Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaponiyalı professor: Azərbaycan Vətən müharibəsində Liderlə xalqın sıx birliyi və qələbə əzmi sayəsində qalib gəldi

Yaponiyalı professor: Azərbaycan Vətən müharibəsində Liderlə xalqın sıx birliyi və qələbə əzmi sayəsində qalib gəldi

25.11.2020 [20:08]

Azərbaycan Ermənistanın işğalı altında olmuş torpaqlarını məhz Prezident İlham Əliyevlə xalqın sarsılmaz birliyi, ərazilərini azad etmək üçün göstərdiyi əzm və iradə sayəsində azad etməyə nail oldu.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokio Universitetinin professoru, Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru Akira Matsunaqa deyib. Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik edən yapon professor əlavə edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycanın əldə etdiyi uğurlar iqtisadiyyatın inkişafı, müasir tələblərə cavab verən ordunun yaradılması, kadrların hazırlanması üçün böyük imkan yaradıb. Ermənistan isə əksinə, qonşu ölkədə baş verən müsbət dəyişiklikləri düzgün qiymətləndirmək və bundan lazımi nəticə çıxarmaq əvəzinə, əlavə torpaqlar işğal etmək iddiasına düşmüşdü. Özü də bu, iqtisadiyyatın tənəzzülə uğradığı, heç bir inkişafın qeydə alınmadığı bir ölkədə baş verirdi. Təbii ki, öz iqtisadi uğurları və sürətli inkişafı ilə böyük irəliləyişə nail olan, regionun lider dövlətinə çevrilən Azərbaycan kimi dövlət heç vaxt torpaqlarının işğal altında qalmasına razı olmazdı. Digər tərəfdən, beynəlxalq hüquq, dünyanın ən böyük təşkilatı olan BMT digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr torpaqları azad etmək üçün Azərbaycana ciddi əsas verirdi. Bu sənədlər Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycan 44 gün davam edən müharibə nəticəsində həmin sənədlərin icrasını yerinə yetirdi. İnanıram ki, işğal olunmuş ərazilərin azad edilməsi Qarabağda uzunmüddətli sülh üçün əlverişli şərait yaradacaq.

Azərbaycanın ermənilər tərəfindən işğal edilən torpaqlarında törədilən soyğunçuluğa, tarixi irsin, dini və mədəni abidələrin dağıdılmasına münasibət bildirən A.Matsunaqa bunun kökündə onların tarixi faktları saxtalaşdırmaq, Qarabağdan azərbaycanlıların izini silmək niyyətinin dayandığını bildirib. Bunun qətiyyən yolverilməz olduğunu vurğulayan yapon professor ermənilərin həmin ərazilərə gəlmə, azərbaycanlıların isə bu torpaqların aborigen xalqı olduğunu bütün dünya elminin etiraf etdiyini vurğulayıb. Bununla yanaşı, bəzi ermənipərəst qüvvələrin bir sıra hallarda bu saxtakarlığı real fakt kimi təqdim etmək niyyətinin olduğunu da təəssüflə bildirib. Həmin şəxslərə bu gün ermənilərin Ağdamdan, Kəlbəcərdən, Şuşadan çıxarkən meşələri, evləri və digər sosial obyektləri necə yandırmalarına baxmalarını tövsiyə edib. Deyib ki, bu, ermənilərin nə qədər ədalətsiz bir xalq olduğunu bir daha sübut edir.

Azərbaycan Ordusunun müzəffər yürüşü nəticəsində torpaqların işğaldan azad olunması zamanı nümayiş etdirdiyi humanizmə, ermənilərdən fərqli olaraq, ələ keçirilən əraziləri tərk edənlərə necə yardım göstərməsinə diqqət çəkən A.Matsunaqa bunun azərbaycanlılarla ermənilər arasındakı fərqi aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. 1993-cü ildə Kəlbəcər işğal edilərkən separatçıların azərbaycanlılara rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verməsinin müqabilində, Azərbaycan tərəfinin ermənilərin xahişini nəzərə alaraq onlara əlavə 10 gün ayırmasını əsl humanizm nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, bütün dünya Azərbaycanın bu humanist addımını yüksək qiymətləndirməlidir.

Bu gün Azərbaycanda baş verən son proseslərin Yaponiyada da diqqətlə izlənildiyini bildirən professor vurğulayıb ki, yapon xalqı ölkəmizin işğal altındakı torpaqları azad etməsini alqışlayır. Qeyd edib ki, Yaponiyada Azərbaycanın qələbəsinin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın sıx həmrəyliyinin və birliyinin dayandığını yaxşı başa düşürlər. Bilirlər ki, Azərbaycanın milli gücü Ermənistandan qat-qat çoxdur. Ümid edirlər ki, münaqişə tezliklə sülh yolu ilə öz ədalətli sonluğunu tapacaq və bütün məcburi köçkünlər öz evlərinə qayıdacaqlar. Bu torpaqlara davamlı sülh və əmin-amanlıq gələcək.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31