Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir

Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir

16.01.2021 [15:21]

Azərbaycan Ordusunun tarixi Qələbəsindən sonra Ermənistandakı siyasi gərginlik gündən-günə artmaqda, erməni cəmiyyətinin bir neçə hissəyə parçalanmış qütbləri arasındakı ziddiyyətlər dərinləşməkdədir. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirilmiş görüşündən və imzalanmış Bəyanatdan sonra Ermənistanda qarşılıqlı ittihamlar daha da kəskinləşib. Nikol Paşinyanın rəqibləri Moskva görüşünü Ermənistanın növbəti acı məğlubiyyəti kimi dəyərləndirirlər.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert deyib: Qarşılıqlı nifrət o dərəcədə kəskin həddə çatıb ki, artıq Ermənistan parlamentinin deputatlarına özlərini qorumaq üçün silah verilməsi təklifi irəli sürülür. Təklif Ermənistanın baş naziri aparatının rəhbəri Eduard Aqacanyan tərəfindən səsləndirildiyi üçün bu təşəbbüsün hökumətin, o cümlədən Nikol Paşinyanın mövqeyi olduğu şübhə doğurmur.

Ermənistanın “Joqovurd” qəzetinin yazdığına görə, hökumət təmsilçilərinin hakim partiyanın təmsilçiləri ilə keçirilən görüşündə onlara yaxın zamanlarda silah veriləcəyi bildirilib. Qeyd olunub ki, buna səbəb hakim partiyanı təmsil edən deputatların hələ də öz evlərindən çıxa bilməmələri, onların hər addımda “xəyanətkar” adlandırılmaları və təzyiqlərə məruz qalmalarıdır. Hazırda Ermənistanda “xəyanətkar”, “satqın” ən çox istifadə edilən sözlərdir və bu ittihamlar qarşılıqlı şəkildə səsləndirilir.

Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistan hakimiyyətini xəyanətdə ittiham edən müxalifətin baş nazir postuna vahid namizədi olan Vazgen Manukyan Şirak vilayətinə və Gümrü şəhərinə səfərləri zamanı eyni ittihamlarla qarşılaşıb. Manukyanın olduğu avtomobil karvanının qarşısını kəsən etirazçılar onu Ermənistana xəyanət etməkdə, xarici qüvvələrin əlində oyuncaq olmaqda ittiham ediblər. Vazgen Manukyanın etirazçıları “səfil” və “avara” adlandırması isə Ermənistan cəmiyyətində ciddi etirazlara səbəb olub. Erməni ekspertlər insanların həm hakimiyyətə, həm də müxalifətə olan etimadını itirdiklərini bildirirlər. Onların qənaətinə görə, paradoksal görünsə də, Ermənistanı bu böhranlı vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər və erməni dövlətçiliyinin taleyi indi Azərbaycanın əlindədir.

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Prezidentinin Şuşaya səfəri, Füzuli-Şuşa yolunun və hava limanının təməllərinin qoyulması düşmən ölkədə növbəti şok effekti yaratdı. Ermənilər hələ uzun illər depressiyadan ayıla bilməyəcəklərini, ayıldıqda isə tamamilə Azərbaycanın mərhəmətinin ümidinə qalacaqlarını deyirlər. Daxili qarşıdurma erməniləri bir arada saxlayan bütün ideoloji mifləri darmadağın edib. Erməniliyin mövcud olduğu miflər dağılır və tarixi ədalət yenidən bərpa olunur.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30