiya nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi, xüsusilə məhkumların qəbulu, qeydiyyata alınması, elektron nəzarət vasitələrinin tətbiqi, onların dəyişdirilməsi və çıxarılması prosedurları icra edilərkən Ümumdünya Səhiyyə Təşkilatının, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq zəruri təhlükəsizlik tədbirləri, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunması, qoruyucu tibbi vasitələrdən (maska, əlcək, antiseptik vasitə və s.) istifadə edilməsi, vətəndaşlarla sosial məsafənin saxlanılması ilə bağlı bütün zəruri işlər görülür.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

