Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti anşlaqla keçib

Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti anşlaqla keçib

16.03.2015 [14:06]

Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə ABŞ-ın Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konsert Azərbaycanın milli himninin səsləndirilməsi ilə başlayıb.
“Xoş gördük, əzizlərim” adlı proqramda xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları - “Xoş gördük”, “Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz”, “Qadan mən alım”, “Gül yanaqlım”ı ifa edib.
Tədbirdə Bruklin rayonunun rəhbəri Erik L.Adams çıxış edərək Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. Zeynəb Xanlarova haqqında fikirlərini bölüşən Erik L.Adams onun Azərbaycan mədəniyyətinin, muğamın təbliğinə verdiyi töhfələrı, 50 ilə yaxın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı fəaliyyətini, müxtəlif dillərdə mahnılar ifa edərək xalqlar arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
Erik L.Adams bu xidmətlərinə görə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı Bruklinin xüsusi mükafatı ilə təltif edib.
Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi Cəmiyyəti, eyni zamanda bir sıra Azərbaycan diaspor təşkilatları da ölkəmizin mədəniyyətinin təbliğində və mədəniyyətlərin birləşməsində göstərdiyi xidmətlərinə görə Zeynəb Xanlarovaya mükafat və diplomlar təqdim ediblər.
Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub.
İki saat yarım davam edən konsert Zeynəb Xanlarovanın “Birlik” mahnısı ilə başa çatıb.

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30