Ana səhifə »  Xəbər lenti »  Deputat: Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalib ölkədir
A+   Yenilə  A-
Deputat: Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalib ölkədir

Ağdam rayonu işğaldan azad edildikdən cəmi üç gün keçməmiş Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oraya səfər etdilər. Dövlət başçısının budəfəki səfəri və çıxışı həmişə olduğu kimi, ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə və maraqla qarşılandı. Müzəffər Ali Baş Komandanın Ağdama səfəri bir daha onun göstəricisidir ki, ölkədə hər bir məsələ dövlətimizin başçısının xüsusi diqqətindədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov deyib ki, Ağdama səfəri zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxundu. “Dövlətimizin başçısı xüsusilə vurğuladı ki, dünyada güc amili mühüm rol oyanır. Güc amili dedikdə, əsasən ölkənin iqtisadi gücü nəzərdə tutulur. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə iqtisadiyyatın şaxələndirilməsi və gücləndirilməsi üçün davamlı işlər görülüb. Azərbaycanın iqtisadi cəhətdən müstəqilliyinin təmin edilməsi onun siyasi müstəqilliyinin möhkəmlənməsini şərtləndirib. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lider dövlətinə çevrilib və bu da özlüyündə yeni reallıqlar yaradıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev uzun müddət Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yorulmadan çalışıb. Bunun üçün diplomatik sahədə çox böyük işlər görülüb. Azərbaycan həqiqətləri davamlı olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Zamanla BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıqlar informasiya müharibəsindəki üstünlüyümüzün baza prinsipləri hesab edilə bilər.

C.Osmanov qeyd edib ki, dövlət başçısı Ağdama səfəri zamanı çıxışında çox maraqlı məqamlara aydınlıq gətirməklə bərabər düşmən tərəfinə, Xocalıda əli günahsız insanların qanına batmış erməni terrorçularına, xüsusən Köçəryan və Sarkisyana sərt mesajlar verdi.

Deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük uğurlu hərbi əməliyyatı düşmən ordusunu darmadağın edib. Ordumuzun rəşadəti sayəsində düşmən, eyni zamanda, mənəvi-psixoloji cəhətdən sarsılıb və noyabrın 10-da qarşımızda diz çökərək ağ bayraq qaldırıb. Dövlətimiz, xalqımız və ordumuz qarşısında acizliyini etiraf edən düşmən kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalıb.

“Qırx dörd gün ərzində Azərbaycanın hərb meydanında dalbadal zəfər qazanması Müzəffər Ali Baş Komandanın illər ərzində həyata keçirdiyi möhtəşəm ordu quruculuğunun nəticəsidir. Ən müasir silah-sursatla təchiz olunmuş Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir. Ölkəmizin hərb meydanında əldə etdiyi qabiliyyətlər hərbi əməliyyatlar davam edən günlərdə təkcə Ermənistanı narahat etmirdi, eyni zamanda, ermənipərəst dairələr, erməni lobbisi, həmçinin anti-Azərbaycan qüvvələr də bundan narahatlıq keçirir, hər addımda Azərbaycana qarşı təsir və təzyiqlər edilirdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti bu təzyiqləri də dəf etdi.

Güclü ordu yaratmaq asan məsələ deyil, bunun üçün güclü iqtisadiyyatın və düzgün xarici siyasət xəttinin olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin zəmini Prezidentimizin uzun illər ərzində həyata keçirdiyi siyasət və onun şəxsi diplomatik bacarığı nəticəsində əvvəlcədən təmin olunmuşdu”-deyə Cavid Osmanov vurğulayıb.

Deputat qeyd edib ki, mənfur düşmənin Ağdamda ardıcıl olaraq 5 keçilməz istehkam xətti qurması onların heç zaman işğalçılıq niyyətlərindən əl çəkmək fikrində olmadığını aydın göstərirdi. Lakin Müzəffər Ali Baş Komandanın sözləri ilə ifadə etsək, Azərbaycanın “dəmir yumruğu” onların başını əzdi və onlar bu işğalçılıq niyyətlərindən əl çəkmək məcburiyyətində qaldılar. İşğal olunmuş hər bir rayonumuzda olduğu kimi, Ağdam rayonunda da bütün infrastruktur erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib. Əbəs yerə, Ağdama Qafqazın Xerasiması deyilmir: “Prezident İlham Əliyev hər dəfə olduğu kimi, Ağdama səfəri zamanı da bir daha qeyd etdi ki, Ermənistan bütün bunlara görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaq. Onsuz da Ermənistan 44 günlük hərbi əməliyyatlardan sonra çox peşmandır və düşmən ölkədə sosial-siyasi böhran yaşanır, beynəlxalq hüquq qarşısında cavab verdikdə isə daha da peşman olacaq və 30 ilə yaxın bir müddətdə etmiş olduqları talançılıq onlar üçün ağır başa gələcək”.

C.Osmanov vurğulayıb ki, artıq azad edilmiş torpaqlarımızda zəruri infrastrukturun qurulması istiqamətində işlər görülür. Prezidentimiz də qeyd edib ki, işğaldan azad olunan bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, tarixi abidələrimiz bərpa ediləcək.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz illər sonra özünün ərazi bütövlüyünə qovuşdu. Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalibdir. Qalib ölkənin vətəndaşı olmaq çox qürurlu bir hissdir və hesab edirəm ki, xalqımızı bundan sonra daha xoşbəxt, firavan günlər gözləyir”, - deyə deputat əminliyini ifadə edib.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  25-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

21 Yanvar 11:33
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib
21 Yanvar 11:31
Bayden sabiq prezident Trampın bir neçə fərmanını ləğv edib
21 Yanvar 11:29
Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində Mariinski Teatrında uğurla nümayiş olunub
21 Yanvar 11:25
Vüqar Zaynalov: Türk iş adamları ilə birgə Qarabağı tezliklə dirçəldəcəyik
21 Yanvar 11:24
Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb
21 Yanvar 11:08
“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib
21 Yanvar 10:54
Mədəniyyət naziri türk dünyası təşkilatlarının nümayəndə heyəti ilə görüşüb
21 Yanvar 10:52
Nabranda 21 santimetr qar, Xınalıq və Qırızda 14 dərəcə şaxta qeydə alınıb
21 Yanvar 10:28
Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib
21 Yanvar 10:23
Londonda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar videokonfrans təşkil edilib
21 Yanvar 10:19
Azərbaycanın xarici işlər nazirinin Türkmənistana səfəri başlayıb
20 Yanvar 21:17
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi
20 Yanvar 21:14
ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib
20 Yanvar 20:39
20 Yanvar xalqımızın mübarizlik əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən tarixi bir gündür
20 Yanvar 20:30
Pakistanın müxtəlif universitetlərinin tələbələri üçün “Şəhidlikdən Qələbəyə” adlı mühazirə təqdim olunub
20 Yanvar 19:36
Misirdə 20 Yanvar hadisələrinə həsr olunmuş virtual tədbir keçirilib
20 Yanvar 19:34
Tədqiqatçı-yazar: 20 Yanvar qardaş Azərbaycanın azadlığına və müstəqilliyinə aparan yolda bir işıq kimi yandı
20 Yanvar 19:14
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nadirxanlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
20 Yanvar 19:13
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad edilir
20 Yanvar 18:57
İstanbulda “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı onlayn konfrans keçirilib
20 Yanvar 18:51
Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq!
20 Yanvar 17:37
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +3
gecə0